COVID-19 pasportu nə zaman ləğv edilə bilər? - AÇIQLAMA

COVID-19 pasportu nə zaman ləğv edilə bilər? - AÇIQLAMAMayın 1-dən ölkəmizdə qapalı məkanlarda tibbi maskadan istifadə tələbi ləğv olunur. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah müvafiq qərar qəbul edib.
Karantin qaydalarının yumşaldılması COVID-19 pasportunun da ləğv edilməsinə səbəb ola bilər?
Məsələ ilə bağlı Trend-in suallarını cavablayan Səhiyyə Nazirliyinin İctimai səhiyyə və İslahatlar Mərkəzinin həkim-mütəxəssisi Könül İsmayılova bildirib ki, pandemiyanın davam etdiyi iki ilə yaxın bir müddətdə bütün dünyada bir sıra amillərdən, o cümlədən, COVID-19 ştamlarının fəallığı, klinik-epidemioloji xüsusiyyətlərindən asılı olaraq dünya mənzərəsində epidemik alovlanmaların müxtəlif xarakterli təzahürləri qeydə alındı.
"Bunlara müvafiq olaraq, dünya dövlətlərinin səhiyyə orqanlarında şəraitə uyğun olaraq (yoluxanların sayı, xəstəliyin ağırlıq dərəcəsi, xəstəxanalarda çarpayı sayı, ölüm göstəricisi və s) müəyyən qərarlar qəbul etmək zərurəti yarandı. Lakin son yayılan omikron ştamı və onun subvariantlarının daha yüngül klinik xüsusiyyətlərlə müşahidə olunan xəstəlik törətmə qabiliyyəti, letallıq dərəcəsinin az olması, artıq bütün dünyada, o cümlədən, ölkəmizdə aparılan uğurlu vaksinasiya strategiyası hazırda qəbul edilmiş karantin qaydalarına dəyişiklik edilməsi və yumşaldılması şərtlərinə əsas verir. Buna əsasən, bir sıra karantin qaydaları, qadağaları mərhələli şəkildə aradan qaldırılır", - deyə o qeyd edib.
K.İsmayılova, həmçinin, bildirib ki, Nazirlər Kabinetinin 171 nömrəli qərarına əsasən, 2022-ci il mayın 1-dən etibarən tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə artıq məcburi xarakter daşımır.
"Təbii ki, pandemiya ilə bağlı narahatlıqların artıq arxada qalması ilə bağlı ÜST-ün rəsmi bəyanatı olduqda, COVID-19 pasportlarının ləğvi ilə bağlı məsələlər Nazirlər Kabineti yanında Operativ Qərargahın gündəmində müzakirə üçün çıxarılacaq", - deyə o əlavə edib.

Sosial       Tarix: 26 aprel 2022
f Paylaş

Oxşar xəbərlər

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ

Havaların sərinləşməsi ilə birlikdə bir çox insan asqırma, burun axması, öskürək və halsızlıq kimi şikayətlərlə qarşılaşır. Bu əlamətlər isə bəzən payız allergiyası ilə soyuqdəymənin bir-birindən fərqləndirilməsini çətinləşdirir

"Dağ boyda oğul itirmişəm" - Ucal Bayramovun atası

"Mən dağ boyda oğul itirmişəm". xəbər verir ki, bunu "ölkə.az"a qısa açıqlamasında Şəkidəki "Şəki yaylası" istirahət mərkəzində baş verən "zipline" qəzasında faciəvi şəkildə vəfat edə


yeni xeberler son xeberler azerbaycan xeberleri maşın realiti şou bugun xeberler cəbhədən yeni xəbərlər ensonxeberler