Ceyhun Bayramovla Slovakiyanın Xarici və Avropa İşləri naziri arasında telefon danışığı olub
Ceyhun Bayramovla Slovakiyanın Xarici və Avropa İşləri naziri arasında telefon danışığı olub
Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun Slovakiyanın Xarici və Avropa İşləri naziri İvan Korçok ilə telefon danışığı baş tutub.
XİN-dən verilən məlumata görə, İ.Korçok bölgədəki gərginlikdən ciddi narahatlığını ifadə edib və siyasi dialoqun bərpa edilməsinin vacibliyini vurğulayıb.
Nazir Ceyhun Bayramov, həmkarına 27 sentyabr 2020-ci il tarixində cəbhə xətti boyunca Ermənistan tərəfindən həyata keçirilmiş növbəti genişmiqyaslı hərbi təxribat və Ermənistanın hərbi təcavüzünü dəf etmək və əhalinin sıx yerləşdiyi mülki yaşayış yerlərinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan silahlı qüvvlərinin hücumlara qarşı əks həmlə əməliyyatı barədə məlumat verib.
Nazir Ceyhun Bayramov, 10 oktyabr 2020-ci il tarixində humanitar atəşkəs elan olunduqdan sonra da Ermənistanın qəsdən Azərbaycan mülki əhalisini və mülki obyektlərini atəşə tutmağa davam etdiyini qeyd edib. Naftalan, Şəmkir, Mingəçevir və Gəncə də daxil olmaqla cəbhə bölgəsindən çox uzaqda yerləşən Azərbaycan şəhərlərinin Ermənistan silahlı qüvvələrinin artilleriya atəşinə məruz qalması haqqında məlumat verib.
Nazir Ceyhun Bayramov regionda davamlı sülh və təhlükəsizliyi təmin etmək üçün münaqişənin nəticələrinin aradan qaldırılması və BMT Təhlükəsizlik Şurasının qətnamələrində tələb olunduğu kimi Ermənistanın silahlı qüvvələrinin Azərbaycanın bütün işğal olunmuş ərazilərindən çıxarılmasının vacibliyini vurğulayıb. /oxu.az

Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR
Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR
Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
AZAL-dan Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi TƏKLİF
Pərviz Heydərov vəfat etdi
Yevlaxda üçotaqlı ev yandı
Masallıda kişi evində ölü tapıldı
Beyləqanda elektrik yarımstansiyasında yanğın olub
Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına
Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."