Çin liderindən Putinə xəbərdarlıq - Ukraynaya qarşı nüvə silahından istifadə edilməyəcək

Çin liderindən Putinə xəbərdarlıq - Ukraynaya qarşı nüvə silahından istifadə edilməyəcəkRusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib ki, Çin Xalq Respublikasının sədri Si Cinpinin Vladimir Putinə Ukraynada nüvə silahından istifadə etməmək barədə şəxsən xəbərdarlıq etməsi ilə bağlı iddialar uydurmadır. Daha əvvəl bu məlumatı "Financial Times" jurnalı Kreml, Çin və Qərb ölkələrinin mənbələrinə istinadən dərc edib.
"Xeyr, mən bunu təsdiq edə bilmərəm. Sizə ancaq onu deyə bilərəm ki, Çin Xalq Respublikasının Sədrinin Moskvaya səfərilə bağlı çoxlu məlumatlar verilib. Birgə bəyanatda danışıqların mahiyyəti aydın ifadə edilib. Buna görə də çoxlu məlumatlar var. Qalan hər şey uydurmadır", – deyə Peskov bildirib.
Qeyd edək ki, daha əvvəl Çin Prezidenti Si Cinpinin Vladimir Putinə Ukraynaya nüvə hücumu ilə bağlı xəbərdarlıq etdiyi bildirilib. Bunu "Financial Times" ABŞ administrasiyasının yüksək rütbəli məmuruna, keçmiş Çin rəsmisinə, Qərb rəsmilərinə, Çin hökumətinin baş məsləhətçisinə və Kremlə yaxın mənbələrə istinadən yazıb.
Mənbənin xəbərinə görə, Si xəbərdarlığını martda Moskvaya səfəri zamanı edib. O vaxtdan bəri Çin rəsmiləri Putini Ukraynaya qarşı nüvə silahından istifadə etmək üçün təhdidlərdən əl çəkməyə inandırıblar.
Daha sonra qeyd edilir ki, Çin öz ictimai bəyanatlarında həmişə Ukraynada nüvə silahının istifadəsinə qarşı çıxıb. Lakin Kiyevin bir çox müttəfiqləri, Si və Putin arasında "hüdudsuz dostluq" və Rusiyanın tezisləri ilə səsləşən Çinin sülh planını nəzərə alaraq, Pekinin niyyətlərinin səmimiliyinə şübhə edir. Eyni zamanda, Si Cinpinin Putinə etdiyi xəbərdarlıqlar Çinin hər şeydən əvvəl nüvə zərbəsinə qarşı olduğuna ümid verir. Keçmiş çinli məmur Sinin şəxsən Putinə nüvə silahından istifadə etməməyi dediyini təsdiqləyib və qeyd edib ki, Çinin bu silahlardan istifadəyə qarşı mövqeyi sülhlə bağlı sənəddə yer alıb.
Vəli Həsənov,
KONKRET.az

Siyasi       Tarix: 05 iyul 2023
f Paylaş

Oxşar xəbərlər

Putin Paşinyanı təbrik etdi

Rusiya Prezidenti Vladimir Putin Ermənistan Baş naziri Nikol Paşinyanı Müstəqillik Günü münasibətilə təbrik edib. xəbər verir ki, bu barədə Ermənistan hökumətinin saytında məlumat yayılıb. "Hörmətli Nikol Vovayeviç

Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşdı - FOTO

ABŞ Prezidenti Donald Tramp sosial media hesabında Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin "Nyusmaks"a (Newsmax) müsahibəsində

1 saat danışdılar - Lavrov və Rubio nəyi müzakirə etdi?

Nyu-Yorkda Rusiya xarici işlər naziri Sergey Lavrov ilə ABŞ Dövlət katibi Marko Rubio arasında təkbətək danışıqlar başa çatıb. "RİA Novosti"yə istinadən xəbər verir ki, diplomatik görüş təxminən bir saat davam edib

Xruşşov Disneylendə getmək istəyirdi, amma... – Sovet liderinin Amerikada macəraları

"Mən artıq demişəm ki, "biz sizi basdıracağıq" sözlərini sizin məzarqazanlarınızın etdiyi kimi hərfi mənada başa düşmək lazım deyil… Söhbət cəmiyyətin sırf tarixi inkişafından gedir. Kapitalizm öz əsrini baş

Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır

Ermənistan Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Kristine Qriqoryan IV Bakı Təhlükəsizlik Forumunda iştirak edir. APA-ya istinadla xəbər verir ki, bu barədə Ermənistan mediası yazıb. Kristine Qriqoryanın bu axşam Ermənistan

Ərdoğan sabah ABŞ-yə səfər edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah ABŞ-yə səfər edəcək. xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb. Qeyd olunub ki, Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasını

İrəvanda görüş planlaşdırılırdı - Azərbaycanın istəyi ilə təxirə salındı

Azərbaycanlı və erməni ekspertlərin "Sülh körpüsü" təşəbbüsü çərçivəsində bu günlərdə İrəvanda keçirilməsi planlaşdırılan görüşü təxirə salınıb. APA-ya istinadən xəbər verir ki, görüş Azərbaycan tərəfinin istəy

Türkiyə-Azərbaycan kimi bir-birinə bu qədər bağlı olan ikinci ölkə tapmaq mümkün deyil

Prezident İlham Əliyev Türkiyə və Azərbaycan kimi bir-birinə bu qədər bağlı olan ikinci ölkəni tapmaq mümkün olmadığını söyləyib. Dövlət başçısı bunu TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkə

Hikmət Hacıyev və Almaniya səfiri ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər

Azərbaycan və Almaniya ikitərəfli əməkdaşlığın inkişafı üçün geniş imkanlara malikdir. xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən son vəziyyət son xeber.az sonxəbərlər son xeberler az