Ceyhun Bayramov: "Qabiliyyətimiz beynəlxalq səviyyədə təqdirlə qarşılanıb

Ceyhun Bayramov: "Qoşulmama Hərəkatına Azərbaycanın sədrliyinin prioritetlərindən biri də müasir dünyanın çağırışlarına birgə və adekvat cavab verməklə çoxtərəflilik dəyərlərini təşviq etməkdir".
Azxeber.com xəbər verir ki, bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının (QH) Gənclər Şəbəkəsinin Təsis İclasının açılış sessiyasında bildirib.
Nazirin sözlərinə görə, QH-nin Azərbaycan sədrliyi, tədricən qlobal miqyasda ən təsirli gənclər təşkilatlarından birinə çevrilməsi gözlənilən QH Gənclər Şəbəkəsinin konsepsiyasını hazırladı:
"Dünya bu gün tarixin ən böyük gənc nəslinə sahibdir – 1,8 milyard. Bunların 90%-ə yaxını mütləq əksəriyyətini QH üzv dövlətlərinin təşkil etdiyi inkişaf etməkdə olan ölkələrdə yaşamaqdadır. Bir-birləri ilə heç vaxt olmadığı qədər əlaqəli olan gənc insanlar, yenilikçi həll yolları təklif etməklə və sosial inkişafın aparıcı qüvvəsinə çevrilməklə cəmiyyətlərinin inkişafına töhfə verirlər. Eyni zamanda onlar, keyfiyyətli təhsil, səhiyyə, layiqli iş, məcburi yerdəyişmə, ayrıseçkilik və kənarda qalmanın müxtəlif formaları kimi çoxşaxəli çağırışlarla qarşılaşırlar ki, bu da onlara imkanlarından tam şəkildə istifadə etməyə imkan vermir. Gənc insanların bu çağırışların öhdəsindən necə gəlməsi və öz yollarını müəyyən etməsi bəşəriyyətin inkişafı baxımından vacibdir".
Nazir Azərbaycanın Qoşulmama Hərəkatına verdiyi töhfələrdən söhbət açıb.
"Qoşulmama Hərəkatına Azərbaycanın sədrliyinin prioritetlərindən biri də müasir dünyanın çağırışlarına birgə və adekvat cavab verməklə çoxtərəflilik dəyərlərini təşviq etməkdir. QH sədrliyi kimi bu mühüm və məsuliyyətli vəzifəni qəbul edərkən, Azərbaycan çoxtərəfliliyin və Bandunq prinsiplərinin təşviqinə dair qətiyyətli sadiqliyini bəyan edib. O vaxtdan, biz təsis prinsiplərinin ruhunu və onlara bağlılığın əhəmiyyətini təşviq etmək üçün səylərimizi əsirgəməmişik.
COVID-19 pandemiyasının yayılması ilə baş verən görünməmiş və gözlənilməz miqyasda çağırışlar effektiv çoxtərəflilik üçün başlıca sınaq rolu oynadı. Məmnuniyyətlə qeyd etmək istərdim ki, pandemiyaya qarşı vaxtında, birgə və effektiv addımlarla bizim Hərəkatımız bir daha çoxtərəflilik aləmində davam edən rolunu və etibarlılığını nümayiş etdirib.
Bu mürəkkəb zamanlarda bizim təşkilatlanmaq və praktik həll yolları təklif etmək qabiliyyətimiz beynəlxalq səviyyədə təqdirlə qarşılanıb. Dünya liderləri və nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri böhran qarşısında Hərəkatın nümunəvi və diqqətəlayiq həmrəyliyini təqdir etmişlər. Bizim həmrəyliyimiz nümayiş etdirdi ki, qlobal əhəmiyyətli bir sıra məsələlərə dair QH üzv dövlətləri arasında fərqli mövqelər olsa da, biz ümumi düşmən qarşısında təşkilatlana bildik", - deyə C.Bayramov bildirib.
Nazir sonda yeni yaradılan Şəbəkənin üzvlərini şərtlər imkan verən kimi Azərbaycana səfər etməyə çağırıb.

Siyasi       Tarix: 05 oktyabr 2021
f Paylaş

Oxşar xəbərlər

Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini ilə görüşüb. xəbər verir ki, görüşdə Heydər Əliyev Fondunun Vatikand

Netanyahu onlardan milyonluq təzminat tələb edir

İsrailin baş naziri Benyamin Netanyahu bir neçə yerli KİV və tanınmış jurnalistlərə qarşı məhkəmə iddiası qaldırıb. xəbər verir ki, bu barədə "Likud" partiyası məlumat yayıb. İskə səbəb həmin media qurumlarını

Vensdən İrana qarşı SƏRT XƏBƏRDARLIQ: "Onlar başa düşürlər ki..."

ABŞ rəsmiləri İranın son addımları və bölgədəki vəziyyətlə bağlı sərt bəyanatlar səsləndiriblər. KONKRET.azxəbər verir ki, ABŞ rəhbərliyindən bildirilib ki, iranlılar öz hərəkətlərində səhvə yol verdiklərini anlayırlar. "Onla

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Hacıbaba Adil oğlu Babayev bu gün Azərbayca

Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir

"Azərbaycan həmişə beynəlxalq platformalarda fəal iştirak edir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü və Azərbayca

Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında - FOTOLAR

27 Sentyabr – Anım Günü ilə əlaqədar Baş nazir Əli Əsədov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Milli Məclisin sədri Sahibə Qafarova, digər dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında olublar. Dövlə

Vuçiç istefa verdi 

Serbiya Prezidenti Aleksandar Vuçiç ikinci prezidentlik müddətini başa vurmadan istefa verdiyini açıqlayıb. xəbər verir ki, Vuçiç növbədənkənar parlament seçkilərində hakim Serb Tərəqqi Partiyasının namizədi kimi baş nazi

Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik

27 Sentyabr – Anım Günündə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizi dərin ehtiram, rəhmət və minnətdarlıqla yad edirik. Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin paylaşımınd

Böyük Britaniyanın müdafiə naziri Azərbaycanda səfərdədir

Böyük Britaniyanın müdafiə naziri Vernon Koker ilk dəfə olaraq ADEX sərgisində iştirak edir. Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyi məlumat yayıb. Bildirilib ki, nazirlə birlikdə Britaniyanın 18 şirkəti d


yeni xeberler son xeberler azerbaycan xeberleri kriminal son.xeber son.xabar krimnal xeber