Ceyhun Bayramov BMT-də G77 və Çin Qrupunun 46-cı illik Nazirlər iclasında iştirak etdi

Ceyhun Bayramov BMT-də G77 və Çin Qrupunun 46-cı illik Nazirlər iclasında iştirak etdi23 sentyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT-də G77 və Çin Qrupunun "Ərzaq, yanacaq və maliyyə böhranlarının aradan qaldırılması və Dayanıqlı İnkişaf Məqsədlərinə çatmağın yolları" mövzusunda 46-cı illik Nazirlər iclasında iştirak edib.
XİN-dən KONKRET.az-a verilən xəbərə görə, 134 ölkənin xarici işlər nazirlərinin qatıldığı iclasda Nazir Ceyhun Bayramov çıxış edərək, ərzaq, yanacaq və maliyyə böhranları ilə mübarizədə, habelə onların nəticələrinin aradan qaldırılmasında qlobal həmrəylik və əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Sözügedən qlobal problemlərlə mübarizədə G77-nin birgə səylərin konsolidasiyası, habelə həmrəyliyin, əməkdaşlığın möhkəmləndirilməsi və BMT sisteminin mərkəzi mövqeyinin vurğulanmasına öz töhfəsini verə biləcəyinə dair əminlik ifadə olunub.
G77-nin nisbətən yeni üzvü olmasına baxmayaraq, Azərbaycanın bu qrupun işinə fəal töhfə verməyə çalışdığı qeyd edilib. Bu xüsusda, nazir Ceyhun Bayramov, Qoşulmama Hərəkatının (QH) fəaliyyətdə olan sədri kimi Azərbaycanın QH və G77 arasında səmərəli qarşılıqlı fəaliyyətin qurulmasına çalışdığını söyləyib.
Ermənistan və Azərbaycan arasında münaqişənin sona çatması, Azərbaycanın ərazi bütövlüyününün bərpa edilməsindən sonra regionda yeni reallıqların yarandığı diqqətə çatdırılıb. Bu xüsusda, nazir Ceyhun Bayramov kommunikasiyaların bərpası və Zəngəzur dəhlizinin həyata keçirilməsi yolu ilə formalaşan nəqliyyat qovşağının Çinlə Cənubi Avropa arasında ən qısa quru marşrutu təmin edəcəyini vurğulayıb.
Azərbaycanın COVID-19 pandemiyasının yaratdığı problemlərin həllində 80-dən çox inkişaf etməkdə olan ölkəyə beynəlxalq humanitar, texniki və maliyyə yardımı göstərdiyi və bundan sonra da Cənub-Cənub əməkdaşlığının etibarlı tərəfdaşlarından biri kimi öz dəstəyini əsirgəməyəcəyi bildirilib.

Siyasi       Tarix: 25 sentyabr 2022
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycan 3 ölkə ilə viza rejiminin sadələşdirilməsinə dair sazişlər imzalayıb - FOTOLAR

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Sent-Kits və Nevis, Antiqua və Barbuda, həmçinin Benin xarici işlər nazirləri ilə görüşüb. xəbər verir ki, görüşlər zaman

İlham Əliyev bu şirkətlərin rəhbər şəxslərini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də Çinin "01.AI" və "Sinovation Ventures" şirkətlərinin baş icraçı direktoru Kei-Fu Lini, İtaliyanın "TEHA Group" şirkətinin Beynəlxal

Zelenski BMT tribunasından Rusiyanı HƏDƏLƏDİ

Ukrayna Prezidenti Volodimir Zelenski Nyu-Yorkda BMT Baş Assambleyasındakı çıxışı zamanı xəbərdarlıq edib ki, Rusiyanın Ukraynanın enerji infrastrukturuna zərbələrini davam etdirməsi Rusiyanın enerji obyektlərinə cavab hücumlar

Azərbaycan Prezidenti Estoniyanın yeni səfirini qəbul etdi - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 23-də Estoniya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tiina Nirki qəbul edib. xəbər verir ki, səfir etimadnaməsini dövlə

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə

Gürcüstan Patriarxlığının Azərbaycanın ərazisində yerləşən Kürmük məbədi ilə bağlı verdiyi son açıqlama Azərbaycan ilə Gürcüstan arasında mövcud olan dostluq, tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin ruhuna ziddir

ABŞ məhkəməsi Tramp administrasiyasını jurnalistləri Ağ Evə buraxmağa məcbur etdi

ABŞ-da məhkəmə Donald Tramp administrasiyasına jurnalistlərin Ağ Evə girişinə yenidən icazə verməyi tapşırıb. Hakim Timoti Kelli administrasiyanın CNN, MS NOW və "Politico" nəşrinin jurnalistlərini Ağ Evə buraxmama

İlham Əliyev Türkmənistan Prezidentini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovu təbrik edib. təbrikin mətnini təqdim edir:. "Hörmətli Sərdar Qurbanquliyeviç,. Türkmənistanın müstəqilliyinin 35-ci ildönümü münasibətil

Tixanovskaya: ABŞ Lukaşenkonun hökuməti ilə ticarət etməməlidir

ABŞ Belarus Prezidenti Aleksandr Lukaşenkonun hökuməti ilə ticarət etməməlidir. xəbər verir ki, bunu Belarusun demokratik qüvvələrinin lideri Svetlana Tixanovskaya BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən iclası çərçivəsind

FAKTI' Cənubi Qafqazda sülhə görə yalnız Paşinyanın mükafatlandırılması barədə: 'Bu, absurddur

Bolqarıstanın "Faktı" nəşri Cənubi Qafqaz regionunda sülhün bərqərar olmasına töhfə verdiyinə görə Hessen mükafatının Ermənistan hökumətinin başçısı Nikol Paşinyana verilməsinin əsaslılığının şübhə altına alındığ


yeni xeberler azerbaycan xeberleri son xeberler son xeberler bugun bugünki xəbərlər bu gune olan xeberler beynelxalq bank mezenne