Yayda görünməz təhlükədən necə qorunaq?
Yay mövsümündə arı, ağcaqanad, gənə və digər həşəratların fəallığı artır. Bu isə xüsusilə açıq havada olan insanlar üçün sağlamlıq riski yaradır.
KONKRET.az Milli.Az-a istinadən xəbər verir ki, həkimlər xəbərdarlıq edir ki, bəzi həşərat dişləmələri sadə qıcıqlanma ilə keçsə də, bəzən ciddi allergik reaksiyalara və həyati təhlükəyə səbəb ola bilər.
Arı və eşşək arısı sancmaları ağrı, şişkinlik və qızartı yaradır, allergik insanlarda isə anafilaktik şok riski daşıyır. Ağcaqanad dişləmələri qaşınma və infeksiyalara səbəb ola bilər. Gənə dişləmələri bəzi hallarda Lyme xəstəliyi və Krım-Konqo kimi təhlükəli virusları ötürə bilər. Həşərat dişləməsi və sancması zamanı ilk növbədə sakit qalmaq, əgər varsa, iynəni çıxarmaq, zərərçəkən nahiyəyə soyuq kompres tətbiq etmək və lazım olduqda antihistaminik dərmanlardan istifadə etmək tövsiyə olunur. Əgər nəfəs darlığı, başgicəllənmə, boğazda şişkinlik və ya səpgi müşahidə olunarsa, dərhal təcili tibbi yardım göstərilməlidir.
Mütəxəssislər bu halların qarşısını almaq üçün açıq havada uzunqollu geyimlər geyinməyi, qoruyucu sprey və şəbəkələrdən istifadə etməyi, gənə olan ərazilərdə bədəni örtən geyimlər seçməyi və bədəni mütəmadi yoxlamağı məsləhət görür. Allergiyaya meyilli şəxslərə isə yay aylarında özləri ilə həmişə antihistaminik preparatlar və adrenalin iynəsi (EpiPen) gəzdirmələri tövsiyə olunur.
Qeyd edək ki, uşaqlar və yaşlılar bu baxımdan daha həssas qrup sayılır və diqqətlə qorunmalıdır.

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı
Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib
Putin İlham Əliyevi Rusiyaya dəvət etdi
40 yaşlı kişinin evindən meyiti tapıldı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
Necla Uyqur vəfat etdi
Elvin Əlizadəyə yüksək vəzifə verildi
Laçın sakini Ağcabədidə gölməçədə boğularaq ölüb
Güllünü öldürən doğma qızına bu cəza verildi
Zaqatalada maşın işıq dirəyinə çırpıldı - Xəsarət alan var
"Barselona"nın hücumçusu "Qalatasaray"la oyunu buraxacaq
Atilla Taşın qızı 14-cü mərtəbədən yıxılaraq öldü
Azərbaycanda bəzi kolleclər ləğv oluna bilər
İnsanların sizi sevmədiyini göstərən 7 gizli işarə
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı