COVID-19 pasportu tərtib edildi - Artıq səyahət edərkən...
Danimarka vətəndaşları üçün COVID-19 pasportu tərtib edib.
Publika.az xəbər verir ki, yetkinlik yaşına çatmış bütün Danimarka vətəndaşları xarici səyahətlərdə istifadə edilə biləcək pasportu ölkənin milli səhiyyə vebsaytından pulsuz yükləyə biləcək.
Pasportu almaq üçün öncəliklə "coronaprover.dk" vebsaytına testdən keçmək üçün müraciət etmək lazımdır. Cavab neqativ çıxarsa, "NemID" rəqəmsal proqramı müdaxilə edir və milli səhiyyə vebsaytına daxil olunaraq rəsmi koronavirus sertifikatı yüklənir.
Pasport sayəsində danimarkalılar test nəticələrini tələb olunan hər yerdə rahat şəkildə göstərə biləcək.
Valideynlər öz "NemID"lərindən istifadə edərək uşaqları üçün də COVID-19 pasportu çıxara biləcək.
Ümumdünya Səhiyyə Təşkilatı koronavirusa yoluxan və sağalan şəxslərin, həmçinin, test nəticələri neqativ çıxanların COVID-19 pasportu kimi sənədlər çıxarmaması mövzusunda xəbərdarlıq edib. Buna səbəb xəstəliyə yenidən yoluxma riskinin olmamasının elmdə sübutunun tapılmaması göstərilib.
Zümrüd
Turlar.az [newsid: 0-123300]

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək