COP29 çərçivəsində veloyürüş təşkil olunub

COP29 çərçivəsində veloyürüş təşkil olunub2024-cü il "Yaşıl dünya naminə həmrəylik ili", 29-cu "Tərəflərin Konfransı (COP)" çərçivəsində Azərbaycan Velosiped Federasiyasının, Naftalan Şəhər İcra Hakimiyyətinin, Azərbaycan Respublikasının Gənclər Fondunun birgə təşkilatçılığı, Karvan Hotelin dəstəyi ilə Naftalan-Suqovuşan-Naftalan istiqaməti üzrə veloyürüş təşkil olunub.
Tədbirdə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, Azərbaycan Gənclər Fondunun icraçı direktor vəzifəsini icra edən Qədir Xəlilov iştirak edib.
Yürüşə müxtəlif yaş aralığında 25-dən artıq iştirakçı qatılıb.
Öncə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda canından keçmiş Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
ŞİH-nin başçısı iştirakçıları salamlayıb, onlara cənnət Qarabağın dilbər güşələrindən olan turizm məkanı Suqovuşana səfərlərində uğurlar diləyib. Diqqətə çatdırıb ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin vurğuladığı kimi Naftalan Suqovuşan vahid turizm mərkəzinə çevrilib. Həmçinin, velosipeddən istifadənin gənclərin fiziki fəallığının artırılmasında və ətraf mühitin qorunmasında rolunu vurğulayıb.
Azərbaycan Gənclər Fondunun icraçı direktor vəzifəsini icra edən Qədir Xəlilov iştirakçıları salamlayaraq onlara uğurlar arzulayıb.
Veloyürüş iştirakçıları başlanğıc nöqtəsi Naftalan şəhəri olmaqla Suqovuşan istiqamətinə hərəkət edərək, Naftalan şəhərinə qayıdıblar. Onlar ümumilikdə 50 km-ə qədər məsafəni qət ediblər. Yürüş şəhər sakinlərinin və turistlərin marağına səbəb olub. 
Veloyürüş iştirakçıları, Naftalan ŞİH-nin təşəkkürnamə və sertifikatları ilə təltif olunublar.
Yürüşün məqsədi Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 25 dekabr 4233 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasında 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsinə dair təsqid olunmuş müvafiq tədbirlər planına əsasən ətraf mühitin mühafizəsi, yaşıl artım və sağlam həyat tərzinin geniş ictimaiyyətdə aşılanmasıdır.
Qeyd edək ki, 2021-ci ildə ölkədə və Naftalanda ilk 7 km uzunluğunda velosiped həvəskarları üçün veloyol çəkilmişdir.
COP29 çərçivəsində veloyürüş təşkil olunubCOP29 çərçivəsində veloyürüş təşkil olunubCOP29 çərçivəsində veloyürüş təşkil olunubCOP29 çərçivəsində veloyürüş təşkil olunubCOP29 çərçivəsində veloyürüş təşkil olunubCOP29 çərçivəsində veloyürüş təşkil olunubCOP29 çərçivəsində veloyürüş təşkil olunubCOP29 çərçivəsində veloyürüş təşkil olunubCOP29 çərçivəsində veloyürüş təşkil olunubCOP29 çərçivəsində veloyürüş təşkil olunubCOP29 çərçivəsində veloyürüş təşkil olunubCOP29 çərçivəsində veloyürüş təşkil olunubCOP29 çərçivəsində veloyürüş təşkil olunubCOP29 çərçivəsində veloyürüş təşkil olunubCOP29 çərçivəsində veloyürüş təşkil olunub/ azxeber.com

İqtisadiyyat       Tarix: 01 iyul 2024
f Paylaş

Oxşar xəbərlər

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.24% azalaraq 4.010 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.90% ucuzlaşaraq 53.9

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti  "AzerGold Uzbekistan" Xarici İnvestisiyalı Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Özbəkistan Respublikasında dövlət qeydiyyatına alınıb. İki ölkə arasınd

Yelo Bank-da Süd Vəzi Xərçəngi Maarifləndirmə Ayına həsr olunmuş seminar keçirilib

Hər ilin oktyabr ayı bir çox ölkədə süd vəzi xərçəngi ilə bağlımaarifləndirmə kampaniyaları ilə yadda qalır. Bu təşəbbüsə qoşulan Yelo Bankxanım əməkdaşları üçün peşəkar mütəxəssisin iştirakı ilə seminar təşkil edib.Məqsə

Mobil telefonların POS-terminal kimi istifadəsi sahibkarlara nə verəcək? - İqtisadçıdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda mobil telefonların POS-terminal kimi istifadə edilməsi nəzərdə tutulur. Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarıla

Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar

Azərbaycanda turizm sektorunun inkişafı və regionlara turist axınının artırılması ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Son illərdə həm yerli, həm də xarici turistlərin paytaxtla yanaşı

PAŞA Bankın dəstəyi ilə ölkəmizdə növbəti yaşıllaşdırma və gənc iş adamlarına dəstək layihəsi həyata keçirilib

PAŞA Bank-ın dəstəyi və Regional İnkişaf İctimai Birliyi (RİİB) ilə əməkdaşlıq çərçivəsində bu ilin oktyabr ayında Xocalı rayonunun Əsgəran qəsəbəsində 400 pavloniya ağacı əkilib. Təşəbbüs beynəlxalq Enactus proqramı çərçivəsind

Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR

Görüşdə Marsol Group-un direktoru Bilal Qasımlı, Kambocanın Turizm naziri Huot Hak və nümayəndə heyəti, eləcə də turizm sahəsində fəaliyyət göstərən şirkət rəhbərləri iştirak ediblər. Görüş zamanı Azərbaycan və Kamboca arasınd

"Cahan Şirkətlər Qrupu"nun "BE Group" şirkəti "BakuBuild" sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR

Ölkəiqtisadiyyatına töhfələri, sənaye və istehsal sahəsində həyata keçirdiyi layihələrləseçilən "Cahan Şirkətlər Qrupu" 14–16 oktyabr 2026-cı il tarixlərində"BakuBuild" beynəlxalq tikinti sərgisində təmsi

Nərimanovda mənzil almaq istəyənlər üçün yeni fürsət: təməldən satış başladı

Nərimanovda mənzil almaqistəyənlər üçün yeni fürsət: təməldən satış başladı!. City Garden Narimanovda təməldən mənzillər satışaçıxdı – 18 ayadək FAİZSİZ kredit!. Kristal-ın paytaxtın Nərimanov rayonunda inşa etdiyi CityGarde


son xeberler yeni xeberler azerbaycan xeberleri sonxeber maraqlı xəbərlər sonxəbər kriminal bugun