CNN Azərbaycanın turizm rəsmisi ilə müsahibə yayımlayıb - VİDEO
CNN Azərbaycanın turizm rəsmisi ilə müsahibə yayımlayıb - VİDEO
"Avropa bazarı bizim üçün çox önəmlidir. Bu bazar üzrə fəaliyyətləri inkişaf etdirmək istiqamətində işlər görürük".
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid "CNN International" kanalına müsahibəsində bildirib.
Müsahibə Böyük Britaniyanın paytaxtı Londonda keçirilən Dünya Səyahət Bazarı sərgisi çərçivəsində baş tutub. Azərbaycan rəsmisini kanalın tanınmış jurnalisti Riçard Kvest danışdırıb.
Müsahibə zamanı jurnalistin "Niyə Azərbaycan?" sualına cavab olaraq F. Zenqstşmid Azərbaycan təbiətinin gözəllikləri, müxtəlif iqlim tipləri, fərqli turizm təcrübələrinin mövcudluğunu vurğulayaraq ölkəmizin zəngin mədəni və tarixi irsi haqqında məlumat verib. Baş icraçı direktor əsas hədəf bazarları haqqında ünvanlanan sualla bağlı bildirib ki, hazırda qonşu ölkələrlə yanaşı, Yaxın Şərq, Cənub-Şərqi Asiya ölkələri, o cümlədən Hindistan və Pakistandan gələn turistlərin sayı artmaqdadır.
Dayanıqlı turizmin önəmindən danışan F.Zenqstşmid Azərbaycanın turizmin təbliğatına başladığı ilk gündən bu istiqamətdə addımlar atdığını və turizm inkişafında əsas göstəricinin "yerli insanlar" və regionlar olduğunu bildirib.
R.Kvest CNN telekanalında "Quest Means Business", o cümlədən "Business Traveller" proqramlarının aparıcısıdır.
/ oxu.az
f Paylaş
Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi
Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu