Çin Ordusunun ali rəhbərliyində dərin böhran - Analitik təhlil

Çin Ordusunun ali rəhbərliyində dərin böhran - Analitik təhlilÇinin Mərkəzi Hərbi Şuranın (MHS) sədr müavini 75 yaşlı Çjan Yusya vəzifəsindən azad edilib. Bu qərar Çində böyük rezonans doğurub.
KONKRET.azxəbər verir ki, Çin Xalq Azadlıq Ordusunun (ÇXAO) ali komandanlığında dərin böhran yaşanır. Ötən həftəsonu ordu sıralarında genişmiqyaslı təmizləmələr aparılıb. Generallar Çjan Yusya və Lyu Çjənli vəzifələrindən uzaqlaşdırılıb. Bu isə ölkə elitasında ciddi hakimiyyət mübarizəsinin getdiyini göstərir. Eyni zamanda belə bir sual da yaranır: bu vəziyyət Çinin döyüş qabiliyyətinə nə dərəcədə təsir edir? Məsələn, Tayvanı güc yolu ilə ələ keçirmək niyyəti və ya başqa iri regional münaqişədə iştirak baxımından məsələ gündəmə gəlib.
75 yaşlı Çjan Yusya ölkə lideri Si Cinpinin rəhbərlik etdiyi, silahlı qüvvələrə nəzarət edən partiya strukturu olan Mərkəzi Hərbi Şuranın sədr müavini idi.
Adətən yeddi nəfərə qədər üzvdən ibarət olan MHS indi cəmi iki nəfərdən ibarətdir — Si Cinpin və general Çjan Şenmin. Digər bütün üzvlər əvvəlki həbslərdən sonra başlanan "antikorrupsiya" kampaniyası çərçivəsində vəzifələrindən kənarlaşdırılıb.
MHS milyonlarla hərbçiyə nəzarət edir və o qədər güclüdür ki, vaxtilə Den Syaopin Çində faktiki təkhakimiyyətli lider olduğu dövrdə yalnız bu qurumun sədri vəzifəsini tuturdu.
Asiya Siyasəti İnstitutunun (ASPI) eksperti Layl Morrisin sözlərinə görə, şurada yalnız Si Cinpin və bir generalın qalması misli görünməmiş haldır.
"Çin Xalq Azadlıq Ordusu xaos vəziyyətindədir", — Morriss BBC-yə bildirib və əlavə edib ki, orduda "ciddi rəhbərlik boşluğu" yaranıb.
O, bu qədər yüksək rütbəli generalların kənarlaşdırılmasının əsl səbəbi ilə bağlı sualı cavablandırarkən deyib:
"Çoxlu şayiələr dolaşır. Hazırda nəyin doğru, nəyin yanlış olduğunu bilmirik. Amma bu, şübhəsiz ki, Si Cinpin və onun ÇXAO üzərindəki nəzarəti üçün yaxşı hal deyil".
Sinqapur Milli Universitetinin dosenti Çonq Ca Yan da general Çjanın süqutunun real səbəbindən əmin olmadığını bildirir və bu mövzuda çoxlu şayiələrin olduğunu deyir.
"Bu, ABŞ-a nüvə sirlərinin ötürülməsindən tutmuş dövlət çevrilişi planına, müxtəlif qruplar arasında mübarizəyə qədər hər şey ola bilər. Hətta Pekində atışma olduğu barədə şayiələr də var", — o deyib.
Ekspertin fikrincə, Çjan və Lyunun kənarlaşdırılması, eləcə də digər inanılmaz şayiələr iki məqamı önə çıxarır:
birincisi, Si Cinpin toxunulmaz olaraq qalır;
ikincisi isə Pekində informasiya əlçatanlığının ciddi şəkildə məhdud olması qeyri-müəyyənliyi artırır və şayiələri qidalandırır.
Rəsmi açıqlamada bildirilib ki, generallar Çjan və Lyu "istintaq altındadır" və "intizam və qanunun ciddi şəkildə pozulmasında" ittiham olunurlar. Bu ifadə adətən korrupsiyanın örtülü adı kimi istifadə olunur.
Qısa müddət sonra ÇXAO-nun əsas rəsmi qəzeti olan "Ciefan Cunbao" açıq şəkildə bunun korrupsiya ilə bağlı olduğunu göstərdi. Qəzetin baş məqaləsində vurğulanır ki, generalların uzaqlaşdırılması Kommunist Partiyasının "kimliyindən və vəzifəsindən asılı olmayaraq korrupsiyaya sıfır tolerantlıq" yanaşmasını nümayiş etdirir.
Bu generallara qarşı irəli sürülən konkret ittihamlar açıqlanmayıb və bəlkə də heç vaxt açıqlanmayacaq. Lakin onların açıq şəkildə istintaq altında elan edilməsi demək olar ki, onlara ən azı həbs cəzası veriləcəyini göstərir.
"Ciefan Cunbao" qəzetinin redaksiya məqaləsində artıq Çjan Yusya və Lyu Çjənli günahkar kimi təqdim olunur və bildirilir ki, onlar "Kommunist Partiyasının Mərkəzi Komitəsinin etimadını ciddi şəkildə tapdalayıblar" və "Mərkəzi Hərbi Şuranın əsaslarını sarsıdıblar".
Bu generalların hədəfə alınması korrupsiya ilə əlaqəli ola bilər, lakin əvvəlki oxşar təmizləmələrin nəticələrini nəzərə alsaq, bu, hakimiyyət siyasəti ilə də bağlı ola bilər.
Si Cinpin hakimiyyətə gələndə Çində həqiqətən korrupsiya problemi var idi. Ancaq onu da tez-tez ittiham edirlər ki, o, antikorrupsiya kampaniyasından siyasi rəqibləri aradan qaldırmaq üçün istifadə edir.
Xüsusilə iddia olunur ki, o, qorxu yaradan partiya intizam nəzarəti orqanını potensial siyasi rəqibləri və ya ona tam sədaqət göstərməyən məmurları sıradan çıxarmaq üçün işə salır.
Bu üsullar Si Cinpinin ölkədə Mao dövründən bəri görünməmiş səviyyədə nəzarət qurmasına imkan verib.
Lakin bu cür idarəetmə tərzi əks-effekt də verə bilər. Məsələn, orduda şübhə və qorxu mühiti qərarvermədə ehtiyatlılığa, hətta zəifliyə gətirib çıxara bilər.
Çjan Yusyanın atası Si Cinpinin atasının inqilabi silahdaşı olub. General Çjan özü də Si-nin uzun illər yaxın müttəfiqi sayılırdı. Onların yaxın hesab edilməsi fonunda Çjanın kənarlaşdırılması göstərdi ki, heç kim özünü təhlükəsiz hiss edə bilməz.
Üstəlik, general Çjan real döyüş təcrübəsi olan nadir yüksək rütbəli zabitlərdən idi və bu, onun ordudan uzaqlaşdırılmasını daha da əhəmiyyətli edir.
Layl Morrisin sözlərinə görə, onun vəzifədən çıxarılması Si Cinpin üçün uzunmüddətli problemlər yaradır.
Si, bəlkə də, öz hakimiyyətini bir daha təsdiqlədi, amma bu sarsıntılar gərginliyin davam edəcəyini göstərir.
"Bu, şübhəsiz ki, Si Cinpinin reputasiyasına zərbədir və mən düşünürəm ki, onun rəhbərliyi altında ÇXAO-nu gələcəkdə ciddi sarsıntılar gözləyir", — Morriss bildirib.
Ən yüksək rütbəli generalların təmizlənməsi növbəti pillədəki zabitləri də düşündürür: "Növbəti kim olacaq?" Yuxarıdakıların aqibətini görənlər karyera yüksəlişindən çəkinə bilər, çünki hər an Si Cinpinin antikorrupsiya kampaniyasının hədəfinə çevrilə bilərlər.
Bütün bunlar Pekinin Tayvana təzyiqləri artırdığı, özünüidarə edən adanı bir gün güc yolu ilə ələ keçirmək hədələri fonunda baş verir.
Analitiklər hələ bu təmizləmələrin belə bir ehtimala nə dərəcədə təsir etdiyini qiymətləndirməlidirlər, baxmayaraq ki, bəziləri bunun Pekinin ambisiyalarına ciddi təsir etmədiyini düşünür.
"Bu təmizləmə Çinin Tayvan üzərində nəzarət qurmaq istəyinə təsir etmir. Bu, bütövlükdə Çin Kommunist Partiyasından və xüsusən də Si Cinpindən asılıdır", — professor Çonq deyir.
Onun sözlərinə görə, təmizləmə əməliyyat qərarlarına təsir göstərə bilər:
"Hərbi rəhbərlikdə peşəkarların olmaması və ya qorxudulmuş peşəkarlar fonunda Tayvanla bağlı eskalasiya və aqressiya qərarları daha çox Si Cinpinin şəxsi üstünlüklərindən və meyllərindən asılı olacaq".
Natiq Səlim,
KONKRET.az

