Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının 30-cu iclasında çıxış etdi

Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının 30-cu iclasında çıxış etdi30 noyabr 2023-cü il tarixində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Şimali Makedoniyaya işgüzar səfəri çərçivəsində ATƏT-in Nazirlər Şurasının 30-cu iclasında iştirak və çıxış edib.
KONKRET.az xəbər verir ki, bu haqda XİN məlumat yayıb.
Bildirilib ki, nazir Ceyhun Bayramov, çıxışında ikili standartlar problemi və selektiv yanaşmanın beynəlxalq münasibətlər sistemində mövcud təhdid və çağırışlara qarşı effektiv cavab tədbirləri görülməsinin qarşısında duran ən böyük maneələrdən biri olduğunu vurğulayıb. Bu istiqamətdə, beynəlxalq hüquq normalarına, xüsusilə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığına hörmətin müstəsna əhəmiyyət kəsb etdiyi qeyd olunub.
Post-münaqişə dövründə bölgədə mövcud vəziyyət barədə ətraflı məlumat verən nazir Ceyhun Bayramov, xüsusilə cari ilin 19-20 sentyabr tarixlərində Qarabağ bölgəsində görülən anti-terror tədbirləri nəticəsində ərazilərimizdə Ermənistan tərəfindən öhdəliklərinə və şifahi bəyanatlarına zidd şəkildə saxlanan qeyri-qanuni rejimin buraxıldığı və tərksilah edildiyini diqqətə çatdırıb.
Görülən anti-terror tədbirləri nəticəsində qondarma rejimin tərksilahından sonra nümayiş etdirilən ərazilərimizdəki hərbiləşmənin miqyasının, Azərbaycan tərəfindən bütün beynəlxalq platformalar çərçivəsində öz ərazilərində qeyri-qanuni hərbi mövcudluğun qəbuledilməzliyi məsələsinin davamlı şəkildə qaldırılmasına baxmayaraq, beynəlxalq ictimaiyyətin bu məsələyə etinasızlığı, habelə bundan cəsarətlənən Ermənistanın öz aqressiv fəaliyyətini davam etdirməsinin nəticəsi olduğu bildirilib.
ATƏT-in hələ keçmiş Ermənistan-Azərbaycan münaqişəsi dövründə həll prosesinin bir parçası olmaq şansının mövcudluğuna baxmayaraq, bu Təşkilatın öz mandatının effektiv icrasına nail ola bilməməsinin, habelə post-münaqişə dövründə də Təşkilat çərçivəsində bir sıra iştirakçı dövlətlərin Ermənistana havadarlığının ATƏT mexanizmlərinin hələ də "uyğun olduğu"na dair istinadların reallığı əks etdirmədiyini göstərdiyi bildirilib.
Azərbaycan tərəfindən görülən anti-terror tədbirlərinin iddia edilənlərin əksinə nümunəvi şəkildə aparıldığı, ölkəmizin yerli erməni sakinlərin reinteqrasiyası, onların humanitar və sosial-iqtisadi ehtiyaclarının ödənməsi üçün ardıcıl səylər göstərdiyi diqqətə çatdırılıb. Bu istiqamətdə, BMT və onun ixtisaslaşmış qurumları habelə Beynəlxalq Qırmızı Xaç Komitəsinin bölgədəki müşahidələrinin də bölgədəki "gərgin humanitar vəziyyət" ilə bağlı iddiaların əsassızlığını sübuta yetirdiyi qeyd olunub.
Mövcud çətinliklərə və çağırışlara, Ermənistan tərəfindən prosesin yersiz ləngimələrə məruz qalmasına, həmçinin bir sıra dövlətlərin öz geosiyasi oyunlarını regiona proyeksiya etmək cəhdlərinə baxmayaraq, Azərbaycanın sülh gündəliyinin təşəbbüskarı kimi prosesin irəlilədilməsində qərarlı olduğu diqqətə çatdırılıb. Bu istiqamətdə, Azərbaycanın Ermənistana dövlət sərhədində, yaxud qərəzsiz və ya neytral üçüncü bir ölkədə görüşməyi təklif etdiyi də qeyd olunub.
Çıxışın tam mətni ilə bu keçid vasitəsilə tanış olmaq mümkündür.

Siyasi       Tarix: 01 dekabr 2023
f Paylaş

Oxşar xəbərlər

Hacıyevin Ermənistana səfəri ilə bağlı suala Mirzoyanın cavabı

Ermənistan xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Ermənistana səfəri barədə danışıb. KONKRET. -a istinadla xəbər verir ki, bu barədə Ermənistan parlamentind

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Hindistan "Pinaka" raket artilleriyası proqramını genişmiqyaslı şəkildə genişləndirməyə doğru irəliləyir. Hazırda təxminən 400 raketin tədarük prosesi həyata keçirilir. -a istinadən xəbər verir ki, bu barədə "İndia

Ted Kruz: "Texas mavi ştata çevrilib, amma bu, belə davam etməyəcək"

ABŞ senatoru Ted Kruz Texas ştatında Demokratlar Partiyasının qazandığı tarixi qələbələri şərh edərək bildirib ki, seçicilərin bir hissəsi qəzəb və narazılıq səbəbindən Respublikaçılara səs verməyib. O, Texasın yenidən Respublikaçıları

Ərdoğanın səfəri hansı mesajları verir? – Politoloqdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana səfər etməyi planlaşdırır. Son günlər Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı sosial şəbəkələrdə müxtəlif müzakirələ

Fransada 1,6 milyonluq etiraz: Makron hakimiyyətini nə gözləyir?

Fransada bahalaşmaya qarşı keçirilən kütləvi etiraz aksiyalarında 600 mindən çox insan iştirak edib. "Associated Press"in məlumatına görə, Fransa Daxili İşlər Nazirliyi nümayişçilərin sayını 600 min nəfər, həmkarla

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. xəbər verir ki, təbrikdə deyilir:. "Möhtərəm cənab Prezident, 8 noyabr - Zəfər Günü Azərbaycan torpaqlarının işğaldan aza

XİN: 8 Noyabr xalqın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən birini təşkil edir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın mill

Hikmət Hacıyev: Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır

Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır. xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir

Sahibə Qafarova Qazaxıstana səfər edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana işgüzar səfərə gəlib. Bu barədə Milli Məclisə istinadən xəbər verir. Məlumata görə, Astana şəhərinin Nursultan Beynəlxalq Aeroportunda Milli Məclisin sədrini Qazaxıstan Qurultayını


yeni xeberler azerbaycan xeberleri son xeberler son xeberler bu gun xeberler az son xeberler 2026 son xəbərlər