Dağlıq Qarabağın Azərbaycanlı İcması Ancelina Colini ölkəmizə dəvət etdi

Dağlıq Qarabağın Azərbaycanlı İcması Ancelina Colini ölkəmizə dəvət etdiDağlıq Qarabağın Azərbaycanlı İcması Ancelina Colini ölkəmizə dəvət etdi
Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının Beynəlxalq əlaqələr şöbəsinin müdiri Aybəniz İsmayılova İcmanın qadınları adından Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının xüsusi nümayəndəsi Ancelina Coliyə müraciət edib.
Müraciətdə deyilir:
"Biz illərdir, sizin bir humanist insan, bir xeyriyyəçi və xoşməramlı səfir kimi fəaliyyətinizi izləyirik. Sizin konflikt, aclıq, ekoloji fəlakət yaşayan müxtəlif bölgələrə səfəriniz, o yerlərdə müharibədən, köçkünlükdən, aclıqdan əzab çəkən insanlara yardım əlinizi uzatmağınızı, onların dərdlərini dinləyib, kömək etdiyinizi görürük. Sizin bir insan, bir xoşməramlı səfir, bir aktivist kimi insanpərvər imiciniz bizi sizə bu məktubu yazmağa ürəkləndirdi və ümid verdi.
Biz sizə 96 yaşlı Sarabəyim nənədən danışmaq istərdik. 38 yaşında dul qalmış, beş uşağını tək böyütmüş Sarabəyim nənə 67 yaşında doğma kəndindən qaçmalı olub. Böyük şəhərə, övladlarının yanına sığınmağa məcbur qalıb. Alışdığı həyətindən, bağından, evindən uzaq qalan Sarabəyim nənə şəhər evlərinə uyğunlaşa bilməyib, övladları onun üçün həyət evi tikməyə məcbur qalıblar.
Düz 27 ildir ki, Sarabəyim nənə bu evdə qonaq kimi yaşayır, doğma kəndinə gedəcəyi günü gözləyir. O, hər gün xəbər proqramlarını izləyir, ümid edir ki, bir gün mütləq gözlədiyi xəbəri alacaq. Bu xəbər onun doğma kəndinə qayıda biləcəyi xəbəri olacaq. O, özünü yaşadığı yerdə müvəqqəti, hətta məhbus kimi hiss edir. Çünki getmək istədiyi tək məkana, tək evə getmək imkanı yoxdur.
Bu pandemiya günlərindəki hərəkət məhdudiyyəti, insanların evlərə, kəndlərə, şəhərlərə vəziyyətə uyğun olaraq, öz sağlamlıqlarını qorumaq üçün qapanıb qalması bizə çox şeyi öyrətməlidir. İnsanın getmək istədiyi, arzusunda olduğu yerlərə gedə bilməmək imkanının olmaması necə də böyük məhrumiyyət, necə də ağır sınaqdır. İndi təsəvvür edin ki, Sarabəyim nənənin yaşıdları 27 ildir ki, bu məhrumiyyəti yaşayır, 27 ildir ki, öz evlərinə qayıda bilmirlər.
Onun yaşıdları bu pandemiya ərəfəsində risk qrupundadırlar. Kim bilir, bəlkə də, onlar bu virusa yoluxsalar, sağala bilməyəcəklər. 27 ildir bəslədikləri doğma yurda qayıtmaq ümidini özləri ilə məzara aparacaqlar. Kaş belə olmayaydı...
Sarabəyim nənə tək deyil. Onun taleyini bu və ya digər şəkildə yaşayan bir milyondan çox insan var ölkəmizdə. Bu insanları bir tale birləşdirir – Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi...
30 ilə yaxındır ki, Azərbaycan Respublikası Ermənistanın təcavüzkar və işğalçılıq siyasətindən əziyyət çəkir. 25 ildir ki, atəşkəs elan edilsə də, zaman-zaman cəbhə xəttində qısamüddətli savaşlar baş tutur, əsgərlər həlak olur, yaralanır, bəzən konflikt zonalarda yaşayan dinc insanlar da bu savaşlarda həyatlarını itirir.
Müharibənin ilk beş ili boyunca Azərbaycanın Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərindən bir milyona yaxın insan köçkün düşdü. Şəhərləri, rayonları, kəndləri işğal edilən bir milyon insan Azərbaycanın təhlükəsiz rayonlarında yerləşməyə məcbur oldu.
