Çevik Ekspertlər Qrupundan sülhməramlılarla bağlı BƏYANAT

Çevik Ekspertlər Qrupundan sülhməramlılarla bağlı BƏYANATSon zamanlar sosial şəbəkələrin erməni seqmentində Azərbaycanın müvəqqəti olaraq Rusiya sülhməramlıları tərəfindən nəzarət olunan ərazilərində, xüsusilə də Xankəndidə uşaq və yeniyetmələrin silahlandırılması, onlara Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak etmələri üçün təlimlər keçirilməsi ilə bağlı çoxsaylı faktlar öz əksini tapıb.
Çevik Ekspertlər Qrupu bu barədə bəyanat yayıb.
Bəyanatda deyilir:
"2020-ci ilin sentyabr-noyabr aylarında da uşaqların Ermənistan tərəfindən hərbi təlimlərə və döyüş əməliyyatlarına cəlb edilmələri, bu zaman müxtəlif ağırlıqda bədən xəsarətləri almaları, eləcə də uşaq bağçalarının, məktəblərin hərbi məqsədlərlə istifadə olunmaları ilə  bağlı çoxsaylı faktlar qeydə alınmışdı. 
Biz, Çevik Ekspertlər qrupu olaraq Ermənistan tərəfindən erməni uşaqlarının "vətənpərvərlik" adı altında uşaq əməyinin ən ağır forması olan insan alverinə cəlb edilməsinə goz yuma bilmirik. Uşaqların qanunsuz olaraq hərbi əməliyyatlara cəlb edilməsi, insan alveri ilə mübarizəyə çağıran beynəlxlq hüquq normalarının kobud şəkildə pozulmasıdır. Biz, qoşulduğumuz beynəlxlaq sənədlərin aliliyinə həmişə hormətlə yanaşırıq! Erməni uşaqlarının məcburi əməyə və əməyin istismarına cəlb edilməsi, Azərbaycan Respublikasının suveren ərazisi olan Xankəndi şəhərində  baş verməsi və müvəqqəti olaraq sülhmərəmlılar tərəfindən nəzarət edilən digər ərazilərimizdə azyaşlıların hərbi məqsədli əməliyyatlara cəlb ediməsi. hərbi təlimlərdə istifadə olunmalarına qəti etiraz edirik.
Bildiririk ki, bununla Ermənistan BMT-nin Uşaq Hüquqları Konvensiyasının 38-ci maddəsini ( silahlı münaqişələr zamanı uşaq və yetkinlik yaşına çatmayanların hərbi əməliyyatlara cəlb olunmasını qadağan edir), "İnsan alverinə qarşı mübarizə haqqında" 2005-ci il mayın 16-da Varşava şəhərində imzalanmış Konvensiyasının 57-ci maddəsinin 3-cü bəndini (uşaqların istismar məqsədilə cəlb edilməsi, daşınması, təhvil verilməsi, gizlədilməsi və ya alınması) və ümumilikdə beynəlxalq hüquq normalarını, eləcə də Azərbaycan Respublikasının müvafiq hüquqi-normativ aktlarını kobud şəkildə pozur.
Biz, silahlı münaqişələr və ya münaqişə sonrası uşaqların hərbi əməliyyatlara, hərbi məqsədli hazırlıqlara cəlb edilməsinə, uşaqların  silahlandırılmasına, uşaq əməyinin istismarına son qoymağı tələb edir,  beynəlxalq təşkilatları Ermənistanın beynəlxalq hüquq normalarına əməl etməsi üçün məcburedici addımlar atmağa cağırırıq.
Çevik Ekspertlər Qrupunun üzvləri:
" Vətəndaş" Tədqiqat və İnkişaf İctimai Birliyinin sədri Günel Səfərova
  "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova
  "Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri  Kəmalə Ağazadə 
 "Gəncə Regional Qadın Mərkəzi" İctimai Birliyinin sədri Məleykə Əlizadə
  "İslahatçı Qadınlar və İnnovasiyalar" İctimai Birliyinin sədri Vüsalə Hüseynli" / azxeber.com

Sosial       Tarix: 12 dekabr 2022
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzaman

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında


yeni xeberler azerbaycan xeberleri son xeberler xəbərlər maşın realiti şou ən son xəbər son xeberler azerbaycan