Cənubi Qafqazda soyuq müharibə gedir? - FAKTLARIN TƏHLİLİ

Cənubi Qafqazda soyuq müharibə gedir? - FAKTLARIN TƏHLİLİİki gündür ki, Azərbaycanda havalar soyuqdur. Qar örtüyünə bürünmüş rayonlar da var. Dekabrın 5-də Bakıda da qar dənələyib, hava da şaxtanı müjdələyəcək dərəcədə soyuyub. Heç bölgədəki siyasi abu-hava da ilıq deyil.
KONKRET.az xəbər verir ki, bunu müxtəlif görüş, bəyanat və notalardan da anlamaq olur.
Moskva-Bakı
Rusiya ilə Azərbaycan arasında rəsmi səviyyədə əlaqələrin müttəfiqlik xarakteri daşıdığı deyilir. Müəyyən sənəd və birgə icra olunan layihələr isə bunu təsdiqləyir. Lakin ölkələr arasında informasiya savaşı gedir. Loru dildə desək, dostuqsa, bir-birimizi niyə tənqid edirik?
– Hər iki ölkə bir-birinin ərazi bütövlüyünə hörmətlə yanaşdığını elan edir;
Bəli, Azərbaycan "Dəmir Qapı Dərbənd" iddiasında deyil.
Bəs rus?
Rusiya Azərbaycanın ərazi bütövlüyünə hörmət etdiyini təkrarlasa da, boşboğazlıq edirlər. Və bunu Qarabağdakı fəaliyyətləri təsdiqləyir. Azərbaycana məxsus coğrafi adları ermənilərə sərf edən formada təqdim etmək sözügedən təsdiqlərdən biridir. Azərbaycanın ekoloqlarından qorxub toponim məsələsində Moskvanı günahlandıran sülhməramlılar komandanı Volkova da inanmadıq. Bizim ekoloqlardan qorxmaqlarına da. Rusiyanın ikiüzlü siyasəti Azərbaycanla bağlı bütün siyasi gedişlərində sezilir. Yoxsa Putin öz oliqarx dostu Vardanyanı qondarma rejimə "nazir" yollamazdı. Lavrov mətbuat konfransında sənəd (Alma-Ata, BMT) bəhanəsilə "Dağlıq Qarabağ Muxtar Vilayəti" ifadəsindən tez-tez istifadə etməzdi. Sülhməramlıların məsuliyyət zonasındakı erməni terrorçular tərksilah olunardı və s.
Tehran-Bakı
İranla Azərbaycan arasında iqtisadi əlaqlər stabil olaraq qalır və yeni layihələrin reallaşdırılması planlaşdırılır. Söhbət Türkmənistan qazından başqa Çindən başlayan yeni İpək Yolu proyektindən, Şimal-Cənub nəqliyyat dəhlizindən gedir. Dövlətlər mehriban qonşuluqdan bəhs edirlər. Lakin ölkələr arasında informasiya savaşı gedir. "Mehriban düşmən" teleserialının adına oxşar durumdur.
– Hər iki ölkə bir-birinin ərazi bütövlüyünə hörmətlə yanaşdığını elan edir;
Bəli, Azərbaycan nə Bəzz qalası, nə 35 milyon azərbaycanlıların müstəqilliyi iddiasındadır.
Bəs fars?
İran isə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını desə də, Qarabağdakı qondarma rejimə icazəsiz səfərlər təşkil edir, 30 illik erməni işğalı ərzində yaradılan narkotrafiki qüvvədə saxlamaq istəyir. Qafanda konsulluq açmaqla Ermənistanı özlərinin "qırmızı xətti"i adlandırır, Zəngəzur dəhlizinin açılışına icazə verməyəcəyini elan edir. Azərbaycanla sərhəd boyunca hərbi təlimlər həyata keçirir, şiəlik adı ilə Bakıda agent şəbəkəsi yaradır. DTX isə dinlə maskalanmış fars xəfiyyələrini ifşa etməkdədir. İran Naxçıvanı Azərbaycanın tərkibindən qoparıb özünə birləşdirmək istəyir. Yəni muxtar respublikadakı DTX əməliyyatları korrupsiya ilə mübarizə adı altında baş tutsa da, belə təhdidlərin də qarşısı alınmaqdadır. Naxçıvan Rusiya ilə İranın birgə planıdır. Ötən əsrin əvvəllərində Kreml Naxçıvanın işğalını Ermənistanın əli ilə reallaşdırmaq niyyətində olub. Həm o vaxtkı, həm də indiki məqsəd Türkiyə ilə Azərbaycan arasındakı əlaqəni kəsmək olub. Bu, həm də parçaladıqları Azərbaycanı daha da kiçiltmək ideyasıdır.
İrəvan-Bakı
İki ölkə arasında 100 il əvvəlki kimi hazırda da gərginlik var. Səbəb ermənilərin əsassız ərazi iddialarıdır. Buna baxmayaraq hər iki dövlət beynəlxalq səviyyədə bir-birinin ərazi bütövlüyünü tanımağı şərtləndirən beynəlxalq təşkilatlara – BMT, MDB-yə üzvdürlər.
– Əslində Praqada ərazi bütövlüyü ilə bağlı razılıq əldə olunmuşdu;
Bəli, Azərbaycanın İrəvan xanlığı iddiası yoxdur.
Bəs erməni?
Ancaq ermənilərin Qarabağ iddiaları tükənmir ki, tükənmir. Öz tarixi torpaqları ilə həmsərhəd olan Azərbaycana qarşı ərazi iddiaları qurtarmır, amma Azərbaycan hər bir qonşusunun ərazi bütövlüyünü tanıyır. Sanki başqa bir sivilizasiya, planetdən gəlmişik. Necə xeyirxah, gözütox və aza qane olanıq?! Bunu alqışlamaq olar, amma soyuq müharibə gedən regionda bununla qışlamaq olmaz. Çünki Cənubi Qafqaz səmasından bu gün qar yağırsa, sabah raketlər tökülə bilər. Kimsə bundan sığortalanmayıb:
– Rusiyanın Qarabağ və Cənubi Qafqazdan çıxarılması Ukraynadakı savaşın davamına çevrilər;
– İranın parçalanma ssenarisi farsların sionist bəhanəsilə Azərbaycana aqressiyasından sonra başlayar;
– Farsların Qafandakı konsulluğunun təhlükədə olması da İran-Azərbaycan gərginliyinə yol açar. Çünki Qərbi Zəngəzurda Ermənistan-Azərbaycan toqquşmalarının start götürəcəyi barədə şayiələr dolaşmaqdadır. Deyilənə görə, hərbi əməliyyatlar Zəngəzur dəhlizinin daha tez açılmasına hesablanacaq;
Sonda qeyd edək ki, Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin müxtəlif qoşun növlərinin şəxsi heyəti, döyüş və xüsusi təyinatlı mühəndis-istehkam texnikası, həmçinin hərbi aviasiya vasitələrinin cəlb olunması ilə bu gün başlayan təlim Bakı şəhərini, eləcə də Astara, Cəbrayıl və İmişli rayonlarının ərazilərini əhatə edir. Türkiyənin müdafiə naziri Hulusi Akarın Azərbaycana səfəri də təsadüfi deyil.
Anar Rəhimov,
KONKRET.az

