Cərrahi əməliyyat zamanı pandemiyadan qorunmağın yolları açıqlandı

Cərrahi əməliyyat zamanı pandemiyadan qorunmağın yolları açıqlandıAzərbaycan Tibb Universitetinin (ATU) əməkdaşları əməliyyatdaxili profilaktika prinsiplərini açıqlayıb.
Milli.Az xəbər verir ki, açıqlamada bildirilib ki, COVID-19 adlanan infeksion xəstəliyinin pandemiyası dövrünü yaşayırıq və onunla mübarizə aparmaqdayıq. Bu xəstəliklə savaşda ən effektiv yol - onun yayılmasının qarşısını almaqdır:
"Bunun üçün özünütəcrid ən vacib tədbirdir. Hər sahədə birbaşa təmasları azaltmaq üçün total izolyasiya tədbirləri həyata keçirilir. Həyati vacib sahələr istisna olmaqla, əksər sferalarının fəaliyyəti dayandırılır və ya distant formaya keçirilir.
Lakin elə sahələr var ki, orada birbaşa təması aradan qaldırmaq mümkün deyil. Bunlardan biri də tibbi fəaliyyət sahəsidir. Azərbaycan Tibb Universitetinin I cərrahi xəstəliklər kafedrasının müdiri professor Nuru Bayramov qeyd edir ki, buna görə də bir çox ölkələrdə tibbi fəaliyyət sahəsində iki mühüm dəyişiklik həyata keçirilir.
Bunlardan birincisi, COVID-19 xəstəliyi və ya şübhəsi olan pasientlərə xidmətin izolyasiyası, ikincisi isə, planlı xidməti dayandımaq və yalnız təcili və təxirəsalınmaz tibbi xidmətləri göstərməkdən ibarətdir. Sonuncu tədbirin həyata keçirilməsində birinci məqsəd insani təmasları azaltmaqdırsa, ikinci məqsədi tibbi resursları qorumaqdır".
ATU-nun I cərrahi xəstəliklər kafedrasının müdiri professor Nuru Bayramov bildirir ki, hazırda bəzi xəstələrdə təcili və onkoloji əməliyyatların aparılması zərurəti ortaya çıxır. Buna görə də əməliyyatdan əvvəl, əməliyyat vaxtı və əməliyyatdan sonra koronovirus yayılmasının qarşını almaq üçün bir sıra tədbirlərin görülməsinə böyük ehtiyac var.
İnfeksiyaya nəzarət komitələrinin tövsiyələrini, beynəlxalq protokolları, elmi tədqiqatları, Çin, İtaliya və digər ölkələrdə əldə edilən dünya təcrübəsini nəzərə alaraq I cərrahi xəstəliklər kafedrasının müdiri, professor Nuru Bayramov və kafedranın assistenti, t.ü.f.d. Sevinc Salahova COVID-19 pandemiyası dövründə aparılan təcili və onkoloji əməliyyatlarda aşağıdakı profilaktik tədbirlərin görülməsini tövsiyə edirlər:
"1. Təlim. Tibbi personala sterilliyi qorumaq, davranmaq, geyinmək və xüsusi cəhətlərə diqqət etmək üçün təlimlər keçmək.
2. Total skrininq. Xəstəxanaya müraciət edən bütün xəstələri COVID-19 görə klinik və laborator olaraq yoxlamaq.
3. İzolyasiya. COVID-19 olan xəstələrlə olmayan xəstələrin bütün cərrahi xidmətlərini bir-birindən təcrid etmək - yatış şöbələri, əməliyyatxanaları və tibbi personalı ayrı olmalıdır. Bunun üçün xəstəxanaları ayırmaq və ya xəstəxana daxilində izolyasiya etmək lazım gəlir.
4. Total qoruma. Hazırki yoxlama üsullarının nə dərəcədə həssas və spesifik olduğunu dəqiq bilmədiyimizi, yoluxmanın hər mərhələdə baş verə biləcəyini nəzərə alaraq həm virus pozitiv, həm də neqativ olanların müalicə mərhələlərində yüksək dərəcəli qoruma tədbirləri həyata keçirmək lazımdır.
5. Xəstələrlə əməliyyatdan əvvəl və sonra təmas qaydaları İnfeksion komitənin verdiyi tövsiyələr çərçivəsində olmalıdır.
6. Tibbi personalı qorumaq (ikiqat geyim və deşilməni önləmək).
a. Əməliyyat vaxtı cərrah, tibb bacıları və anestezioloqların geyimləri steril və iki-üçqat olmaldır: ikiqat papaq, əlcək, maska və xalat, qoruyucu üzlük.
b. Əməliyyat vaxtı əlcəklərin deşilməməsi və yırtılmamasına səy göstərmək, baş verərsə, anında dəyişdirmək.
7. Ağciyəri qorumaq. Ağciyərləri qorumaq üçün laparoskopik əməliyyatlarda qarındaxili təzyiqi aşağı səviyyədə tutmaq və Tredlenburq vəziyyətindən qısamüddətli istifadə etmək.
8. Tüstünün yayılmasının qarşısını almaq. Elektrokoterlərin və ultrasəs bıçaqlarının törətdiyi tüstü virus və mikrobların yayılmasında rol oynayır. Ona görə də həm açıq, həm də laparoskopik əməliyyatlarda tüstünün əmələ gəlməsini və yayılmasını azaltmaq lazımdır. Bu məqsədlə koterlərin məhdud şəkildə, aşağı rejimdə və qısamüddətli istifədəsi, tüstünü sormaq üçün aspiratorlardan istifadə etmək tövsiyyə olunur.
9. Əməliyyat vaxtı "mayelərin" kənara çıxmaması. Əməliyyat vaxtı qan və digər mayelərin ətrafa çıxmasının qarşısı maksimal dərəcədə alınmalıdır və bu məqsədlə sorucuların istifadəsi şərtdir.
10. Pnevmoperitoneum qazının kənara çıxmaması. Pnevmoperitoneum qazında virusların olma ehtimalı vardır, ona görə də bu havanın kənara çıxmamasına diqqət etmək lazımdır: resirkulyator sistemlər istifədə edilməməlidir, portlardan buraxmalara, xüsusən qəfləti qaz çıxışlarına yol verilməməlidir, mümkünsə, karbon qaz filtrləri istifadə edilməlidir.
11. Dezinfeksiya. Əməliyyatdan sonra əməliyyat otağı və cihazlar, tullantılar yüksək dezinfeksiya tələblərinə uyğun olaraq işlənməlidir".
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 01 aprel 2020
f Paylaş

