Ceyhun Aşurov: "Hotelçilik sahəsində kadr çatışmazlığı var
Ceyhun Aşurov: "Hotelçilik sahəsində kadr çatışmazlığı var"
"Biz ardıcıl olaraq bir neçə ildir ölkədə fəaliyyət göstərən ali təhsil müəssisələrində hotelçiliklə bağlı təhsil alan tələbələri təcrübə üçün hotelə cəlb etmişik".
Oxu.Az xəbər verir ki, bu fikirləri Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Mehmanxana və Restoran Biznesi kafedrası tərəfindən ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş elmi praktiki seminarda çıxış edən hotel direktoru Ceyhun Aşurov deyib.
O bildirib ki, hazırda 6-7 təhsil müəssisəsi ilə əməkdaşlıq edirlər:
"Bu əməkdaşlıq çərçivəsində ötən il hotelçilik üzrə təhsil alan 40, bu il isə 60 tələbə hoteldə təcrübəyə cəlb edilib. Hər həftə həmin tələbələrin sənaye sahəsindən olan mütəxəssislərlə görüşü keçirilir. Tələbələr təhsil müəssisəsində aldıqları nəzəri bilikləri əyani olaraq təcrübə müddətində tətbiq edir və ya təkmilləşdirirlər. Hotelçilik sahəsində kadr çatışmazlığı var. Bütün prestijli hotellər peşəkar kadr axtarır, amma bu kadrların yetişdirilməsi məsələsinə hər hansı təşəbbüs görmürük. Bu sahədə olan peşəkarlar özləri də kadr yetişdirilməsində öz bilik-bacarıqlarını bölüşməlidirlər".
Könül Cəfərli

Azərbaycanda nə qədər işsiz var?
Goranboydakı ağır qəzada ölənlərin kimliyi MƏLUM OLDU
Meteohəssasları sabah nə gözləyir? - PROQNOZ
Faiq Ağayevə ağır itki üz verdi
Premyer Liqada II tur: "Qəbələ" "Şəfa"ya, "Zirə" "İmişli"yə qarşı
Yeniyetmə bacı-qardaş göldə batdı - Qızın meyiti tapıldı
Daha bir ölkə hazırlıq görür: Rusiyaya hücum olacaq
Hamiləliyini sonlandırarkən ölən qadın əvvəlcə bu hospitalda olub - DETALLAR
Azərbaycanda ən çox bahalaşan ərzaq məhsulları - SİYAHI
Alzheimer və Parkinsondan qorunmağın yolu: Bir sadə hərəkətlə
Yunanıstan Azərbaycandan neft idxalını artırıb
Əlillik pensiyasından yaşa görə pensiyaya keçid: Hansı məbləğ daha sərfəlidir?
"Fənərbaxça"dan Taliska açıqlaması
Kamçatkada köməksiz qalan azərbaycanlı aparıcıdan xəbər var - FOTO / Yenilənib
Ağcabədidə ağır qəza: yaralılar var