Cəlilabadın bu kəndlərinə günlərdir canavarlar hücum edir - Sakinlər təhlükədə
Cəlilabad rayonunun Fərzili və Hamarqışlaq kəndlərində canavarlar qoyun sürülərinə hücum edib.
KONKRET.az qafqazlinfo-ya istinadən xəbər verir ki, son bir həftə ərzində vəhşi heyvanlar əsasən, səhər saatlarında otlaq sahələrində sürülərə hücum edir.
Hadisələrin kəndlərə yaxın, açıq ərazilərdə baş verməsi təhlükəni daha da artırır.
Canavar hücumları nəticəsində ümumilikdə səkkiz baş qoyun yaralanıb, onlardan bir neçəsi sonradan tələf olub. Kənd sakinləri xüsusilə, uşaqların təhlükəsizliyindən narahat olduqlarını bildirir və heyvanların qorunması üçün əlavə tədbirlərin görülməsini tələb edirlər.
Məsələ ilə bağlı Cəlilabad Rayon İcra Hakimiyyətinin Astanlı inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən bildirilib ki, hadisə barədə rayon icra hakimiyyətinə və hüquq-mühafizə orqanlarına məlumat verilib.
Yaxın günlərdə müvafiq tədbirlərin görülməsi planlaşdırılır.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA
İdeal dövləti necə qurmaq olar?