COP29 ərəfəsi Azərbaycana qarşı böhtan kampaniyası ideoloji müharibədir - Politoloqdan açıqlama

COP29 ərəfəsi Azərbaycana qarşı böhtan kampaniyası ideoloji müharibədir - Politoloqdan açıqlamaAzərbaycanda keçirilən beynəlxalq tədbirlər öncəsi ölkəmizə qarşı informasiya hücumlarının dəfələrlə şahidi olmuşuq. Son günlər isə Qərb mətbuatı az qala Azərbaycana müharibə elan edib və bütün platformalarda ölkəmiz əleyhinə kampaniya aparılır. Erməni diporasının dəstəyi ilə təşkil edilən bu kampaniyaya isə Qərbin aparıcı informasiya vasitələri cəlb olunub. Əsasən sosial şəbəkələr üzərindən aparılan bu kampaniyada məqsəd COP29 ərəfəsi Azərbaycanın siyasi imicinə zərbə vurmaq, ölkəmizi gözdən salmaqdır.
Mövzu ilə bağlı KONKRET.az-a danışan Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq İlyas Hüseynov  bildirib ki, ideoloji təhlükəsizlik məsələləri dövlətimizin ərazi bütövlüyü və suverenliyi bərpa edildikdən sonra xüsusi aktuallıq kəsb edir:
 "COP29-a qarşı hibrid təhdidlər getdikcə çoxalır və bu xüsusda ictimai müzakirənin keçirilməsi ortaq mövqenin formalaşmasına və preventiv tədbirlərin görülməsinə xidmət edir". Politoloq daha sonra bildirib ki, ölkəmizdə keçirilən idman və mədəniyyət sahəsində hər bir böyük tədbir öncəsi qarayaxma və böhtan kampaniya müşahidə olunub: "Lakin hazırkı kampaniya mahiyyətinə, miqyasına və hədəf kütləsinə görə fərqlənir".   İlyas Hüseynov hibrid müharibələrin tarixinə də nəzər salıb. "Hibrid müharibə" termini  ABŞ-də yaranıb. Hazırda ölkəmizə qarşı sosial şəbəkələrdə qarayaxma, kiberhücumlar, feyk məlumatların dövriyyəyə buraxılması kampaniyaları aparılır.
30 ilə yaxın müddətdən sonra erməni işğalına son qoyulması, separatçılığın kökünün kəsilməsi, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsi bəzi dövlətlər, onların birlikləri və beynəlxalq təşkilatlar tərəfindən qeyri-adekvat reaksiyaya səbəb olub. Onlar açıq şəkildə ölkəmizin uğurlarını həzm edə bilmirlər. Əsas məqsədləri daha konkret səviyyədə Azərbaycanı daxildən siyasi, ideoloji, mənəvi-əxlaqi və mədəni baxımdan parçalamaqla güclü dövlət və güclü cəmiyyət quruculuğunu, müstəqil siyasət kursunu sarsıtmaqdan ibarətdir.
Vll çağırış Milli Məclisin ilk iclasında çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev əldə etdiyimiz uğurların və önümüzdə duran hədəflərin geniş təhlilini verdi. Qeyd olundu ki, dövlətimizin qarşıdakı illərdə ən başlıca vəzifəsi müdafiə qabiliyyətimizin və milli təhlükəsizliyimizin yüksək səviyyədə qorunması və sərhədlərimizin daha da möhkəmləndirilməsidir. Cənab Prezident İlham Əliyevin "Bizim Qələbəmizi həzm edə bilməyən bəzi xarici dairələr bizə qarşı yeni planlar hazırlayırlar. Azərbaycan iqtidarı bunu bilir, ictimaiyyət də bunu bilməlidir. Ona görə bizim arxayınlaşmağa heç cür haqqımız yoxdur", tezisi hər birimiz üçün əsas prioritet olmalıdır.
COP ərəfəsində Azərbaycana qarşı Qərb mediasında şiddət tendensiyası artır. Bakıda iqlim sammitinin keçiriləcəyi tarix yaxınlaşdıqca imperialist Qərb bütün imkanlarını işə salaraq, Azərbaycanın nüfuzuna mümkün qədər xələl gətirməyə çalışır. Aydındır ki, Qərbin Cənubi Qafqaz regionunda istənilən vasitə ilə möhkəmlənmək istəkləri Bakının səyləri nəticəsində uğursuzluğa düçar olduqdan sonra yeni planlar həyata keçirməyə dair cəhdlər nəzərə çarpır. Azərbaycanın müstəqil siyasət aparması ABŞ-nin və Avropanın bəzi düşmən şəxslərində böyük narahatlığa səbəb olub. Beləliklə, antiazərbaycan isteriyasının xaricdəki təşəbbüskarları təsir və təzyiq siyasətlərindən əl çəkmək istəmirlər.
