Ceyhun Bayramov ATƏT-in Baş katibi ilə görüşdü - FOTO
Ceyhun Bayramov ATƏT-in Baş katibi ilə görüşdü - FOTO
25 may 2021-ci il tarixində Avstriyaya işgüzar səfəri çərçivəsində Xarici İşlər naziri Ceyhun Bayramov ATƏT-in Baş Katibi Helqa Şmid ilə görüşüb.
Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüş zamanı nazir Azərbaycanın ATƏT ilə əməkdaşlığa önəm verdiyini qeyd edib. Nazir 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın imzalanması ilə 30 il davam edən münaqişəyə son qoyulduğunu diqqətə çatdırıb və bəyanatın hər iki ölkənin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət əsasında Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması üçün geniş imkanlar yarandığını vurğulayıb.
Görüş zamanı, həmçinin üçtərəfli bəyanatlardan irəli gələn bir sıra məsələlər müzakirə edilib, xüsusilə regional nəqliyyat bağlantılarının açılmasının Ermənistan da daxil olmaqla bütün region dövlətləri üçün yeni imkanlar açdığı və Ermənistan üçün iqtisadi əməkdaşlıq və inkişafdan yararlanmaq imkanının yarandığı bildirilib.
Tərəflər eyni zamanda, münaqişə sonrası bölgədə yaranan yeni vəziyyət, regionda baş verən proseslər, üçtərəfli bəyanatların icrası istiqamətində həyata keçirilən tədbirlər, ATƏT ilə əməkdaşlıq məsələləri, azad edilmiş ərazilərdə bərpa, yenidənqurma və reinteqrasiya prosesləri barədə fikir mübadiləsi aparıblar.

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Prezident Canni İnfantinonu qəbul etdi
Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı
Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR
Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib
Bakıda 16 avtobusun hərəkət sxemi müvəqqəti dəyişdirilir
Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir
27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi
Arvadını döydüyünə görə 6 ay maaşından pul tutulacaq - Detallar