Çin Avropaya ciddi XƏBƏRDARLIQ ETDİ
Pekin Avropa Komissiyasına (AK) Çinin elektrik avtomobilləri ilə bağlı araşdırmanın tərəflər arasında münasibətlərə xələl gətirə biləcəyi barədə xəbərdarlıq edib.
KONKRET.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
Bildirilir ki, Avropa Komissiyası Çindən gələn elektromobillərin qiymətlərinin aşağı salınması ilə bağlı araşdırmaya başlayıb. AK rəhbəri Ursula fon der Leyen qeyd edib ki, hazırda qlobal bazarlar ucuz Çin elektromobilləri ilə doludur. Eyni zamanda, dövlət subsidiyaları sayəsində onların qiymətləri süni şəkildə aşağı səviyyədə müəyyən edilir. Bu, Avropa bazarı da daxil olmaqla bazarlarda təhrif yaradır və qəbuledilməzdir.
Məlum olub ki, Avropada elektriklə işləyən avtomobillərin bazar payı 2023-cü ilin iyun ayında 15,1%-ə yüksəlib, bu rəqəm ilk dəfə dizel avtomobillərinin payını üstələyib.
Ən böyük bazarlarda elektromobillərin satışında güclü artım müşahidə edilib.
Qeyd edək ki, ümumilikdə, yanvar-iyun aylarında Avropada 703 mindən çox elektromobil satılıb.
Ariz Həsənoğlu,
KONKRET.az

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
Millimiz Moldova yığmasına uduzdu
Batumidə Azərbaycan vətəndaşı itkin düşdü - Avqustun 28-dən xəbər yoxdur
İşxan Saqatelyan: "Paşinyan Rusiya hərbi bazasını türk bazası ilə əvəz edəcək"