Ceyhun Bayramov İndoneziyanın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib

Ceyhun Bayramov İndoneziyanın yeni səfirinin etimadnaməsinin surətini qəbul edibCeyhun Bayramov İndoneziyanın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib
22 dekabr 2020-ci il tarixində Xarici İşlər naziri Ceyhun Bayramov İndoneziya Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Hildi Hamidin etimadnaməsinin surətini qəbul edib.
XİN-dən verilən məlumata görə, nazir Ceyhun Bayramov Azərbaycana səfir təyin olunması münasibətilə Hildi Hamidi təbrik edib və səfirə gələcək fəaliyyətində uğurlar arzulayıb.
Azərbaycan və İndoneziya arasında mövcud olan dostluq münasibətlərini qeyd edən nazir, bu əlaqələrin daha da inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb. Ölkələrin həm ikitərəfli müstəvidə, həm də beynəlxalq platformalarda əməkdaşlığından razılıq ifadə olunub.
İndonizeyanın Azərbaycanın ərazi bütövlüyünə hər zaman nümayiş etdirdiyi dəstək məmnunluqla qeyd olunub.
Səfir Hildi Hamid Azərbaycan hökumətini və Azərbaycan xalqını ölkənin ərazi bütövlüyünün bərpa edilməsi və qələbə münasibətilə təbrik edib. 10 noyabr tarixli üçtərəfli bəyanatın bölgədə sülhün təmin edilməsinə xidmət edəcəyindən inam ifadə olunub. İndoneziyanın hər zaman Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşdığı və bölgədə sülhün təmin olunması üçün bundan sonra da Azərbaycanın ədalətli mövqeyini dəstəkləyəcəyi vurğulanıb.
Səfir İndoneziya Xarici İşlər naziri xanım Retno Marsudinin salamlarını nazir Ceyhun Bayramova çatdırıb. O, ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini qeyd edib.
Nazir Ceyhun Bayramov səfirə təşəkkürünü bildirib və Xarici İşlər naziri xanım Retno Marsudi ilə telefon danışığına istinad edərək İndoneziya ilə dostluq və əməkdaşlıq münasibətlərinin daha da genişləndirilməsi üçün potensialın mövcud olduğunu vurğulayıb.
Görüşdə tərəflər, habelə qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər. /oxu.az

Siyasi       Tarix: 22 dekabr 2020
f Paylaş

Oxşar xəbərlər

Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."

Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev Rusiya lideri Vladimir Putinin Avropa və bütün dünya üçün ən məqbul rəhbər olduğunu bildirib. KONKRET.azxəbər verir ki, o, bu barədə Almaniya lideri Fridrix Mərtz ilə keçirdiyi mətbua

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Hacıbaba Adil oğlu Babayev bu gün Azərbayca

Prezident Canni İnfantinonu qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da FIFA-nın prezidenti Canni İnfantinonu qəbul edib. xəbər verir ki, Prezident İlham Əliyev dünyada, o cümlədən Azərbaycanda futbolun dövlət səviyyəsində inkişaf

Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq

Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq. xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabındak

Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi

Milli Məclis 27 sentyabr – Anım Günü ilə əlaqədar Bəyanat qəbul edib. xəbər verir ki, Bəyanatda deyilir:. "Azərbaycan dövlətimizin ərazi bütövlüyünü təsdiqləyən və işğal altında olan torpaqlaerın azad olunmasını tələ

Vuçiç istefa verdi 

Serbiya Prezidenti Aleksandar Vuçiç ikinci prezidentlik müddətini başa vurmadan istefa verdiyini açıqlayıb. xəbər verir ki, Vuçiç növbədənkənar parlament seçkilərində hakim Serb Tərəqqi Partiyasının namizədi kimi baş nazi

Qalibaf: İrana neft satmağa mane olunarsa, regionda başqa heç bir ölkə neft sata bilməyəcək

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf İranın regionda neft satışına mane olunacağı təqdirdə digər ölkələrin də həmin regionda neft sata bilməyəcəyini bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, "Mehr"

Türkiyədə Azərbaycana qarşı kampaniyanın səbəbi nədir? – Cavanşir Abbaslıdan AÇIQLAMA

Son günlər Türkiyə mediasında Azərbaycan əleyhinə müxtəlif yazı və fikirlərin yayılması iki ölkə arasındakı münasibətlər fonunda diqqət çəkib. Bəzi dairələrin bu mövqedən Azərbaycan-Türkiyə əlaqələrinə təsir göstərməyə çalışdığ

Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir

"Azərbaycan həmişə beynəlxalq platformalarda fəal iştirak edir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü və Azərbayca


yeni xeberler son xeberler azerbaycan xeberleri son xeberler bugun oxu.az xeberler kriminal xeberler son xəbərlər bugün 2026