Siyasi       Tarix: 28 yanvar 2026
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat

Londonda Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyi qarşısında təxribat xarakterli aksiya keçirilib. xəbər verir ki, bu barədə Azərbaycanın Londondakı səfirliyindən məlumat verilib. Aksiyada iştirak edən 10-1

Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO

Millət vəkili Aqil Abbasın Milli Məclisdə Ağdama köçlə bağlı səsləndirdiyi fikirlər ətrafında müzakirələr səngimək bilmir. xəbər verir ki, ötən gün deputat Səbinə Salmanova da həmkarının fikirlərinə rəsmi sosial şəbəkə hesabınd

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

Milli Məclis 8 noyabr – Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək. Bununla bağlı məsələ parlamentin 3 noyabrda keçiriləcək iclasının gündəliyinə daxil edilib. /

Ceyhun Bayramov Hakan Fidanla görüşdü – FOTOLAR

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada türkiyəli həmkarı Hakan Fidanla görüşüb.  xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüş Ankarada TDT XİN Şurasının iclası çərçivəsind

Hikmət Hacıyev 'AnewZ'un Qarabağ müharibəsi ilə bağlı hazırladığı filmi paylaşıb

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabında "AnewZ"da yayımlanan və beynəlxalq fotojurnalis

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Ceyhun Bayramov

Paşinyan Azərbaycanla 400 illik sülhə ümid edir - Özü danışdı

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülhün alternativinin olmadığını bildirib və əldə olunan sülhün institusional səviyyədə möhkəmləndirilməsinin vacibliyini vurğulayıb. -ın xəbərinə görə, o qeyd edib ki

Zelenskidən ÇAĞIRIŞ: "Dnepr vağzalı vuruldu, Rusiya ilə bağlı qətiyyətli addım atın"

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Dnepr şəhərindəki dəmir yolu vağzalına endirdiyi qanlı zərbədən sonra Qərb ölkələrinə sərt çağırış edib. O, Moskvaya qarşı sanksiyaların dərhal sərtləşdirilməsini tələb edib

Prezident onları təltif etdi - Adlar

Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda kənd təsərrüfatının inkişafınd


azerbaycan xeberleri son xeberler yeni xeberler en yeni xeberler bu gunun xeberleri valyuta mezennesi 2026 az xeber