Ceyhun Bayramov Mark Loukok ilə video-konfrans formatında görüş keçirib
Ceyhun Bayramov Mark Loukok ilə video-konfrans formatında görüş keçirib
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin rəhbəri Mark Loukok ilə video-konfrans formatında görüşü keçirilib. Görüşdə hər iki tərəfdən nümayəndə heyətləri iştirak ediblər.
Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, video-konfransda tərəflər bölgədə hazırda mövcud olan vəziyyət, o cümlədən 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri müzakirə ediblər.
Görüşdə, həmçinin Azərbaycanın münaqişənin təsirinə məruz qalan bütün ərazilərində BMT və müvafiq Agentlikləri ilə humanitar fəaliyyət sahəsində əməkdaşlığa dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb. /oxu.az

Prezident Canni İnfantinonu qəbul etdi
Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR
Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR
Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
AZAL-dan Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi TƏKLİF
Pərviz Heydərov vəfat etdi
Yevlaxda üçotaqlı ev yandı
Masallıda kişi evində ölü tapıldı
Beyləqanda elektrik yarımstansiyasında yanğın olub
Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına