Çoxuşaqlı ailələr üçün iş həftəsi AZALDILA BİLƏR
Rusiya Dövlət Dumasının deputatları çoxuşaqlı ailələr üçün dördgünlük iş həftəsi tətbiq etməyi təklif ediblər.
KONKRET.az yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə "LDPR" partiyasının lideri Leonid Slutski bildirib.
"Ölkədə bütün işçilərin dördgünlük işə keçirilməsi imkanları müzakirə olunur. Lakin bununla bağlı konkret addımlar atılmayıb. Biz təklif edirik ki, artıq çoxuşaqlı ailələr üçün belə iş müddəti müəyyən edilsin. Uşaqlarımız bizim gələcəyimizdir", – deputat deyib.
Slutski qeyd edib ki, bir çox rus ailələri ikinci və ya üçüncü uşaq dünyaya gətirmək istəmirlər, çünki onlar bütün vəzifələrini yerinə yetirməyə vaxt tapmayacaqlarından narahatdırlar.
Onun sözlərinə görə, dövlət ailə institutunun möhkəmlənməsinə şərait yaratmalı, gənc ailələri uşaq sahibi olmağa həvəsləndirməlidir.
Belə ki, təşəbbüs digər fraksiyaların deputatları tərəfindən birmənalı qarşılanmayıb. "Vahid Rusiya" fraksiyası rəhbərinin birinci müavini Andrey İsayev deyib ki, qanun çoxuşaqlı ailələrə qarşı ayrı-seçkiliyə gətirib çıxara bilər.
Deputat bildirib ki, belə işçiləri işə götürməyəcəklər.
İqbal Rzayev,
KONKRET.az

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ərdoğan sabah Qarabağa gəlir
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi