Çovdar çörəyi artıq çəki yaratmır - Alimlər
Çovdar və arpa çörəyi qidanın həzm olunması prosesini zəiflədir
İsveç alimləri müəyyənləşdiriblər ki, heç də bütün çörək növləri qədd-qamətin düşməni deyil. Onlardan bəziləri artıq çəkinin qarşısını alır və eyni zamanda, iştahanı da azaldır.
Milli.Az İnterAz-a istinadən bildirir ki, mütəxəssislər müxtəlif dənli bitkilərdən hazırlanmış çörək-bulka məmulatlarının tərkibini öyrəniblər. Məlum olub ki, çovdar çörəyi orqanizm üçün faydalıdır. Çovdar çörəyi şəkər, ürək-damar xəstəliklərinin inkişafının qarşısını alır və insanı tez doydurur. Çovdar və arpa çörəyi qidanın həzm olunması prosesini zəiflədir və nəticədə insan uzun müddət özünü tox hesab edir.
Bu dənli bitkilərdən hazırlanmış çörək həm də artıq çəkinin qarşısını alır. Mütəxəssislər onu da bildirirlər ki, digər məhsullar kimi bu çörəkləri də lazımi miqdarda yemək lazımdır.
Milli.Az /news.milli.az

Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
Kamboca baş naziri Azərbaycana gəldi
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto
Trampdan Azərbaycan açıqlaması
52 yaşlı piyadanı maşın vurub öldürdü
Qazaxda avtomobil piyadanı vurub, 3 nəfər xəsarət alıb
Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən ata saxlanılıb, daha bir nəfərin yaralandığı məlum olub
Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı
Bred Pittin yeni sevgilisi - Foto
Evini 3,2 milyona satır - Fotolar
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
Qızıl 2027-ci ildə neçəyə olacaq? – PROQNOZ
Bərdədə 71 yaşlı qadın faciəvi şəkildə öldü
Biləsuvarda toyda bıçaqlanma: saxlanılan var