COVID-19-a yoluxmayanların sirri illər sonra ORTAYA ÇIXDI - "SUPER QAN"
Bəzi insanlar niyə COVID-19-a yoluxmur?
Epidemiya başlayandan bəri dünya bu suala cavab axtarır. ABŞ-dan gələn xəbərlər bu sualı yenidən elm dünyasının gündəminə gətirib.
KONKRET.az Musavat.com-a istinadən xəbər verir ki, ABŞ alimləri Corciya ştatında yaşayan 56 yaşlı Con Hollisin bədənində koronavirusun bütün məlum variantlarına qarşı immun olduğunu aşkar ediblər.
Hollis üzərində araşdırma aparan qrup müşahidə edib ki, onun qanı 10 min dəfə seyrəldildikdə belə, koronavirusu 90 faiz məğlub edir. Bu vəziyyət mütəxəssislər tərəfindən "super qan" adlandırılıb.
Məlumata görə, COVID-19-a qarşı dünyanın ən güclü adamı kimi tanan Hollis virusun daha güclü variantlarına qarşı da immunitetə malikdir və elm adamları onun "fövqəl gücünün" SARS-a belə qalib gələcəyini düşünürlər.
Alimlər bildirirlər ki, hər 100 nəfərdən birində virusa qarşı tam immunitet yarana bilər. Bəs koronavirusa yoluxmayan şanslı insanların sirri nədir?
İngiltərənin aparıcı təhsil ocaqlarından biri olan Oksford Universitetində aparılan araşdırmalar bu suala cavab tapmış ola bilər.
Nəticələri ötən həftələrdə ictimaiyyətə açıqlanan araşdırmaya görə, alimlər müəyyən qədər mutasiyaya malik insanlarda peyvənd olunduqdan sonra daha çox antikor reaksiyası yarandığı qənaətinə gəliblər.
Araşdırmaya görə, hər 10 adamdan 3-də HLA-DQB1*06 kimi tanınan gen var və sözügedən gen COVID-19 peyvəndlərindən sonra insanlarda daha çox antikor əmələ gəlməsinə səbəb olur.
Başqa sözlə desək, bu geni daşıyan insanlar peyvənddən sonra daha intensiv müdafiəyə malik olduqları üçün virusa yoluxmurlar.
Tədqiqat çərçivəsində elm adamları Pfizer-BioNTech və ya Oxford-AstraZeneca peyvəndinin ilk dozasını alan 1600 yetkin insanın qan nümunələrini araşdırıb. Komanda sözügedən genə sahib olanların qanında daha çox antikor olduğu qənaətinə gəlib.
Araşdırmanın nəticələri Nature Medicine jurnalında dərc olunub.
Kurslar.az kurslar [newsid: 0-123300]

Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər
Zaqatalada maşın işıq dirəyinə çırpıldı - Xəsarət alan var
Azərbaycanı Qarabağ məsələsinin həlli ilə bağlı təbrik edirəm... - Kadırov
"Barselona"nın hücumçusu "Qalatasaray"la oyunu buraxacaq
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
İlham Mayılov vəfat etdi
Türkiyə millisi baş məşqçisi ilə yollarını ayırdı
"Oyun bir qədər çirkin alındı" - Dambrauskas
"Bizdən qaça bilməyəcək" - Lukaşenkodan Paşinyana
Bütöv bir institut bir adama qarşı": Kəsfiyyat Stalinin fikirlərini necə açmağa çalışırdı
Ermənilərin növbəti qorxusu – Azərbaycan Tavuş istiqamətində 500 metr... - FOTO
Azərbaycanın MDB-də mövqeyi güclənir: 2027–2028-ci illər üçün mühüm qərar
Bəzi ərazilərdə güclü leysan olub, şimşək çaxıb
Moldovanın keçmiş Baş naziri: Ermənistan itkin düşmüş şəxslərlə bağlı məlumatları paylaşmalıdır