Çin koronavirusdan sonra pik həddə turist axını gözləyir
Çin koronavirusdan sonra pik həddə turist axını gözləyir
Çində koronavirus epidemiyasından sonra 2020-ci ildə ilk dəfə olaraq, beş günlük may tətilində ölkəyə turistlərin pik həddə axın edəcəyi ehtimal olunur.
Bu barədə Çinin ən böyük səyahət agentliyi "Ctrip" məlumat yayıb.
COVID-19 pandemiyası səbəbindən tətbiq olunan səyahət məhdudiyyətlərinin tədricən yüngülləşdirilməsi ilə yanaşı, may ayında beş günlük həftə sonu tətili turizm sektorunun bərpasında əlamətdar hadisədir.
May tətillərinin 2020-ci ildə ilk dəfə olaraq turizmin pik həddi olacağı gözlənilir. Səyahət edənlərin sayının artması ehtimalı var. Səyahət məlumatları apreldə olan tətil günləri zamanı ilə müqayisədə iki dəfə artacaq. O zaman 43 milyon səyahət həyata keçirilib və turizm sənayesinin gəlirləri təqribən 1,2 milyon ABŞ dollarına çatıb.
Epidemiyadan sonra səyahət modelində yeni bir tendensiyanı da qeyd edirlər. Kütləvi izdihamın qarşısını almaq üçün populyar turistik məkanların rəhbərliyi ziyarətçi axınının maksimumun 30%-ni məhdudlaşdıran sifariş sistemi tətbiq ediblər. Bundan əlavə, turistlər bölgələr və xarici ölkələr arasında səyahət etməkdən yerli turizmə yönəldilib.
İnsanlar əsasən yaxınlıqdakı ərazilərə dörd günlük səyahətlər edirlər.
Üç nəfərdən altı nəfərə qədər kiçik turist qrupları üçün sifarişlərin, üç-dörd günlük səyahətlərin, habelə şəxsi avtomobil və bələdçi istifadə edənlərin sayında kəskin artım müşahidə edilir. /oxu.az

Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu
DYP-dən hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
BDYPİ sürücülərə xəbərdarlıq etdi
Şahdağ və Kəlbəcərə qar yağıb
Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
"Eşref Tek" nə vaxt yayımlanacaq?
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir
Hindistan Azərbaycan üçün məhz bu səbəblərdən vacib ölkədir – AÇIQLAMA
Azərbaycan səfiri etimadnaməsini Belçika Kralına təqdim edib, iki ölkə arasındakı münasibətlər müzakirə olunub
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var