"Çətin müalicə olunan sinusit" - səbəbləri və müalicəsi

"Çətin müalicə olunan sinusit" - səbəbləri və müalicəsiSon zamanlar sinusitlə xəstələnənlərin sayı 2 dəfə artmış, həmçinin burun və burun ətrafı ciblərin patologiyası ilə xəstəxanaya yerləşdirilənlərin sayı hər il 1,5-2 % artır. Hazırda stasionar müalicədə olan sinusitli xəstələr otorinolarinqoloji xəstələrin 40-50%-ni təşkil edir. Sinusitin öyrənilməsinin əsas səbəbi odur ki, kəskin və xroniki sinusitlər adətən orbital və kəllədaxili ağırlaşmalara səbəb ola bilir.
Xəstəxanadan kənar kəskin sinusitin tipik törədiciləri Streptococcus pneumoniae və Haemophilus influenzaedir, daha az rast gəlinənlər Moraxella catarralis, Streptococcus pyogenes, Staphylococcus aureus-dır.
Sinusitin tipik simptomlarına çətinləşmiş burun tənəffüsü, burundan gələn patoloji ifrazat, burun-üz nahiyyəsində ağırlıq hissi, narahatlıq, ağrı aiddir. Yerli simptomlarla yanaşı burun ətrafı ciblərin iltihabi prosesi sistemli dəyişiklərlə müşahidə oluna bilər. Bu zaman adətən ön plana baş ağrıları, zəiflik, əzginlik, tez yorulma, yüksək hərarət simptomları çıxır.
Sinusitin diaqnostikası burun boşluğuna baxış, burun ətrafı ciblərin rentgen müayinəsi və ya kompüter tomoqrafiyası əsasında aparılır. Çətin müalicə olunan sinusit insan orqanizminin və potensial törədicinin qarşılıqlı təsirində, antibakterial preparatlara qarşı mikroorqanizmlərin rezistentliyinin artmasında vacib rol oynayır. Bu biotəbəqə formasında infeksiyaların burunun selikli qişasında və burun ətrafı ciblərdə patoloji prosesin gedişatına təsiri ilə əlaqəlidir. Antibiotiklərin təsirinə və orqanizmin müdafiəedici faktorlarına biotəbəqədə olan bakteriyalar daha davamlı olurlar.
Sinusitin müalicəsi burunun selikli qişasının ödeminin aradan qaldırılmasından və sinuslarla burun boşluğu arasında keçidin bərpa olunmasından ibarətdir. Selikli qişanın ödemini aradan qaldırmaq üçün sprey, damcı və aerozol formasında buraxılan müxtəlif preparatlar istifadə olunur. Bu qrup preparatlar damar daraldan təsirə malikdir və ödemi aradan qaldırmağa kömək edir. Xəstəliyin ağırlığından və mərhələsindən asılı olaraq antibiotiklər, antihistamin preparatlar qəbul olunur. Aparılan dərman terapiyası ilə paralel, immuniteti gücləndirən, iltihabı azaldan, ifraz olunan irinin daha yaxşı xaric olunmasına kömək edən preparatlar istifadə olunur. Çətin müalicə olunan sinusitin müalicəsində bakteriya biotəbəqəsinin məhv edilməsinə təsir edən preparatlar vacib rol oynayır.
Sinusitin tez və effektiv müalicəsi üçün özünümüalicə ilə məşğul olmaq olmaz, mütləq Qulaq-burun-boğaz (LOR) həkiminə müraciət etmək lazımdır.
Materialda əks olunmuş məlumatlar müxtəlif qaynaqlardan, o cümlədən elmi-populyar məqalələr, internet materialları, rəsmi hesabatlar və s. əldə olunmuş, ümumiləşdirilmiş, tərcümə edilmiş və sistemləşdirilmişdir. Materiallardan istifadə olunduqda www.aptekonline.az saytına istinad olunma mütləqdir.
Oxuduğunuz məqalənin əsas mövzusu olan xəstəliyə qarşı, eləcə də digər xəstəliklərə qarşı effektiv və güclü mübarizə aparmaq üçün keyfiyyətli, təbii dərman vasitələri, kosmetoloji vasitələr, gigiyena və təmizlik vasitələri, uşaq qidaları və tibbi ləvazimatlar üçün 24 saat operativ xidmət   göstərən *7700 - təcili dərman çatdırılma xidmətinə müraciət edə bilərsiniz.
Sifariş üçün:
+99455 251 77 00 (Whatsapp) nömrəsinə yaza və ya *7700 nömrəsinə zəng edə bilərsiniz.
Çatdırılma ÖDƏNİŞSİZDİR. /news.milli.az

