Culian Assancın həbsxanada səhhəti pisləşdi
"WikiLeaks"in qurucusu Culian Assancın səhhəti pisləşib.
KONKRET.azxarici KİV-ə istinadən xəbər verir ki, bu barədə onun xanımı Stella Morris bildirib.
"Onun səhhəti durmadan pisləşir, çünki həbsxanada olanda belə olur. O, 2021-ci ilin oktyabrında kiçik insult keçirib", – Morris deyib.
O, Assancın dərman qəbul etdiyini, lakin hələ də səhhətindən narahat olduğunu qeyd edib.
Qeyd edək ki, 2010-cu ildə Culian Assanc İsveçdə cinsi qısnama və zorlamada ittiham olunub. 2012-ci ildən bəri Assanc Stokholma ekstradisiya olunacağından qorxaraq Ekvadorun Londondakı səfirliyində təqiblərdən gizlənib. 11 aprel 2019-cu ildə o, ABŞ-ın tələbi ilə saxlanılıb. London məhkəməsi jurnalisti girov şərtlərini pozmaqda təqsirli bilib və ona 11 ay həbs cəzası verib. Assanc hazırda Belmarş həbsxanasındadır. ABŞ-da məxfi sənədlərin dərcinə görə ona qarşı 18 cinayət işi qaldırılıb. Onu 175 il həbs cəzası gözləyir.
2021-ci il dekabrın 10-da London məhkəməsi ABŞ-ın şikayətini təmin edib və Culian Assancın ABŞ-a ekstradisiyasına qərar verib.
İqbal Rzayev,
KONKRET.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib
40 yaşlı kişinin evindən meyiti tapıldı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
Necla Uyqur vəfat etdi
Elvin Əlizadəyə yüksək vəzifə verildi
Laçın sakini Ağcabədidə gölməçədə boğularaq ölüb
Güllünü öldürən doğma qızına bu cəza verildi
Zaqatalada maşın işıq dirəyinə çırpıldı - Xəsarət alan var
"Barselona"nın hücumçusu "Qalatasaray"la oyunu buraxacaq
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
Orta Dəhlizdən yaşıl enerjiyə: Bakı ilə Mərkəzi Asiya arasında yeni əməkdaşlıq mərhələsi
Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
İlham Mayılov vəfat etdi
Türkiyə millisi baş məşqçisi ilə yollarını ayırdı