Çoxarvadlılıq kişilərdə infarkt riskini artırır - Ərəb həkimlər
Bir qadının həyat yoldaşı olması kişinin daha uzun ömür sürmək şansını artırır.
KONKRET.az "Medicina"a istinadən xəbər verir ki, eyni vaxtda bir neçə arvada ərlik etmək kişinin sağlamlığını əhəmiyyətli dərəcədə təhdid edir.
Bu qənaətə çoxarvadlılığın qanuni qüvvədə olduğu Səudiyyə Ərəbistanının Ciddə şəhərindəki Xəstəxana və Araşdırma Mərkəzinin tədqiqatçıları gəlib.
Ərəb tədqiqatçılarının araşdırmalarına görə, real həyatda çoxarvadlı kişilər ürəklə bağlı daha çox problemlər yaşayırlar.
Araşdırmalar göstərir ki, ailəli olmaq kişilərə daha az stresslə üzləşməyə, fiziki sağlamlığı qorumağa və daha balanslı qidalanmağa imkan verir. Ancaq son vaxtlara qədər elm çoxarvadlılığın evli kişilərin sağlamlığına təsiri ilə az maraqlanırdı.
Tədqiqatçılar Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin 5 xəstəxanasında müalicə olunan ürək çatışmazlığı xəstələrini təhlil edərkən məlum olub ki, belə kişilərin 56%-də şəkərli diabet, 57%-də hipertoniya, 45%-də isə ürək-damar xəstəlikləri var.
Araşdırmaların nəticəsində məlum oldu ki, təqribən kişilərin 68 % – i bir xanımla evli idi, 19 % iki xanımla evli, 10% kişilərdə isə üç xanımla, 3 % isə 4 xanımla evli idi. Çox arvadla evli olan kişilərin sağlıqla bağlı problemləri daha çox idi.

Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər
Necla Uyqur vəfat etdi
40 yaşlı kişinin evindən meyiti tapıldı
Güllünü öldürən doğma qızına bu cəza verildi
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
Laçın sakini Ağcabədidə gölməçədə boğularaq ölüb
Elvin Əlizadəyə yüksək vəzifə verildi
Zaqatalada maşın işıq dirəyinə çırpıldı - Xəsarət alan var
Azərbaycanı Qarabağ məsələsinin həlli ilə bağlı təbrik edirəm... - Kadırov
"Barselona"nın hücumçusu "Qalatasaray"la oyunu buraxacaq
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
Orta Dəhlizdən yaşıl enerjiyə: Bakı ilə Mərkəzi Asiya arasında yeni əməkdaşlıq mərhələsi
Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var