Dabanlardakı çatlar və onlara qulluq vasitələri

Dabanlardakı çatlar və onlara qulluq vasitələriDabanlardakı çatlar və onlara qulluq vasitələri. Siz də ayaqlarınızın və dabanlarınızı gözəl olmasını istəyirsinizsə o zaman aşağıdakıları diqqətlə oxuyun. Dabanlarda əmələ gələn çatlar bütün qadınların problemi sayılır. Dabanlardakı çatlar estetik görüntünü pozmaqla yanaşı vaxtında qulluq edilmədukdə getdikcə dərinləşir. Bu zaman dabanları əvvəlki halına gətirmək daha da çətinləşir.  Dabanların sərtləşməməsi və çatların dərinləşməməsi üçün onların qayğısına vaxtında qalmaq lazımdır. Çünki, zaman keçdikdə daban nahiydə ölü toxumaların miqdarı artır və xoşagələməz görüntü əmələ gəlir. Ölü toxumalar çoxaldıqca onların təmizlənməsi çətinləşir. Çatların əmələ gəlməməsi üçün isə hər dəfə hamamdan çıxdıqdan sonra dabanlara yumşaldıcı krem sürtmək lazımdır. Dabanları yumşaltmaq üçün ən yaxşı vasitələrdən biri kakos yağıdır. Kasos yağı dərini sərtləşməyə qoymur və yumşaq saxlayaraq həmin hissənin qanla qidalanmasını təmin edir. Dabanlara kakos yağı sürtdükdə dabanların yumşaqlığı yaş ötdükcə olduğu kimi qalır. Bunun üçün ayaqları rozmarin və çokə çiçəyi qatılmış isti suda vanna etməli və quruladıqdan sonra zeytun yağı qarışdırılmış kakos yağı sürtmək lazımdır. Sonra ayağınıza polietilen paket keçirib gecə boyu ayağınızda saxlayın.
Gözəl və sağlam ayaqlara sahib olmaq qulluq tələb edir.  
Dabanların sərtləşməsinə və çatlamasına daban bölgəyə təzyiqin olması, dabanın qıcıqlanması, həmin hissəyə qanın yaxşı işləməməsi, dikdaban ayaqqabılar, dabanlara düzgün qulluğun edilməməsi səbəb olur.
Dabanların yumşaq olması, çatların əmələ gəlməsi və çatlardan xilas olmaq üçün aşağıdakı resepti dabanlarınıza tətbiq edin:
* aspirin - 300 mq
* 70%-li spirt və ya konyak - 250 ml
Hazırlanması:
Aspirinlər toz halına salınana kimi əzilir, spirtə və ya konyaka qarışdırılaraq 1-2 gün saxlanılır.
İstifadə olunma qaydası:
Qarışım tənzifə və ya pambıq parçaya sürtülür və dabanlara qoyulur. Ayaqlara neylon corab və ya polietilen paket keçirilir. Qarışım ayaqda gecə boyu saxlanılır.Səhər ayaqlar isti su ilə yuyulur, qliserin və ya yağlı krem sürtülür.
Bu resepti 10 gün tətbiq etdikdə dabanlarınızdakı ölü toxumalardan xilas olduğunuzu görəcəksiniz.
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 03 sentyabr 2020
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Samuxda 9 nəfərdə qarayara aşkarlandı - RƏSMİ

Samuxda xəstə heyvanla təmasda olan 9 nəfər yoluxucu xəstəliklər şöbəsində izolyasiya edilib. KONKRET.azxəbər verir ki, bu barədə Azərbaycan Səhiyyə Nazirliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Tibbi Ərazi Bölmələrin

D vitamininin ən yaxşı növü: Bunu içməlisiniz

D vitamini bədənimizin düzgün işləməsi üçün lazım olan vacib qida maddələrindən biridir. Sağlam sümükləri, dişləri və əzələləri qorumaq üçün lazım olan fosfat və kalsium miqdarını tənzimləməyə kömək edir. Lazım olan D vitaminini

Oturaq həyat tərzi sürənlərə XƏBƏRDARLIQ: Bu, sizi təhlükədən qoruyacaq

Uzun müddət oturaq vəziyyətdə qalmaq sağlamlıq üçün ciddi risklər yarada bilər. Xüsusilə hərəkətsiz həyat tərzi keçirən insanlarda dərin venaların trombozu kimi ürək-damar problemlərinin yaranma riski artır. Damar cərrah

Çox yaşamaq istəsəniz

ABŞ-də aparılan bir araşdırmada pozitiv insanların daha çox ömür sürdüyü məlum olub. xəbər verir ki, təcrübədə onminlərlə qadın və kişilər 10 il boyunca izlənilib. Pozitiv insanların 11-15 il daha çox yaşadığı məlum olub

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama

İsti vannada cəmi 30 dəqiqə keçirmək qan təzyiqinin azalmasına və damarların genişlənməsinə kömək edə bilər. Yeni araşdırmada bu təsirin bəzi göstəricilər üzrə orta intensivlikli fiziki məşqlərdən daha güclü olduğu müəyyə

İnfarktın qarşısını almaq üçün vacib QAYDALAR

"Mütəmadi testlər infarktın qarşısını almağa kömək edə bilər. Bunlara lipidoqrammanı (xolesterin və onun fraksiyalarının göstəricisi), eləcə də qanda qlükoza səviyyəsini nəzarətdə saxlamaq daxildir". -a istinadə

Ölkəmizdə Hantavirus yayılıb? - RƏSMİ

Bir sıra Avropa ölkələrində Hantavirus təhlükəsi ilə bağlı izolizasiya tədbirləri görülüb. Hətta qonşu ölkələrin bir neçə vətəndaşı da virus səbəbilə karantinə alınıb. Bəs görəsən, Azərbaycanda vəziyyət necədir? Virusa yoluxm

Güclü istilər gəlir - Ekoloqdan xəbərdarlıq

Yay fəsli Azərbaycana daxil olsa da, hava şəraitinin hələ də yazı və ya payızı xatırlatması, üstəlik yaxın günlər üçün yağış və dolu xəbərdarlıqlarının verilməsi diqqət çəkir. İqlim dəyişikliyi fonunda bu cür kəskin hav

Qəfil görünən damarlar hansı xəstəliklərin xəbərçisi ola bilər?

Əllərdə, ayaqlarda və ya sinə nahiyəsində damarların əvvəlkindən daha çox görünməyə başladığını hiss etmisiniz? Bir çox insan üçün bu, xüsusilə dəyişiklik qəfil olubsa, narahatlıq yaradır. -a istinadla xəbər verir ki, əksə


azerbaycan xeberleri yeni xeberler son xeberler son xeberler azerbaycan bugünki xəbərlər son.xeberler cəbhədən video