Azərbaycanın siyasi və sosial baxımdan tərəqqisini bəzi Qərb dairələri qəbul etmək istəmir və ölkəmizə qarşı destruktiv və parazit təşəbbüslər, dağıdıcı strategiyalar həyata keçirmək yolunu tuturlar. Avropa və Amerika politikanlarının məntiqinə görə, əgər Bakı onların ifrat hegemoniya siyasətlərinə qarşı çıxırsa, deməli ona böhtan atmaq, ləkələmək və nüfuzdan salmaq lazımdır. Qərb qüvvələri Cənubi Qafqazda xaos yaratmaq üçün əlindən gələni edir. Azərbaycanın qərarlarına təsir etmək, onun iradəsini özünə tabe etdirmək həvəsi olan, lakin bunu bacarmayan, paralel olaraq, "demokratiya" və "insan haqları"nın Qərb keşikçiləri Ermənistana yem atırlar. Təbii ki, Ermənistana öz maraq və münasibətinizi gətirmək çox asandır, çünki ölkədə subyektivlik yoxdur. Qərb qüvvələri öz islamofob və türkofob siyasətləri və birbaşa erməni lobbisinin dəstəyi ilə Bakının artan nüfuzunu və təsirini boğmağa çalışır, Azərbaycanı təcrid etmək cəhdlərini gücləndirirlər.
Gah Azərbaycandakı seçkiləri bəyənmirlər, sonra insan hüquqların tapdalanmasını dilə gətirirlər, daha sonra Bakının beynəlxalq səviyyədə tanınmış əraziləri ilə bağlı qərarlar verməsini qəbul etmək istəmirlər. Bu sırada hakimiyyətin legitimsizlik obrazını yaratmaq üçün siyasi elitanın mənfi imicini formalaşdırmaq, dil, din və mədəniyyət faktorundan antiazərbaycan və antitürk ruhda istifadə etmək, bütövlükdə, Azərbaycanın güclü dövlət və güclü cəmiyyət kimi yoluna davam etməsi qarşısına süni əngəllər yaratmaq özünü daha çox göstərir.
Bu prosesdə 3 qrup iştirak edir:
–              Ermənistan və erməni lobbisi;
–              Azərbaycana qarşı iddiaları olan Qərb dairələri;
–              Daxili xəyanətkar qüvvələr.
Bununla yanaşı, saxta və qərəzli informasiyaları Azərbaycan cəmiyyətinin bir sıra çox həssas sferalarda "şüuruna" yerləşdirməyə çalışırlar. Xarici KİV-də dərc olunan məqalələr, Ermənistanın təəssübünü çəkən dövlətlərin rəsmi şəxslərinin açıqlamaları da bundan  xəbər verir. Azərbaycanlıların hüquqlarının pozulması aspektinə onlar tam kar, kor və laldırlar. İllərdir yurdlarından didərgin düşmüş, təhqirlərə, ciddi hüquq pozuntularına məruz qalmış azərbaycanlıların haqlarından sanki söz açmamağa söz veriblər. Göründüyü kimi, onların erməni lobbisinin hesabına ermənipərəst qüvvələrin ən fəal iştirak etdiyi sonsuz antiazərbaycan müharibəsi hələ də öz apokaliptik kulminasiya nöqtəsinə çatmayıb.
İqlim fəaliyyəti üzrə yeni maliyyə öhdəliyindən yayınmaq istəyən və hədəfi yayındırmağa çalışan bəzi inkişaf etmiş ölkələr COP-un nüfuzdan salınmasına çalışırlar. Bundan öncəki iqlim maliyyəsinin məbləği kimi 2020-ci ilədək 100 milyard ABŞ dolları müəyyənləşdirilsə də, hesabatlara əsasən buna yalnız 2022-ci ildə nail olunub. Bakı COP-unda dövlətlərin qarşısında duran əsas məqsəd yeni məbləği müəyyən etmək olacaq. Hazırda mövcud olan 100 milyard maliyyə hədəfi iqlim dəyişmələrinin ən çox təsir etdiyi ölkələrin problemlərinin həlli üçün kifayət deyil. Bu hədəfin ciddi şəkildə artırılmasına, ən azı 500 milyard, hətta 1 trilyon dollar həcmində müəyyən edilməsinə ehtiyac var. Dünya ictimaiyyəti inkişaf etmiş ölkələrdən bunu gözləyir.  Yalnız son günlər Azərbaycana qarşı çıxan məqalələrdə görürük ki, onların bir çoxunun müəllifi ermənidir. Beləliklə, Azərbaycanın timsalında Qərbin yeni hibrid müharibəsi modelini görmək olar ki, bu da erməni müəllifliyi ilə Azərbaycana qarşı nəşrlərlə daha tez-tez baş verir.
Vəli Həsənoğlu,
KONKRET.az

