Ceyhun Bayramov Lavrovla "3+3" regional platformasını müzakirə etdi
Oktyabrın 20-də xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.
Bu barədə KONKRET.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Telefon danışığı zamanı tərəflər iki ölkə arasında əməkdaşlıq gündəliyi üzrə mövcud perspektivlər, Azərbaycan-Ermənistan normallaşma və sülh prosesi, habelə bölgədəki cari vəziyyət barədə müzakirə aparıblar.
Regionda sülh və sabitliyin təmin olunması, Azərbaycan və Ermənistan arasında bərabər və qarşılıqlı hörmətə əsaslanan davamlı sülhün bərqərar edilməsi istiqamətində göstərilən səylərin davam etdirilməsinin, bu gün bölgədə yaranmış tarixi imkanın əldən verilməməsinin vacibliyi vurğulanıb.
Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, Sergey Lavrov və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov telefon danışığı zamanı Cənubi Qafqaz üzrə "3+3" regional məsləhət platformasının işini müzakirə ediblər.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Ərdoğan sabah Qarabağa gəlir
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Leyla və Arzu Əliyevalar 'Tut Əlimdən' Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər
Bir yaş fərqinə görə bütün güzəştlərini itirə bilərlər: Tələbələrin hüquqları sual altında
Şahbuza qar yağır
İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO
Kassaya çatana qədər cibimizə girirlər: Marketlərdəki tələ