Fərid Şahbazlı: "Xankəndidə keçirilən Zirvə sübut etdi ki…

Fərid Şahbazlı: "Xankəndidə keçirilən İƏT Zirvə Görüşü Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün beynəlxalq müstəvidə bir daha təsdiqlənməsidir. Bu, həm də regionda formalaşan yeni reallıqların qəbulu deməkdir".
Bu sözləri Musavat.com-a "İslahatçı Gənclər" İctimai Birliyinin sədri, siyasi şərhçi Fərid Şahbazlı deyib.
Onun sözlərinə görə, bir neçə il əvvəl separatizm və terrorçuluğun mərkəzi olan Xankəndinin bu gün beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi etməsi təkcə rəmzi yox, həm də strateji və geosiyasi əhəmiyyət daşıyır:
"Bu gün burada keçirilən Zirvə Görüşü göstərir ki, artıq Xankəndi sülhün, sabitliyin və əməkdaşlığın ünvanına çevrilib".
Fərid Şahbazlı qeyd edib ki, tədbirdə Türkiyə, İran, Pakistan, Özbəkistan, Tacikistan, Qırğız Respublikası və digər mühüm ölkələrin dövlət və hökumət başçılarının iştirakı Azərbaycanın təşəbbüslərinə verilən yüksək səviyyəli dəstəyin göstəricisidir.
"Bu, eyni zamanda, post-münaqişə dövründə Azərbaycanın bölgədə diktə etdiyi siyasi gündəliyin qəbul olunduğunun sübutudur. Cənubi Qafqazda yeni status-kvo artıq reallığa çevrilib və bu reallığın mərkəzində Azərbaycan dayanır".
Siyasi şərhçi vurğulayıb ki, Qarabağın beynəlxalq tədbirlər üçün məkan kimi seçilməsi Azərbaycanın xarici siyasətində sistemli və düşünülmüş yanaşmanın nəticəsidir:
"Xankəndinin bu səviyyədə tədbirə ev sahibliyi etməsi bir daha göstərdi ki, Azərbaycanın siyasi iradəsi artıq region və dünya səviyyəsində qəbul edilir və dəstəklənir. Azərbaycanın diplomatik uğurlarının miqyası qlobal xarakter daşıyır". / azxeber.com

Siyasi       Tarix: 05 iyul 2025
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

Oktyabr 30-da Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçıları Şurasının 13-cü Zirvə görüşü keçirilib. xəbər verir ki, "Türk əsri: Dildə, fikirdə və əməldə birlik" şüarı altında təşkil olunan zirvədə Türkiyə

Zelenskidən ÇAĞIRIŞ: "Dnepr vağzalı vuruldu, Rusiya ilə bağlı qətiyyətli addım atın"

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Dnepr şəhərindəki dəmir yolu vağzalına endirdiyi qanlı zərbədən sonra Qərb ölkələrinə sərt çağırış edib. O, Moskvaya qarşı sanksiyaların dərhal sərtləşdirilməsini tələb edib

"Ceyhun Bayramov Azərbaycanı yüksək səviyyədə təmsil edəcək" - Deputat

"Diplomatiyada mühüm olan ayrı-ayrı tədbirlərdə kimin şəxsən iştirak etməsindən daha çox, dövlətlərarası münasibətlərin davamlılığı, qarşılıqlı hörmət və əməkdaşlığın qorunmasıdır". Bu sözləri -a açıqlamasında Mill

İrəvanın sülh oyunu: Konstitusiya dəyişikliyi niyə yubadılır?

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasının vacibliyini dəfələrlə bəyan etsə də, prosesin yekunlaşması ilə bağlı fikir ayrılıqları gündəmdə qalır. Ermənistan Konstitusiyasının dəyişdirilməsi

Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb

Azərbaycanın Baş naziri Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb. xəbər verir ki, Əli Əsədovu Tbilisi Beynəlxalq Hava Limanından Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvil

Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Moskva səfər edəcək. KONKRET.azaxaraz-a istinadən əbər verir ki, bu barədə müvafiq qərarı Ermənistanın Baş naziri Nikol Paşinyan imzalayıb. "Ermənistan Təhlükəsizli

Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun

İranda yaşayan azərbaycanlıların ana dilində təhsil almaq hüququ məsələsi yenidən gündəmə gəlib. Bir qrup Azərbaycan QHT nümayəndəsi İran Prezidenti Məsud Pezeşkiana müraciət edərək ölkədə yaşayan milyonlarla azərbaycanlını

Tramp Rusiyaya güzəşt edir, Konqres isə qarşı çıxır: Moskvanı nə gözləyir?

"Rusiya-Ukrayna müharibəsi fonunda ABŞ-ın Rusiyaya qarşı müəyyən sanksiyaları müvəqqəti olaraq aradan qaldırmasının Moskvanın mövqelərinin güclənməsinə gətirib çıxaracağını düşünmürəm. Bu addım daha çox Rusiyanın iqtisad

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

Milli Məclis 8 noyabr – Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək. Bununla bağlı məsələ parlamentin 3 noyabrda keçiriləcək iclasının gündəliyinə daxil edilib. /


yeni xeberler son xeberler azerbaycan xeberleri cəbhədən video ensonxeberler son xabar cəbhədən son vəziyyət