Siyasi     Baxılıb: 301   Tarix: 22 oktyabr 2024
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycan-Pakistan hərbi əməkdaşlığı müzakirə olunub - FOTOLAR

Pakistanda səfərdə olan Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı, kontr-admiral Şahin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti bu ölkənin HDQ komandanı admiral Navid Əşrəf ilə görüşüb.  xəbər verir ki, görüşd

Azərbaycana səfəri zamanı Vensi o müşayiət edəcək

ABŞ Dövlət katibinin İqtisadi məsələlər üzrə müavini Ceykob Helberq fevralın 9-11-də İtaliyanın Milan şəhərinə, Ermənistanın İrəvan şəhərinə və Azərbaycanın Bakı şəhərinə gerçəkləşdiriləcək səfərləri zamanı vitse-preziden

KQB agenti və dələduz Konstantin Zatulin

Zatulinlə bağlı 1-ci yazıda "dosye", "kompromat" və  "InformNapalm" saytlarına istinadən ("UkrainianCyberAlliance",  "CyberXunta" haker qruplarının ötürdükləri materialla

Tramp Xameneiyə son şans verdi: İran bunu etməsə sabah müharibə başlayacaq

Omanın paytaxtı Maskatda İranın xarici işlər naziri Abbas Araqçı, ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff və Cared Kuşner arasında danışıqlar keçiriləcək. KONKRET.azxəbər verir ki, müzakirələri

Putini o əvəz edə bilər - Varis haqda ŞOK DETALLAR

Rusiyada artıq uzun müddətdir ki, Vladimir Putindən sonra ölkəyə başqa bir şəxsin rəhbərlik edə biləcəyi fikri demək olar, tabu sayılır. Halbuki bir zamanlar bu, real ehtimal kimi müzakirə olunurdu. xəbər verir ki, bu günlərd

Azərbaycan Rusiya səfirinə nota təqdim etdi

6 fevral 2026-cı il tarixində Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə çağırılıb. XİN-dən -a verilən xəbərə görə, Rusiya səfiri ilə görü

Rus ordusu "kor" oldu: Ukrayna sürətlə hazırlaşır

Cəbhədən daxil olan məlumatlar Rusiya hərbi bölmələrinin idarəetmə qabiliyyətində çox ciddi dərəcədə zəifləmə olduğunu göstərir. Rusiya qüvvələrinin "Starlink" peyk rabitəsindən məhrum qalması ilə bağlı xəbərlə

İsrail və Azərbaycan süni intellekt sahəsində əməkdaşlığa dair memorandum imzalayıb

İsrail və Azərbaycan süni intellekt sahəsində əməkdaşlığa dair memorandum imzalayıb.  "The Times of Israel"ə istinadən xəbər verir ki, Bu barədə İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi məlumat yayıb. Məlumat

DİN həmin görüntüləri araşdırdı - Polislər işdən çıxarıldı

Sosial şəbəkələrdə polis əməkdaşlarının guya qazi kimi təqdim olunan şəxsə fiziki güc tətbiq etməsi ilə bağlı yayılmış görüntülərlə bağlı araşdırma aparılıb. Bu barədə  -a Daxili İşlər Nazirliyindən məlumat verilib. "Müəyyə


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən xəbərlər cəbhədən son məlumat bugun xeberler beynelxalq bank mezenne