Siyasi       Tarix: 05 dekabr 2022
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə

Gürcüstan Patriarxlığının Azərbaycanın ərazisində yerləşən Kürmük məbədi ilə bağlı verdiyi son açıqlama Azərbaycan ilə Gürcüstan arasında mövcud olan dostluq, tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin ruhuna ziddir

FAKTI' Cənubi Qafqazda sülhə görə yalnız Paşinyanın mükafatlandırılması barədə: 'Bu, absurddur

Bolqarıstanın "Faktı" nəşri Cənubi Qafqaz regionunda sülhün bərqərar olmasına töhfə verdiyinə görə Hessen mükafatının Ermənistan hökumətinin başçısı Nikol Paşinyana verilməsinin əsaslılığının şübhə altına alındığ

Həsən Həsənov: "Ad çəkilir, amma konkret mənbə göstərilmir

"Ermənilər bizə qarşı bir söz deyəndə mənbə adı çəkmirlər". xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Media və Yayım Şurasının təşkilatçılığı ilə keçirilən "Qafqaz Albaniyasının irsinə tarixi baxış"

Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib

Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin (LLDC) xarici işlər nazirlərinin 25-ci illik iclasında çıxış edib. xəbər veri

Sentyabr ayında mediada ən aktiv deputatlar kimlər olub? - SİYAHI

Sentyabr ayı üzrə təhlillərə əsasən mediada ən aktiv olan deputatlar açıqlanıb. xəbər verir ki, "Mediatrends.ai" platformasının "Media indeksi" göstəricilərinə əsasən, siyahıya 26,06 faizlə deputat Naqi

Ərdoğanla Paşinyan Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanla ikitərəfli ticarət və nəqliyyat sahələrindəki normallaşma prosesini dəstəkləyir, münasibətlərdə əldə edilən müsbət dinamikanın davam etdirilməsini vacib sayır. KONKRET.azxəbə

"Bunları etməsəydik, bəzi ölkələr kimi qapı-qapı gəzib gərək kiməsə ağız açaydıq

"Bir daha demək istəyirəm, bu 20 il ərzində görülmüş işlər imkan verdi ki, biz əsas infrastruktur layihələrimizi icra etdik. O vaxt xaricdən həm təbii qaz, həm də elektrik enerjisi alırdıq". xəbər verir ki, bu sözlər

ABŞ məhkəməsi Tramp administrasiyasını jurnalistləri Ağ Evə buraxmağa məcbur etdi

ABŞ-da məhkəmə Donald Tramp administrasiyasına jurnalistlərin Ağ Evə girişinə yenidən icazə verməyi tapşırıb. Hakim Timoti Kelli administrasiyanın CNN, MS NOW və "Politico" nəşrinin jurnalistlərini Ağ Evə buraxmama

"Qısqanclıq kişi ilə qadın arasında olur" - Putin həmin görüşdən danışdı

Rusiya Prezidenti Vladimir Putin ÇXR Sədri Si Cinpinlə ABŞ Prezidenti Donald Trampın Vaşinqtondakı görüşünə qısqanclıqla yanaşmadığını bildirib. TASS-a istinadən xəbər verir ki, Rusiya dövlət başçısı bu cür hisslərin beynəlxal


azerbaycan xeberleri son xeberler yeni xeberler ən son xəbər cəbhədən yeni xəbərlər xeberler bugun valyuta mezennesi banklar