Oxşar xəbərlər

Kəsim yerlərindən alınan ətdən qarayara xəstəliyi keçə bilərmi?

Samux rayonu üzrə qeydə alınan qarayara hadisəsi bu xəstəliyin kəsim yerlərindən alınan ətlərdən keçə biləcəyi və təhlükəsizlik məsələlərini gündəmə gətirib. KONKRET.azxəbər verir ki, mövzu ilə bağlı -a açıqlama verən qid

Dünyada Hantavirus təhlükəsi böyüyür: Virusla bağlı elə dəhşətli iddialar yayıldı ki

Dörd il əvvəl edilən və 2026-cı ildə hantavirusla bağlı mümkün yayılmanı "proqnozlaşdıran" paylaşım sosial şəbəkələrdə yenidən geniş müzakirə olunur. Narahatedici xəbərlərin fonunda internetdə siçanlar və digə

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama

İsti vannada cəmi 30 dəqiqə keçirmək qan təzyiqinin azalmasına və damarların genişlənməsinə kömək edə bilər. Yeni araşdırmada bu təsirin bəzi göstəricilər üzrə orta intensivlikli fiziki məşqlərdən daha güclü olduğu müəyyə

Bu meyvələr diabet yaradır? - Həkimdən XƏBƏRDARLIQ

Yay aylarında ərik, gilas, çiyələk, qarpız kimi mövsümi meyvələrə maraq artır. Lakin insanlar arasında geniş yayılmış fikirlərdən biri də şirin meyvələrin həddindən artıq istehlakının şəkər xəstəliyinə səbəb olması ilə bağlıdır

Güclü istilər gəlir - Ekoloqdan xəbərdarlıq

Yay fəsli Azərbaycana daxil olsa da, hava şəraitinin hələ də yazı və ya payızı xatırlatması, üstəlik yaxın günlər üçün yağış və dolu xəbərdarlıqlarının verilməsi diqqət çəkir. İqlim dəyişikliyi fonunda bu cür kəskin hav

Süni intellektin köməyi ilə zəhər hazırladı, valideynlərini öldürmək istədi - ABŞ-da dəhşətli olay

OpenAI-a məxsus ChatGPT istifadəçilərin sorğularına əsasən bioloji silah və zəhərlərin hazırlanması ilə bağlı ətraflı və dəqiq təlimatlar verib. KONKRET.azxəbər verir ki, bu barədə The Wall Street Journal yazır. Nəşrin məlumatın

Bu qidalar ishala səbəb ola bilər

Qəbizlik zamanı bağırsaqları hərəkətə gətirən qidalar tez-tez axtarılır. Liflə zəngin, bağırsaq hərəkətlərini sürətləndirən və həzm sistemini stimullaşdıran bəzi qidalar bu təsirə malikdir. KONKRET.azpravdaaz-a istinadə

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur

2025-ci ildə ilk dəfə bədxassəli yenitörəmə diaqnozu qoyulmuş 15 144 nəfər qeydiyyata alınıb. KONKRET.azxəbər verir ki, bu barədə -a Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumata görə, ilk dəfə diaqnoz qoyula

Məktəblərdə "svinka" yayılıb? - NAZİRLİKDƏN AÇIQLAMA

"Azərbaycanda məktəblilər arasında ayrı-ayrı yoluxma faktları nadir hallarda qeydə alınsa da, hər hansı infeksiyanın, o cümlədən ictimaiyyət arasında "svinka" kimi tanınan epidemik parotit xəstəliyinin kütləv


azerbaycan xeberleri yeni xeberler son xeberler valyuta mezennesi 2026 sou biznes valyuta mezennesi cəbhədən son məlumat