Cəriməsi olan vətəndaşların nəzərinə - 10 gün vaxtınız var

Cəriməsi olan vətəndaşların nəzərinə - 10 gün vaxtınız varBakı şəhər Dövlət Yol Polisi İdarəsi qayda pozuntusuna yol verdiyi üçün cərimələnən piyadalara xəbərdarlıq edib.
azxeber.com xəbər verir ki, Bakıda qayda pozuntusuna yol verdiyi üçün barəsində protokol tərtib olunan əksər piyadalar cərimələri ödəməkdən yayınırlar. Bu səbəblə onların barəsində bir sıra məhdudiyyətlər nəzərdə tutulub. Məhdudiyyətlər barədə idarənin rəsmisi, polis mayoru Araz Əsgərli saytımıza açıqlama verib.
Onun sözlərinə görə, qaydaları pozan piyadalara törətdikləri xətalara görə, barələrində protokollar tərtib olunur və bu proses daim diqqətdə saxlanılır:
"Paytaxt ərazisindəki yol-nəqliyyat hadisələrində piyadavurma hallarının risk zonaları üzrə qiymətləndirərək xidməti məhz piyada təhlükəsizliyinin artırılması məqsədi ilə aparmaqla yanaşı, nəzarət mexanizimlərinin də sərtləşdirilməsi qaçılmazdır. Bu da onu deməyə əsas verir ki, piyada intizamı istənilən səviyyədə deyil. Nəinki son 1-2 ilin, hətta 10 ilin belə statistikası göstərir ki, yol nəqliyyat hadisələrinin əsas yükü piyadavurma hallarıdır.
Piyadaların yol infrastrukturundan düzgün istifadə etməməsi ağır faciələrlə yanaşı digər problemlərə də yol açır. Bəzən media resurslarında ictimai müzakirələr aparılarkən piyadalara münasibətdə protokolların az tərtib olunduğu bildirilir. Lakin bu belə deyil, piyadalarla bağlı bir çox preventiv və nəzarət profilaktik tədbirlər keçirilir. Onların gün ərzində qaydaları pozmaması üçün əməkdaşlarımız nizamlayıcı qismində yollarda təhlükəsizliyi ən mürəkkəb ərazilərdə təmin edir. Hazırda Bakı şəhərində piyadalar tərəfindən edilən 17 mindən artıq qayda pozuntusu qeydə alınıb ki, onların cərimələri isə ödənilməyib. Bu da təbii ki, təsir mexanizmləri ilə bağlı olan məsələlərdir".
Araz Əsgərli cərimələrini ödəməyən piyadaların gələcəkdə problemlərlə üzləşəcəyini də vurğulayıb:
"Məlumat üçün bildirim ki, həmin 17 mindən çox cəriməsi olan şəxslərlə bağlı artıq müvafiq orqanlara müraciət edilib. Belə ki, həmin şəxslər məsuliyyətsizliyə davam etsələr müxtəlif çətinliklərlə üzləşə bilərlər. Misal üçün ölkədən çıxış yaxud hansısa proses keçirərkən yaranmış öhdəliklərinə əsasən müəyyən məhdudiyyətlərlə qarşılaşacaqlar. Belə ki, sözügedən pozuntular üzrə cəriməsi olan vətəndaşlardan xahiş edirik ki, cərimələrini vaxtında ödəsinlər. Əvvəla piyada qismində həyatlarını təhlükəyə atmasınlar, ikincisi isə törətdikləri pozuntuya görə tərtib olunan cərimələri ödəsinlər ki, əlavə məsuliyyət formalaşıb problemlər yaranmasın. Cərimələri öyrənmək üçün Daxili İşlər Nazirliyi "my.gov.az"a bütün məlumatları inteqrasiya edib. Dövlət Yol Polisinin tərtib etdiyi cərimələri də həmin sistemdən öyrənmək mümkündür".
Qurum rəsmisinin sözlərinə görə, cərimələri ödəməkdən boyun qaçıran piyadalarla bağlı məcburi tədbirlər görülməsi üçün icra və probasiya şöbələrinə məlumatlar göndərilir:
"İcra şöbələri həmin vətəndaşlara borcu ödəmək üçün 10 gün vaxt verir. Ödəməsə artıq məcburi icra tədbirləri görülür. Cərimələrin ödənməsi vətəndaşın pensiya, əmək haqqı və digər formada bank kartına yönləndirilir".

Sosial       Tarix: 20 oktyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Qeyri-rəsmi yaşadığı kişi tərəfindən vəhşicəsinə döyüldü

Bakının Xətai rayonunda 30 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib. " "a istinadla xəbər verir ki, hadisə onların birgə yaşadıqları evdə baş verib. Ağcabədi rayon sakini, 1996-cı il təvəllüdl

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı

Naharın hansı saatda yeyilməsi yalnız gündəlik qidalanma rejiminə deyil, çəkiyə nəzarətə də təsir göstərə bilər. Aparılan araşdırmalardan birində arıqlamağa çalışan 420 nəfərin qidalanma vərdişləri izlənilib. Məlum olub ki

Ülvi Cəfərova ağır itki - Foto

Əməkdar incəsənət xadimi, professor Əliqismət Lalayev və "Şeron" qrupunun bədii rəhbəri, tanınmış müğənni, aktyor və prodüser Ülvi Cəfərova ağır itki üz verib. Əliqismət Lalayevin bacısı, Ülvi Cəfərovun isə anas


son xeberler azerbaycan xeberleri yeni xeberler xəbərlər.com qarabag dunya xeberleri kriminal bugun