Sağlamlıq       Tarix: 30 noyabr 2019
f Paylaş

Oxşar xəbərlər

COVID-19-dan ölənlərin sayı 7 milyonu keçdi

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, indiyədək dünya üzrə COVID-19-dan ölənlərin sayı 7 milyon 115 min 86 nəfərə çatıb. KONKRET.aztrend-ə istinadən xəbər verir ki, ÜST-nin məlumatına əsasən, qlobal miqyasd

Məktəblərdə "svinka" yayılıb? - NAZİRLİKDƏN AÇIQLAMA

"Azərbaycanda məktəblilər arasında ayrı-ayrı yoluxma faktları nadir hallarda qeydə alınsa da, hər hansı infeksiyanın, o cümlədən ictimaiyyət arasında "svinka" kimi tanınan epidemik parotit xəstəliyinin kütləv

Kəsim yerlərindən alınan ətdən qarayara xəstəliyi keçə bilərmi?

Samux rayonu üzrə qeydə alınan qarayara hadisəsi bu xəstəliyin kəsim yerlərindən alınan ətlərdən keçə biləcəyi və təhlükəsizlik məsələlərini gündəmə gətirib. KONKRET.azxəbər verir ki, mövzu ilə bağlı -a açıqlama verən qid

Qızılca ilə bağlı son vəziyyət açıqlandı

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk doqquz ayı ərzində qızılca üzrə qeydə alınan yoluxma göstəricilərində epidemioloji vəziyyəti narahatlıq doğuran dəyişiklik müşahidə olunmayıb. KONKRET.azxəbər verir ki

Yayılan virusla bağlı ÜST-dən açıqlama

"MV Hondius" kruiz laynerində hantavirusun yayılması ilə bağlı yaranan vəziyyət COVID-19 pandemiyasının başlanğıcı ilə bənzərlik təşkil etmir. xəbər verir ki, onun sözlərinə görə, hazırda infeksiyanın qlobal təhlük

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur

2025-ci ildə ilk dəfə bədxassəli yenitörəmə diaqnozu qoyulmuş 15 144 nəfər qeydiyyata alınıb. KONKRET.azxəbər verir ki, bu barədə -a Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumata görə, ilk dəfə diaqnoz qoyula

Bakını bürüyən uçan qarışqalar xəstəlik yayır?

Paytaxt ərazisində son günlər qanadlı qarışqaların sayında nəzərəçarpacaq artım müşahidə edilir. milliaz-a istinadla xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan videolarda çoxlu sayda həşəratın xüsusilə işıq mənbələrini

Xərçəng xəstələri üçün yeni imkanlar: Görülən tədbirlər müalicə xərclərini azaldacaq

Xərçəng xəstəliyinin müalicəsinin dövlət tərəfindən daha geniş maliyyələşdirilməsi və onkoloji xəstələrə əlavə güzəştlərin tətbiqi son illərdə dünyada səhiyyə siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Azərbaycand

Yayda çimməyin ölümcül riskləri barədə XƏBƏRDARLIQ

"İsti avqust sularında bakteriya və göbələklər sürətlə çoxalır. Qulaq kanalında qalan su isə infeksiyaların yaranması üçün əlverişli şərait yarada bilər". -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionis


azerbaycan xeberleri son xeberler yeni xeberler kriminal bugun en yeni xeberler metbuat xeberleri valyuta