Ceyhun Bayramovla Lavrovun görüşü oldu - YENİLƏNİB

Ceyhun Bayramovla Lavrovun görüşü oldu - YENİLƏNİBSentyabrın 22-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 78-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovla görüşüb.
Xarici İşlər Nazirliyindən KONKRET.az-a bildirilib ki, görüş zamanı Azərbaycan və Rusiya arasında əməkdaşlıq məsələləri, habelə bölgədə son vəziyyət müzakirə olunub.
Nazir Ceyhun Bayramov Azərbaycanın Qarabağ bölgəsində həyata keçirilən antiterror tədbirləri zamanı Rusiya sülhməramlı kontingentinin üzvlərinin həlak olması ilə bağlı Rusiya Federasiyasına və həlak olan şəxslərin ailələrinə dərin hüznlə başsağlığı verib. Məsələ ilə bağlı araşdırma aparıldığı və istintaq tədbirləri barədə məlumat verilib.
Ceyhun Bayramov ölkəmiz tərəfindən Qarabağ bölgəsində beynəlxalq hüquq və Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanmış 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata zidd olaraq mövcudluğunu davam etdirən qeyri-qanuni erməni silahlı birləşmələrinə qarşı görülən antiterror tədbirləri barədə qarşı tərəfi ətraflı məlumatlandırıb.
24 saatdan az bir zaman çərçivəsində həyata keçirilən antiterror tədbirlərinin 30 ilə yaxın işğal dövründən qalma, sonrakı mərhələlərdə, hətta post-münaqişə dövründə belə Ermənistan tərəfindən maliyyələşdirilən və dəstəklənən qanunsuz hərbi mövcudluğun varlığına son qoyulması ilə uğurla yekunlaşdığı qeyd olunub.
Hazırda isə bölgədə müvəqqəti yerləşmiş Rusiya sülhməramlı kontingenti ilə koordinasiya edilərək, ciddi şəkildə hərbiləşmiş erməni silahlı qüvvələrinin silah-sursatının müsadirəsi istiqamətində tərəfimizdən əməli addımların atıldığı diqqətə çatdırılıb.
Bu prosesə paralel olaraq, Azərbaycan tərəfindən Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə reinteqrasiya prosesi istiqamətində dialoqun irəlilədildiyi, bu xüsusda ötən gün Yevlax şəhərində Azərbaycan Hökuməti və yerli erməni sakinlərin nümayəndələri arasında keçirilmiş görüşün nəticələrinə uyğun olaraq, bölgədə yaşayan dinc əhalinin ehtiyaclarının qarşılanması istiqamətində işlərin görüldüyü diqqətə çatdırılıb. Bu baxımdan, nazir Ceyhun Bayramov antiterror tədbirlərinin həm bölgədə sülh və təhlükəsizliyin bərqərar edilməsi, həm də erməni sakinlərin reinteqrasiyası baxımından görülən işlərin intensivliyini artıracağına inandığımızı, bundan sonra da qeyd olunan istiqamətlərdə səylərimizi davam etdirəcəyimizi bildirib.
Görüşdə, həmçinin iki ölkə arasında mövcud əməkdaşlıq gündəliyində duran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
21:33
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla görüşüb.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, C.Bayramov rus sülhməramlıları ilə bağlı insidentə görə təəssüfləndiyini bildirib.
Həmçinin, tərəflər yerli və regional məsələləri də müzakirə ediblər.

Siyasi       Tarix: 22 sentyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. xəbər verir ki, məktub Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:. "Zati-aliləri,

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı 

ABŞ, Azərbaycan və Ermənistan hökumətləri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) həyata keçirilməsini sürətləndirmək məqsədilə üçtərəfli texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar. -a istinadə

KTMT-də iştirak etməkdə maraqlı deyilik - Paşinyan

Ermənistan artıq KTMT-də iştirak etməkdə maraqlı deyil. axaraz-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş nazir Nikol Paşinyan deyib. "İstəyirəm ki, bundan sonra Ermənistanın KTMT ilə bağlı maraqlarının tükəndiyin

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. xəbər verir ki, təbrikdə deyilir:. "Möhtərəm cənab Prezident, 8 noyabr - Zəfər Günü Azərbaycan torpaqlarının işğaldan aza

Vardanyanın arvadı Bakıya gəlmək istəyir

Bakıda həbsdə olan erməni separatçı Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend beynəlxalq qadınlardan ibarət humanitar nümayəndə heyətinin Azərbaycana səfəri ilə bağlı açıqlama yayıb. -a istinadən xəbərinə görə,

Səfir: Qazaxıstan və Azərbaycan transxəzər infrastrukturunun inkişafını davam etdirəcək

Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın inkişafı məsələləri Qazaxıstanın Bakıdakı səfirliyində keçirilən dəyirmi masada müzakirə edilib. səfirliyin məlumatına istinadən xəbər verir ki, tədbirdə diplomatlar, Azərbayca

Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb

Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının (QHT) Əməkdaşlıq Forumunun iştirakçıları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə müraciət ünvanlayıb. xəbər verir ki, mətndə deyilir:. "Möhtərəm cənab Prezident, Müzəffə

Sahibə Qafarova Qazaxıstana səfər edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana işgüzar səfərə gəlib. Bu barədə Milli Məclisə istinadən xəbər verir. Məlumata görə, Astana şəhərinin Nursultan Beynəlxalq Aeroportunda Milli Məclisin sədrini Qazaxıstan Qurultayını

Euronews' Azərbaycanda Zəfər Gününün qeyd olunmasını nümayiş etdirib

Avropanın "Euronews" televiziya kanalı 44 günlük Vətən Müharibəsində Azərbaycanın qələbəsinin altıncı ildönümünə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram tədbirlərində iştirakına həsr olunmuş materia


azerbaycan xeberleri yeni xeberler son xeberler valyuta mezennesi kriminal axsam.az xeberler cəbhədən son məlumatlar