Cərimələnən müğənni: "Adamı yatmağa da qoymadılar, bunların başına Allah daş salsın

Cərimələnən müğənni: "Adamı yatmağa da qoymadılar, bunların başına Allah daş salsınXəbər verdiyimiz kimi dünən Əməkdar artist Elnarə Abdullayeva Şamaxıya gedərkən postda saxlanılıb və 100 manat cərimə edilərək geri qaytarılıb.
E.Abdullayeva məsələyə belə aydınlıq gətirib: "Əslində neçə aydır Bakıda evimdə oturmuşam. Xəzər TV kanalının əməkdaşları isti ocağıma soyuq su calayıb, məni götürüb Şamaxıya çəkilişə apardılar, qardaş. Mənə dəqiqə başı zəng vuran isə Dilşad adlı qız idi, inanırsınız adamı yatmağa da qoymadılar. Elə belə də yazın, bunların başına Allah daş salsın. Dedilər çəkiliş edəcəyik, mən də dedim ki, karantində çəkiliş olmaz axı. Dedilər ki, 11 nəfərik, mən də dedim ki, axı bu qədər adamla karantində çəkiliş olmaz. Onlar da dedilər ki, Elnarə xanım, narahat olma, hər şey bizlikdi. Mən dəhşət qorxağam, xəstəliyə görə heç yerə getmirəm. Dedim ki, onda sənədləri düzəldin ki, postda söz-söhbət olmasın, mən söz götürən adam deyiləm və polisin də işinə qarışa bilmərəm. Bu, polisin vəzifə borcudur, mən sənin işinə hörmət qoymasam, sən də mənim işimə hörmət qoymazsan. Adi süpürgəçidən tutmuş, aliminə kimi gərək insan bir-birinin sənətinə hörmətlə yanaşsın. Postda onlar keçdi və mən də sənədlərimi təqdim etdim. Polis əməkdaşı dedi ki, siz geri qayıdın. Dedim ki, çəkilişə getməyimizlə bağlı sizə deyilib axı. Polis əməkdaşı dedi ki, portalda adınız yoxdur. Televiziya əməkdaşları da maşından düşüb yanıma gəldilər. Orda mən də çox əsəbiləşdim. Bütün baş verənlər Xəzər TV-nin işçilərinin ucbatından olub. Orda əsəbiləşdiyimə görə məni 100 manat da cərimələdilər. Evə gələndən sonra gördüm televiziya işçiləri yenə arxamca gəliblər və deyirlər ki, durun təzədən yola düşürük. Dedim ki, heç yerə getmirəm.
Həmin vaxt məni polis bölməsinə dəvət etdilər ki, cərimə yazılmasına aydınlıq gətirsinlər. Mən də bu işçilərə dedim ki, polis bölməsinə çağırıblar, ora gedirəm. Getdim bölmədə yoldaşlarla söhbət etdim. Bunlar təzədən məni Şamaxıya apardılar və posta çatanda dedim ki, indi siz keçirin məni, polis əməkdaşı yenə bizi geri qaytardı. Dedim ki, rəis, keçmək olmaz, dedi ki, yox. Dedim gördünüz olmaz, ay başınıza daş düşsün. Əslində bütün günahlar Xəzər TV-nin işçilərindədir. Adama deyərlər apara bilirsən məni apar, əgər yox bacarmırsansa, nə gəlib tülkülənirsən, bütün sinirlərimi pozursan. Bu danışdıqlarımdan o yana başqa bir şey yoxdur. Polis əməkdaşları mənə 100 manat cərimə ediblər, protokolun şəkilini çəkib Xəzər TV-nin işçilərinə atdım və dedim ki, gedin cəhənnəm olun cəriməni ödəyin. Mən niyə ödəyirəm? Yüz manatım var karantində? Niyə məni ora-bura dartırlar, belə müsibət olar? Mən onsuz da neçə aylar idi rayondaydım. Rayondan Bakıya gətirdilər məni, indi uşaqlarım da qalıb rayonda. Neçə ay idi şor-çörəyimi yeyib rayonda oturmuşdum da". (moderator.az) /open.az

Şou Biznes       Tarix: 29 avqust 2020
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Heyli Biber hamilədir? - Foto

Dünyaca məşhur model Heyli Biberin ikinci dəfə ana olacağı ilə bağlı iddialar yayılıb. Paparatsilərin Los-Ancelesdə gəzinti zamanı lentə aldığı fotolar modelin hamilə olması ehtimalını gündəmə gətirib. Heylinin qarın nahiyəsini

Əfsanəvi DATO və Bravo Metehi Bakıda konsert verəcək

Gürcüstan musiqisinin tanınmış simaları DATO və əfsanəvi Bravo Metehi qrupu Bakıda pərəstişkarlarının qarşısına çıxacaq. xəbər verir ki, DATO və Bravo Metehi qrupunun konserti 3 noyabr 2026-cı il tarixində Heydər Əliyev Sarayınd

Müğənni həbsxanaya göndərildi

Türkiyədə məşhur müğənni Nil Özalpla bağlı gözlənilməz qərar verilib. İstanbulda aparılan genişmiqyaslı fond istintaqı çərçivəsində saxlanılan 20 nəfərin hamısı məhkəmə qərarı ilə həbs edilib. Onların arasında Nil Özalp d

Ölən qızı 11 ay əvvəl boşanıbmış

Türkiyəli müğənni Atilla Taşın 14-cü mərtəbədən yıxılaraq həyatını itirən qızı Sezen Taşın keçmiş həyat yoldaşı Uğur Haliloğlu haqqında səsləndirilən iddialara cavab verib. Haliloğlu açıqlamasında Sezen Taşla 11 ay əvvə

Karyerasındakı prinsipləri açıqladı - "Açıq-saçıq geyinmirəm

Türkiyəli məşhur aktrisa Eda Ece evləndikdən və ana olduqdan sonra karyerasında daha seçici davrandığını açıqlayıb. Tanınmış jurnalist Fatih Altaylının verilişində qonaq olan aktrisa rol aldığı layihələrdə öpüşmə səhnələrind

"Günaydın, Azərbaycan"dan getmə səbəbini açıqladı

Aparıcı Xoşqədəm Hidayətqızı sosial şəbəkədə canlı yayım açaraq izləyicilərinin suallarını cavablandırıb. xəbər verir ki, aparıcı "Günaydın, Azərbaycan" verilişindən ayrılma səbəbini açıqlayıb. X.Hidayətqızı bildiri

Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi

"Son günlər sosial şəbəkələrdə şəxsimi hədəf alan, həqiqətə uyğun olmayan iddialarla aparılan qarayaxma kampaniyasını diqqətlə izləyirəm. İlk növbədə, hər kəs bilməlidir ki, heç kimin mənim türklüyümü, müsəlmanlığım

Məleykə Əsədovanın bacısı qızı İranda vəfat etdi - Fotolar

Xalq artisti Məleykə Əsədovanın ailəsinə ağır itki üz verib. "Qafqazinfo"ya istinadən verdiyi məlumatına görə, sənətçinin bacısı qızı Mina ötən gün İranda ağır xəstəlikdən vəfat edib. Üç qız anası olan 29 yaşl

Mauro İkardi Vanda Nara ilə rəsmən boşandı

Argentinalı futbolçu Mauro İkardi Vanda Nara ilə rəsmən boşandığını elan edib. Bu barədə hücumçu sosial şəbəkə hesablarında bəyan edin. İkardi Milan məhkəməsinin nikahın rəsmən ləğv edilməsi barədə qərar çıxardığını və 2024-c


son xeberler azerbaycan xeberleri yeni xeberler az xeber valyuta mezennesi sou biznes xəbər