"Çərpələng uşaq proqramı" layihəsinin bağlanış mərasimi keçirilib - FOTO
Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyi (RİİB) tərəfindən həyata keçirilən "Sosial layihələr" müsabiqəsinin qaliblərindən olan "Sabaha inam" İctimai Birliyinin icra etdiyi sosial layihə artıq yekunlaşıb.
Layihənin bağlanış mərasiminə Azərbaycan Milli Elmlər Akademiyası, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Yeni Azərbaycan Partiyası, "Regional İnkişaf" İctimai Birliyi və "Sabaha inam" İctimai Birliyinin nümayəndələri, həmçinin layihə iştirakçıları qatılıblar.
Tədbirdə bildirilib ki, layihə çərçivəsində uşaqlar üçün 20 nağıldan ibarət yeni mobil tətbiq yaradılıb, əlavə olaraq tətbiqdə Azərbaycan və dünya ədəbiyyatından seçilən nağıllar əsasında hazırlanan mobil oyunlar yerləşdirilib.
Valideynlərin nəzarəti ilə idarə olunacaq proqramda uşaqların yaşına uyğun bölmələri tənzimləmək, eyni zamanda onların proqramdan nə dərəcədə səmərəli istifadə etdiyini izləmək mümkündür.
Xatırladaq ki, sözügedən tətbiq uşaqların sosial inkişafına və dünyagörüşünün formalaşmasına dəstək vermək, həmçinin yeni texnologiyalardan daha faydalı istifadə etmələrinə imkan yaratmaq məqsədi daşıyır.





Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR