Ceyhun Bayramov: "Postmünaqişə mərhələsinə qədəm qoymuşuq
Ceyhun Bayramov: "Postmünaqişə mərhələsinə qədəm qoymuşuq"
"Azərbaycan otuz ilə yaxındır əsas diqqəti danışıqlara yönəltməklə Ermənistanın beynəlxalq hüquq normalarına, beynəlxalq təşkilatların qərarlarına uyğun olaraq, Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərini boşaldacağına ümid edirdi. Azərbaycan bu münaqişənin artmasına yol verməmək, haqqın səsini beynəlxalq birlik tərəfindən duyulması üçün səy göstərib".
"Report" xəbər verir ki, bu barədə Xarici İşlər naziri Ceyhun Bayramovun "TRT Deutsch" tərəfindən dərc olunmuş yazısında bildirilir.
"2020-ci ilin 10 noyabr günü Azərbaycan, Ermənistan, bütün Qafqaz regionu tarixində yeni fəsil başladı. Azərbaycan, Ermənistan və Rusiya tərəfindən imzalanmış üçtərəfli bəyanat Azərbaycanla Ermənistan arasında 30 ilə yaxındır davam edən silahlı münaqişəyə son qoydu. Bu bəyanatın icrası bütün döyüşlərin dayandırılmasına, işğal olunmuş bölgələrin Azərbaycana qaytarılmasına gətirib çıxarıb. Bəyanatda həmçinin məcburi köçkünlərin BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nəzarəti altında öz yurdlarına qaytarılmasını nəzərdə tutan mühüm müddəa da var", - deyə yazıda qeyd olunur.
Müəllifə görə, bu razılaşma regionda yeni reallıq və əməkdaşlıq üçün yeni imkanlar yaradır: "Razılaşmanın icrasına Rusiya və Türkiyənin töhfələri xüsusilə diqqətəlayiqdir. Bu qonşu dövlətlərin mühüm rol oynayaraq zəmanətçi olduqları həmin razılaşmanın yerinə yetirilməsi Cənubi Qafqaz regionunda çoxdandır ehtiyac duyulan sülh və sabitliyi təmin edəcək. Azərbaycan münaqişə bölgələrində olan erməni mənşəli vətəndaşlarını öz siyasi, sosial, iqtisadi məkanına yenidən qovuşdurmaq, bütün vətəndaşlarına etnik mənsubiyyəti və dini etiqadına baxmayaraq, eyni hüquq və azadlıqlar təmin etmək əzmindədir. Azərbaycan Respublikasının Konstitusiyası bunun üçün möhkəm hüquqi zəmindir.
Artıq yeni postmünaqişə mərhələsinə, yenidənqurma və bərpa, dinc qonşuluğun bərpası mərhələsinə qədəm qoymuşuq. Bu da inkişaf və əməkdaşlıq üçün yeni imkanlar açır". /oxu.az

Prezident Canni İnfantinonu qəbul etdi
Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı
Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR
Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR
Prezident sərəncam imzaladı
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib
Bakıda 16 avtobusun hərəkət sxemi müvəqqəti dəyişdirilir
Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir
Arvadını döydüyünə görə 6 ay maaşından pul tutulacaq - Detallar