Ceyhun Bayramov ATƏT sədri ilə görüşdü - YENİLƏNİB + FOTO

Ceyhun Bayramov ATƏT sədri ilə görüşdü - YENİLƏNİB + FOTOCeyhun Bayramov ATƏT sədri ilə görüşdü - YENİLƏNİB + FOTO
15 mart 2021-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramovun ölkəmizdə işgüzar səfərdə olan İsveç xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri xanım Ann Linde ilə görüşü keçirilib.
Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüşdə hər iki tərəfdən geniş tərkibli nümayəndə heyətləri iştirak ediblər.
Nazir Ceyhun Bayramov qarşı tərəfi salamlayıb, ölkələrimiz arasında ikitərəfli münasibətlərin bir sıra istiqamətlər üzrə inkişaf etdiyini və bu əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanların mövcud olduğunu qeyd edib. O, dövlətlərimiz arasında siyasi dialoqun davamlılığının təmin olunması, yüksək səviyyəli qarşılıqlı səfərlərin həyata keçirilməsi, habelə beynəlxalq platformalarda əməkdaşlığın genişləndirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Nazir  bölgədə olan cari vəziyyət, üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər, Ermənistan tərəfindən 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın müddəalarına zidd davranış, o cümlədən Azərbaycan ərazilərinə terrorçu qrupun göndərilməsi, bu ölkənin hərbçilərini mülki geyimdə Azərbaycan ərazilərinə göndərmək cəhdləri, Azərbaycanın onilliklər ərzində işğal altında saxlanılan ərazilərində geniş minalanmanı həyata keçirən Ermənistanın hazırda mina xəritələrini Azərbaycana verməkdən imtina etməsi və digər məsələlər barədə həmkarına məlumat verib.
Nazir Ann Linde Azərbaycan Respublikasının dövlət başçısı ilə çox yaxşı görüşün keçirildiyini və ətraflı müzakirəkərin aparıldığını qeyd edib. O, bölgədə mövcud olan cari vəziyyətdə ATƏT-in töhfə verə biləcəyi məsələlərin müəyyən edilməsinin əhəmiyyətini bildirib.
Nazirlər Azərbaycanın ATƏT ilə əməkdaşlığı məsələləri ətrafında fikir mübadiləsi aparıblar. ATƏT-in hər üç ölçüsü üzrə Azərbaycanın təşkilatla əməkdaşlığı, həyata keçirilən layihələr, gələcək planları müzakirə ediblər.
Görüşdə tərəflər, habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Ceyhun Bayramov ATƏT sədri ilə görüşdü - YENİLƏNİB + FOTOCeyhun Bayramov ATƏT sədri ilə görüşdü - YENİLƏNİB + FOTOCeyhun Bayramov ATƏT sədri ilə görüşdü - YENİLƏNİB + FOTO12:03
Xarici İşlər naziri Ceyhun Bayramovun İsveçin Xarici İşlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Ann Lindenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü keçirilir.
Bu barədə Xarici İşlər Nazirliyinin "Twitter" səhifəsində məlumat yayılıb.

Siyasi       Tarix: 15 mart 2021
f Paylaş

Oxşar xəbərlər

Leyla Əliyeva Kuvakadla müzakirə apardı - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sentyabrın 29-da Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüb. xəbər verir ki, görüşdə kardinal Cor

Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Qarabağ Azərbaycan torpağıdır və əbədi olaraq belə də qalacaq. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə 27 sentyabr - Anım Günü ilə bağlı X-da paylaşımında bildirib. "Anım Günü münasibətilə Qarabağ

Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi

Türkiyədən Rusiyaya dost ölkəyə S-400-lərin köçürülməsi ehtimalı gündəmdədir. KONKRET.azapa-ya istinadən xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, bu istiqamətdə müvafiq işlə

Meloni İlham Əliyevə təşəkkür etdi

İtaliyanın "Eni" şirkətindən sonra Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) də törəmə şirkəti "Italiana Petroli" (IP) şəbəkəsində benzin və dizel yanacağının qiymət həddini təyin etmək qərarın

İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 26-da Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı Azərbaycanın beynəlxalq əhəmiyyətli nüfuzlu idman tədbirlərinə

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Hacıbaba Adil oğlu Babayev bu gün Azərbayca

27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi

27 Sentyabr – Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edildiyi gündür. Azərbaycan Prezidenti

Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi

Milli Məclis 27 sentyabr – Anım Günü ilə əlaqədar Bəyanat qəbul edib. xəbər verir ki, Bəyanatda deyilir:. "Azərbaycan dövlətimizin ərazi bütövlüyünü təsdiqləyən və işğal altında olan torpaqlaerın azad olunmasını tələ

Vensdən İrana qarşı SƏRT XƏBƏRDARLIQ: "Onlar başa düşürlər ki..."

ABŞ rəsmiləri İranın son addımları və bölgədəki vəziyyətlə bağlı sərt bəyanatlar səsləndiriblər. KONKRET.azxəbər verir ki, ABŞ rəhbərliyindən bildirilib ki, iranlılar öz hərəkətlərində səhvə yol verdiklərini anlayırlar. "Onla


yeni xeberler son xeberler azerbaycan xeberleri bugünki xəbərlər son xeberler bugun 2026 azerbaycan axsam.az xeberler xeber