Cənubi Qafqaz regionu təhlükəsizlik, əməkdaşlıq və firavanlıq baxımından yeni mərhələyə qədəm qoyub

Cənubi Qafqaz regionu təhlükəsizlik, əməkdaşlıq və firavanlıq baxımından yeni mərhələyə qədəm qoyubCənubi Qafqaz regionu təhlükəsizlik, əməkdaşlıq və firavanlıq baxımından yeni mərhələyə qədəm qoyub
Milli Məclisin deputatı, Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Azay Quliyev assambleyanın Büro iclasında çıxış edib.
APA xəbər verir ki, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev iclasda Büro üzvlərini Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri tərəfindən noyabrın 10-da imzalanmış Bəyanat çərçivəsində dekabrın 2-dək görülən işlər barədə məlumatlandırıb. O deyib ki, bu razılaşmanın müddəalarına əsasən, 2020-ci il dekabrın 1-dək Ermənistan Azərbaycanın işğal altında qalan ərazilərini, yəni Ağdam, Kəlbəcər və Laçın rayonlarını geri qaytarıb. Bununla da Azərbaycanın ərazi bütövlüyü bərpa edilib.
ATƏT PA-nın vitse-prezidenti bildirib ki, hazırda Azərbaycan hökuməti məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz qayıtması üçün işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi məqsədilə müvafiq addımlar atır. Ermənistanın işğal zamanı Azərbaycan ərazilərində törətdiyi iqtisadi və humanitar ziyanın qiymətləndirilməsi həyata keçirilir. Bundan əlavə, 30 illik işğal ərzində tamamilə dağıdılmış və xarabalığa çevrilmiş bütün şəhərlərimizin, qəsəbələrimizin və kəndlərimizin yenidən qurulmasını əhatə edəcək böyük qayıdış planı üzərində işlər aparılmaqdadır.
Azay Quliyev deyib: "Dağlıq Qarabağ münaqişəsi" ifadəsinin artıq mövcud olmamasına və yalnız tarixə istinad edilərkən istifadə olunmasına baxmayaraq, bölgədə uzunmüddətli sülhün və Ermənistanla Azərbaycan arasında barışığın təmin olunması üçün hələ bir çox iş görməliyik. Əminəm ki, bütün əsassız ərazi iddiaları, düşmənçilik və nifrət ritorikası keçmişdə qalmalıdır".
Azay Quliyev Cənubi Qafqaz regionunun təhlükəsizlik, əməkdaşlıq və firavanlıq baxımından tamamilə yeni bir mərhələyə qədəm qoyduğunu bildirib. O bildirib ki, ATƏT Parlament Assambleyası bu həyati əhəmiyyətli məqsədlərə çatmaq üçün mühüm rol oynaya bilər və oynamalıdır.
"Lakin təəssüf ki, bəzi ATƏT ölkələri, xüsusən də Minsk qrupunun həmsədri və BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan, üzərinə bitərəf və ədalətli vasitəçilik missiyasını götürən Fransanın həyata keçirdiyi qeyri-adekvat cəhdlər müşahidə edilir. Son 2 aydakı hadisələrə nəzər yetirsəniz Fransanın Ermənistanın işğalçı əməllərinə göz yumaraq bu ölkəyə birtərəfli qaydada dəstək verməsini, münaqişə tərəflərinə qarşı qeyri-konstruktiv və qərəzli yanaşmasını asanlıqla görə bilərsiniz. 44 günlük aktiv hərbi əməliyyatlar zamanı Fransa mediasında 1000-dən çox ermənipərəst və anti-Azərbaycan yönümlü məqalələr və videomateriallar yayımlandı. Bununla yanaşı, real vəziyyəti göstərməyə çalışan jurnalistlər təqib olundu, onlar həyatlarına qarşı təhdidlərlə qarşılaşdılar. Fransa Senatı noyabrın 25-də Fransa hökumətini Ermənistanın qurduğu mövcud olmayan və qanunsuz rejimi tanımağa çağıran əsassız qətnamə qəbul etdi. Bu qərar Fransanın beynəlxalq məsuliyyəti və öhdəliklərinə tamamilə ziddir, eyni zamanda, vasitəçi mandatı da daxil olmaqla beynəlxalq hüququn əsas norma və prinsiplərini kobud şəkildə pozur. Noyabrın 26-da Azərbaycan Respublikasının Milli Məclisi Fransa Senatının bu qanunsuz qətnaməsini qətiyyətlə rədd etdi və Azərbaycan hökumətini Fransanın ATƏT-in Minsk qrupunun həmsədri vəzifəsindən uzaqlaşdırılmasını və Fransa ilə diplomatik və iqtisadi əlaqələrin dayandırılmasını nəzərdən keçirməyə çağırdı. Ümid edirəm ki, Fransa hökuməti beynəlxalq öhdəliklərinə hörmət göstərərək beynəlxalq hüququ, xüsusən də Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı ilə bağlı norma və prinsipləri pozmaqdan çəkinəcək", - deyə o əlavə edib. /oxu.az

Siyasi       Tarix: 03 dekabr 2020
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezident "ADEX 2026"nın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və "Securex Caspian 2026" 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisini

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prokurorluğunu

Qalibaf: İrana neft satmağa mane olunarsa, regionda başqa heç bir ölkə neft sata bilməyəcək

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf İranın regionda neft satışına mane olunacağı təqdirdə digər ölkələrin də həmin regionda neft sata bilməyəcəyini bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, "Mehr"

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Hacıbaba Adil oğlu Babayev bu gün Azərbayca

Kalininqrad böhranı: Rusiya NATO ilə müharibəyə girə bilər? – POLİTOLOQDAN AÇIQLAMA

Rusiyanın Kalininqrad vilayəti ilə bağlı NATO ölkələrini "təxribat xarakterli addımlar" atmaqda ittiham etməsi və birbaşa silahlı toqquşma riskinin artdığını açıqlaması Rusiya–NATO münasibətlərində gərginliyin yenidə

Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib. paylaşımı təqdim edir:

Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir". Bu fikir Prezident İlham Əliyevin "ADEX 2026" 6-c

Türkiyədə Azərbaycana qarşı kampaniyanın səbəbi nədir? – Cavanşir Abbaslıdan AÇIQLAMA

Son günlər Türkiyə mediasında Azərbaycan əleyhinə müxtəlif yazı və fikirlərin yayılması iki ölkə arasındakı münasibətlər fonunda diqqət çəkib. Bəzi dairələrin bu mövqedən Azərbaycan-Türkiyə əlaqələrinə təsir göstərməyə çalışdığ

Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi

Milli Məclis 27 sentyabr – Anım Günü ilə əlaqədar Bəyanat qəbul edib. xəbər verir ki, Bəyanatda deyilir:. "Azərbaycan dövlətimizin ərazi bütövlüyünü təsdiqləyən və işğal altında olan torpaqlaerın azad olunmasını tələ


yeni xeberler azerbaycan xeberleri son xeberler axsam az xeberler cəbhədən son xəbər cəbhədən görüntüleri cəbhədən video