Çin Qərbin sanksiyalarından qaçmaq üçün Rusiya ilə tərəfdaşlıqdan imtina edəcəkmi? – "Forbes"-in ŞƏRHİ

Çin Qərbin sanksiyalarından qaçmaq üçün Rusiya ilə tərəfdaşlıqdan imtina edəcəkmi? – Rusiya və Çin arasında əməkdaşlığın dərinləşməsi Qərbi ciddi narahat edir. Moskva Pekində ona qarşı tətbiq olunan sanksiyaların öhdəsindən gəlməyə kömək edəcək həyat xətti görür. ABŞ artıq Çinə narahatçılığı barədə xəbərdar edib və Qərbin tərəfini tutmayacağı təqdirdə "cəzalanacağı" ilə hədələyib.
Xatırladaq ki, fevralın 4-də Qış Olimpiya Oyunlarının açılışından sonra Putin və Si Rusiya və Çin arasında güclü və dərin əlaqələr və strateji əməkdaşlıq qurduqlarını bir daha təsdiqləyiblər. Rusiya Ukraynada xüsusi əməliyyatlara başlayanda bütün dünyanı bir sual düşündürdü: Çin kimin yanında dayanacaq? Qərbin sanksiyaları Rusiya iqtisadiyyatının ürəyinə ağrılı zərbələr vuranda bu suala aydınlıq gəldi. Çin hakimiyyəti Rusiya iqtisadiyyatını dağılmaqdan xilas etməkdə Vladimir Putinə ən yaxın və etibarlı köməkçi olduğunu göstərdi.
Bazar ertəsi, martın 14-də Ağ Evin milli təhlükəsizlik müşaviri Ceyk Sullivan Romada ÇKP Siyasi Bürosunun üzvü Yang Jiechi ilə yeddi saatlıq görüş keçirdi. Həmin görüşdə Çin nümayəndələrinə onların mövqelərinin və Rusiyaya dəstək dərəcəsinin nə olduğunu öyrənmək üçün təzyiq göstərməyə çalışdı. Sullivan deyib: "Biz Çin və Rusiya arasında mövcud yaxınlaşmadan çox narahatıq". Bundan əlavə, Milli Təhlükəsizlik müşaviri bu narahatlıqları, eləcə də ÇXR-in müəyyən hərəkətlərinin potensial nəticələrini ətraflı şəkildə izah edib.
Çoxları hesab edir ki, ABŞ artıq Şençjendə bir sıra firmaları hədəf alan müxtəlif Çin şirkətləri və bizneslərinə qarşı sanksiyalar tətbiq edə bilər. ABŞ-ın Ticarət naziri Gina Raimondo martın 8-də bildirib ki, ABŞ-ın Rusiyaya ixrac qadağalarına əməl etməyən Çin şirkətləri məhsul istehsalı üçün lazım olan ABŞ avadanlıqları və proqram təminatının tədarükündən məhrum olacaqlar. Vəziyyəti Honq-Konqda listinqdə olan Çin səhmlərinin qlobal maliyyə böhranından sonra ən pis günündə 11% ucuzlaşması faktı daha da ağırlaşdırdı. Bu, Pekinin Moskva ilə yaxın əlaqələri və artan tənzimləmə riskləri ilə bağlı narahatlıqlar fonunda baş verdi. Çaxnaşmaya ABŞ rəsmilərinə istinadən Rusiyanın hərbi yardım üçün Çinə müraciət etməsi ilə bağlı xəbərlər də səbəb olub. Çin və Rusiya rəsmiləri bu xəbərləri təkzib ediblər.
Bununla belə, treyderlər narahatdırlar ki, Pekinin Vladimir Putinlə yaxın münasibəti Çin firmalarına qarşı qlobal reaksiya və hətta sanksiyalara səbəb ola bilər. Bu iddialar əsas texnologiya mərkəzi olan cənubdakı Şençjen şəhərində və şimaldakı Jilin əyalətində COVID-19 kilidinin tətbiqi ilə üst-üstə düşdü. Bu da bazarların ucuzlaşmasına səbəb olub.
"Forbes", ABŞ. 16 mart 2022.
Tərcümə etdi: Surxay Atakişiyev,
KONKRET.az

Sosial       Tarix: 17 mart 2022
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanda ata oğlunun toyunda həbs olundu

Şirvanda toyda insident yaşanıb. " "a istinadla xəbər verir ki, hadisə "Aytac" şadlıq sarayında baş verib. Hadisəyə səbəb isə toy məclisində kriminal məzmunlu musiqinin səsləndirilməsi olub. Bu zaman xidmətd

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ

Havaların sərinləşməsi ilə birlikdə bir çox insan asqırma, burun axması, öskürək və halsızlıq kimi şikayətlərlə qarşılaşır. Bu əlamətlər isə bəzən payız allergiyası ilə soyuqdəymənin bir-birindən fərqləndirilməsini çətinləşdirir

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır


yeni xeberler son xeberler azerbaycan xeberleri son.xeber idman xeberleri sou biznes xeberler bugun