Ceyhun Bayramov Ukraynanın xarici işlər nazirinin müavini ilə görüşüb - FOTO
Ceyhun Bayramov Ukraynanın xarici işlər nazirinin müavini ilə görüşüb - FOTO
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Ukraynanın xarici işlər nazirinin müavini Vasil Bodnarı qəbul edib.
Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, nazir Ceyhun Bayramov ölkələrimiz arasında mövcud olan dostluq və strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyətini məmnunluqla vurğulayıb. Ölkələrimiz arasında, eyni zamanda çoxtərəfli platformalarda əməkdaşlıq və qarşılıqlı anlayışın mövcud olduğu qeyd olunub.
Nazir, iki ölkə arasında qarşılıqlı səfər mübadilələrinin münasibətlərin inkişafına müsbət töhfə verdiyini bildirib və bu xüsusda Ukrayna Prezidenti Vladimir Zelenskinin 2019-cu ildə Azərbaycana səfərini xüsusilə qeyd edib.
Nazir, həmçinin Ukrayna xarici işlər nazirinin müavininə bölgədə mövcud olan cari vəziyyət, üçtərəfli bəyanatların icrası, bölgədə yaranmış yeni təhlükəsizlik vəziyyəti və əməkdaşlıq imkanları barədə məlumat verib.
Nazir müavini Vasil Bodnar səmimi qəbula görə təşəkkür edərək, xarici işlər naziri Dmitro Kulebanın salamlarını çatdırdı, həmçinin həmkarının nazir Ceyhun Bayramovu Ukraynaya dəvət etdiyini bildirdi.
İkitərəfli münasibətlərin inkişafı üçün böyük perspektivlərin olduğu vurğulandı, bu xüsusda İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın fəaliyyətinin vacivliyi qeyd olundu.
Görüşdə tərəflər, həmçinin beynəlxalq təşkilatlar, o cümlədən QDİƏT çərçivəsində əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparıblar.

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Prezident Canni İnfantinonu qəbul etdi
Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR
Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR
Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib
AZAL-dan Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi TƏKLİF
Pərviz Heydərov vəfat etdi
Yevlaxda üçotaqlı ev yandı
Masallıda kişi evində ölü tapıldı
Beyləqanda elektrik yarımstansiyasında yanğın olub
Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına