Ceyhun Bayramov Slovakiya XİN-in dövlət katibi ilə görüşdü
Slovakiya Xarici İşlər Nazirliyinin (XİN) Avropa İttifaqı işləri üzrə dövlət katibi Marek Estok Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.
Bu barədə dövlət katibi "X" hesabında bildirib.
Dövlət katibi qeyd edib ki, görüş ötən il dekabrda Bratislavada keçirilən ilk fikir mübadiləmizdən və konsulluq əməkdaşlığı haqqında Anlaşma Memorandumunun imzalanmasından sonra baş tutub.
"Slovakiya–Azərbaycan Strateji Tərəfdaşlığını və ikitərəfli münasibətləri daha da gücləndirmək istiqamətində ortaq öhdəliyimizi müzakirə etmək imkanını yüksək qiymətləndirdim.
Biz daha yüksək səviyyəli səfərlərin hazırlanması üzərində çalışırıq. Nəqliyyat, biznes, innovativ həllər, enerji, mədəniyyət və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi üçün bütün imkanlar açıqdır", - Dövlət katibi əlavə edib. / azxeber.com

İngiltərədə yarış zamanı iki 25 yaşlı idmançı dünyasını dəyişdi
Ermənistan Aİİ ilə bağlı qərar verdi
Türkiyəni qarışdıran əməliyyatın detalları - Açıqlandı
Bərdədə yol qəzası nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var
Dollar zəifləyir, dünya iqtisadiyyatı dəyişir: Azərbaycan risk qarşısında
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşavirini qəbul edib
Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında 6 sənəd imzalanıb
Zelenskidən KRİTİK TƏKLİF: "Rusiya bu addımı atsa..."
Ov tüfəngindən atəş açıldı - 62 yaşlı kişi öldü
Azərbaycanda Bilik Günüdür
Damda təmir işləri aparan 74 yaşlı kişi yıxılıb öldü
"Həmin gün sonuncu dəfə ictimai nəqliyyata mindim
Kredit götürənlər bunu mütləq bilməlidir: İşsiz qalanda borc necə ödənilir?
62 yaşlı kişinin güllələnmiş meyiti tapıldı
"Azeri Light"ın qiyməti 120 dolları ötdü