Ceyhun Bayramov moldovalı həmkarını təbrik edib
Ceyhun Bayramov moldovalı həmkarını təbrik edib
Bu gün xarici işlər naziri Ceyhun Bayramovun Moldova xarici işlər və Avropaya inteqrasiya naziri Aureliu Çokoy ilə telefon danışığı baş tutub.
Məlumatı XİN yayıb.
Bildirlib ki, Nazir Ceyhun Bayramov Moldovalı həmkarını təyinatı münasibətilə təbrik edib və ona səmimi arzularını çatdırıb. Nazir Aureliu Çokoy təbrikə görə təşəkkürünü bildirib.
Nazirlər bölgədəki son vəziyyət ətrafında fikir mübadiləsi aparıblar. Tam atəşkəs və bütün hərbi əməliyyatların dayandırılması ilə bağlı 9 noyabr tarixli üçtərəfli bəyanatın imzalanması alqışlanıb və razılıqdan irəli gələn bir sıra məsələlərin yerinə yetirilməsinin vacibliyi vurğulanıb.
Tərəflər, həmçinin ikitərəfli əməkdaşlıq gündəliyindəki məsələləri müzakirə ediblər, qurumlararası əməkdaşlığın intensiv şəkildə davam etdirilməsi, eləcə də çoxtərəfli platformalarda əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti qeyd olunub.
Nazirlər qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər. /oxu.az

Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR
Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR
Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
AZAL-dan Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi TƏKLİF
Pərviz Heydərov vəfat etdi
Yevlaxda üçotaqlı ev yandı
Masallıda kişi evində ölü tapıldı
Beyləqanda elektrik yarımstansiyasında yanğın olub
Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına
Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."