Cəlilabadda ağır qəzada ölən və yaralananların şəxsiyyəti məlum oldu - YENİLƏNİB
Cəlilabad rayonunda ağır yol qəzasında ölənlərin və yaralıların şəxsiyyəti məlum olub.
Azxeber.com "Report"a istinadən xəbər verir ki, qəza nəticəsində Cəlilabad rayon sakinləri - "VAZ-2107" markalı minik avtomobilinin sürücüsü, 1954-cü il təvəllüdlü Xubalıyev Böyükxan İsrafil oğlu xəstəxanada, sərnişini Ağayeva Yaxşıxanım isə hadisə yerində ölüb.
Qəza zamanı habelə minik avtomobilinin digər sərnişinləri, Cəlilabad rayon sakinləri - 1955-ci il təvəllüdlü Xubalıyeva Gülarə Əliyusif qızı, 1983-cü il təvəllüdlü Quliyeva Kəmalə Böyükxan qızı və 1966-cı il təvəllüdlü Muradova Səadət Həsənağa qızı xəsarət alıblar.
Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Qeyd edək ki, hadisə Qarazəncir kəndində qeydə alınıb.
"VAZ-2107" markalı minik avtomobili işıqlandırılmayan yolda "Kon" markalı avtomobilə çırpılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
21:10
Cəlilabad rayonunda ağır yol qəzası baş verib.
Azxeber.com "Report"a istinadən xəbər verir ki, hadisə Qarazəncir kəndində qeydə alınıb.
"VAZ-2107" markalı minik avtomobilinin yol təmiri təyinatlı "Kon" markalı avtomobilinə çırpılması nəticəsində 2 nəfər ölüb, daha 3 nəfər isə xəsarət alıb.
Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var
"Mən sizinlə birlikdə Bakıya getməyə hazıram" - Ruben Vardanyanın həyat yoldaşı