Ceyhun Bayramov TBMM-in Xarici əlaqələr komissiyasının sədrini qəbul edib - FOTO

Ceyhun Bayramov TBMM-in Xarici əlaqələr komissiyasının sədrini qəbul edib - FOTOCeyhun Bayramov TBMM-in Xarici əlaqələr komissiyasının sədrini qəbul edib - FOTO
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komissiyasının sədri Akif Çağatay Kılıçın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüş zamanı Ceyhun  Bayramov qardaş Türkiyənin nümayəndə heyətini səmimiyyətlə salamlayaraq, Azərbaycan və Türkiyə arasında mövcud yüksək səviyyəli əməkdaşlıq və tərəfdaşlıq münasibətlərin son zamanlar intensiv şəkildə inkişafından məmnunluqla bəhs etdi.
Türkiyənin hər zaman Azərbaycanın haqq mövqeyinə dəstək olduğunu vurğulayan nazir, 44 günlük Vətən müharibəsi dövründə bu dəstəyin bütün səviyyələrdə, o cümlədən, ali səviyyədə, Böyük Millət Məclisi, Müdafiə və Xarici İşlər Nazirlikləri daxil olmaqla bütün dövlət qurumları və nəhayət qardaş Türkiyə xalqı səviyyəsində açıq nümayiş edildiyini söylədi.
Nazir Ceyhun Bayramov qarşı tərəfə bölgədə mövcud olan cari vəziyyət, o cümlədən bölgədə münaqişə sonrası formalaşan yeni təhlükəsizlik vəziyyəti, Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin timsalında qardaş ölkənin bu təhlükəsizlik formatının bir hissəsi olması, post münaqişə bərpa və quruculuq prosesi, bölgənin üzləşdiyi ən ciddi təhdidlərdən olan mina təhlükəsi, habelə Türkiyənin azad olunmuş ərazilərimizin minadan təmizlənməsi və quruculuğu prosesində iştirakı kimi məsələlər barədə məlumat verdi.
Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komissiyasının sədri Akif Çağatay Kılıç ölkəmizin ərazilərinin Ermənistanın işğalından azad edilməsinin bütün Türkiyə xalqını həyəcanlandırdığını qeyd edərək qələbə xəbərinin yüksək sevinclə qarşılandığını qeyd etdi və ölkənin ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərə Allahdan rəhmət dilədi. Türkiyənin hər zaman və hər şərtlərdə Azərbaycanın yanında olduğunu, siyasi və mənəvi dəstəyini Azərbaycandan əsirgəmədiyini bildirən A.Kılıç, Böyük Millət Məclisinin də bu dövrdə öz iradəsini açıq şəkildə ortaya qoyduğunu vurğuladı. O, imzalanmış üçtərəfli bəyanatların bölgədə yeni imkanlar açdığını qeyd edərək, Azərbaycanın sülh və tərəqqi tərəfdarı olduğu halda, bu fikirlərə qarşı kimin çıxış etdiyinin göz qarşısında olduğunu söylədi.
Səfər çərçivəsində Azərbaycan dövlət başçısı tərəfindən qəbul olunduqlarını, Milli Məclisdə görüşlərin keçirildiyini razılıqla qeyd edən qarşı tərəf, səfərin uğurla həyata keçirildiyini bildirdi.
Tərəflər iki ölkə arasında bütün istiqamətlər üzrə mövcud əməkdaşlığın bundan sonra daha da inkişaf etdirilməsinin vacibliyini qeyd etdilər.
Ceyhun Bayramov TBMM-in Xarici əlaqələr komissiyasının sədrini qəbul edib - FOTOCeyhun Bayramov TBMM-in Xarici əlaqələr komissiyasının sədrini qəbul edib - FOTO

Siyasi       Tarix: 11 mart 2021
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycan və İordaniya arasında viza rejimi ləğv edilir

Azərbaycan Respublikası və İordaniya Haşimilər Krallığı arasında viza rejimi ləğv edilir. KONKRET.azxəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Hökumət

Putin Kasparovu öldürmək istəyir

Rusiya hakimiyyəti ABŞ-da Harri Kasparov və İlya Ponomaryovu öldürməyə hazırlaşıb. KONKRET.azxəbər verir ki, bu barədə İspaniyanın El Mundo qəzeti yazıb. Qəzetin məlumatına görə, Rusiya tərəfi ABŞ-da Free Russia Forum təşkilatını

Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir". Bu fikir Prezident İlham Əliyevin "ADEX 2026" 6-c

Prezident və xanımı Bakıda sərgidə

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian" 15-ci Beynəlxal

Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir

"Azərbaycan həmişə beynəlxalq platformalarda fəal iştirak edir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü və Azərbayca

27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi

27 Sentyabr – Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edildiyi gündür. Azərbaycan Prezidenti

Leyla Əliyeva Kuvakadla müzakirə apardı - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sentyabrın 29-da Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüb. xəbər verir ki, görüşdə kardinal Cor

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Hacıbaba Adil oğlu Babayev bu gün Azərbayca

Meloni İlham Əliyevə təşəkkür etdi

İtaliyanın "Eni" şirkətindən sonra Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) də törəmə şirkəti "Italiana Petroli" (IP) şəbəkəsində benzin və dizel yanacağının qiymət həddini təyin etmək qərarın


yeni xeberler azerbaycan xeberleri son xeberler az xeber xabar az son xeber 2026 azerbaycan son xeber bugun