Bir milyona yaxın insan on ildən artıq çadırdan, vaqonlardan, taxta komalardan ibarət düşərgələrdə yaşadı. Şəraitsizlik, qeyri-insani həyat şərtləri altında körpələr doğuldu, qocalar öldü, cavanlar vaxtsız qocaldı, iki nəsil böyüdü. Bu şərtlər altında yüz minlərlə uşaq normal təhsildən, rahat uşaqlıqdan məhrum oldu. Normal tibbi yardımı olmayan düşərgələrdə insanlar müxtəlif xəstəliklərə yoluxdu, günvurmadan, soyuqdan öldü…
Biz qaçqın düşdüyümüz ildə ölkəmizdə hər səkkiz nəfərdən biri qaçqın idi. Bütün bu faciələrə baxmayaraq, bizim dərdimiz, ağrılarımız sanki dünyanın diqqətini cəlb edə bilmədi. Bəli, dünya elə bu günümüzdə də dəhşətli savaşlar, faciələr, problemlər yaşayır və bizləri üzür.
Harada olmasından asılı olmayaraq, ağrı ağrıdır, faciə faciədir, aclıq aclıqdır, ölüm ölümdür. Bir ölkədə milyonlarla uşağın normal qidalana bilməməsi də faciədir, başqa bir ölkədə cəmi bir uşağın aclıq çəkməsi də! Dünyada 250 milyon uşağın təhsil ala bilməməsi bizi ağrıdır.
Son 30 ildir davam edən bu köçkünlük həyatı düz dörd nəslin taleyini sındırdı. Yaşının ahıl çağında doğma yurdundan qaçan qocalar çadır düşərgələrdə, şəhərlərdə sığındıqları evlərdə qürbətdə öləcəklərindən qorxa-qorxa yaşadılar, yurdlarından qoyunlarında gizlədib, gətirdikləri torpaqla ovundular.
Heç olmasa, ölmək üçün doğma evlərinə qayıdacaqları günlərin həsrəti ilə xəstə düşdülər, vətən, yurd nisgili ilə həyatlarını itirdilər. Ölkəmizin hər tərəfini köçkün, qərib məzarlıqlar bürüdü.
Köçkün düşən cavanların taleyi bütün nəsillərdən daha ağır oldu. Onlar həm yaşlı ata-analarına təskinlik verməli, onların qayğısına qalmalı, həm də müharibə şəraitində övladlarını yedirtməli, yaşatmalı idilər. Onların dərd çəkməyə belə vaxtları, imkanları yox idi. Köçkünlərimizin bu nəslini köçkünlük dərdi, şəraitsizlik, həm valideyn həm övlad qayğısı vaxtından əvvəl qocaltdı, əldən saldı. Bu nəsil ancaq bütün gəncliyini qayğılara, problemlərə xərclədi.
Daha bir nəsil köçkün uşaqlar oldu. Uşaqlığı savaş illərinə, köçkünlük günlərinə düşən uşaqlar. Düşərgələrdə, yarıac-yarıtox yaşamağa məcbur olan uşaqlar. Təkcə özləri deyil, məktəbləri, təhsilləri də köçkün düşmüş uşaqlar.
O uşaqlar dondurmanın dadını vaxtında bilmədi, doyunca yeməyin nə olduğunu bilmədi, bəziləri düşərgələrdə ən sadə insani şərtlərdən məhrum böyüdü. Bu nəsil bazarlarda, tikintilərdə, ən ağır işlərdə itib-batdı, onlardan cüzi bir hissəsi təhsil ala bildi, özünü təsdiqləyə, həyatdakı yerini tuta bildi. Çoxunun taleyinə isə ömürlük ağır iş, fiziki zəhmət, çətin bir həyat düşdü.
Qeyri-insani şərtlər altında böyüdüklərindən, doyunca qidalanmadıqlarından, vaxtında tibbi yardım görə bilmədiklərindən, bu nəslin səhhətində ömürlük problemlər yarandı.
Bu müharibənin son zərbəni vurduğu nəsil düşərgələrdə, köçkünlük illərində dünyaya gələn körpələr oldu. O körpələr ki, nə müharibəni, nə də köçkünlüyü öz gözləri ilə görməsə də, evlərində, ailələrində daim bu mövzuları eşidərək böyüdü.
Kimliklərinə bir şəhər, bir kənd yazıldı, amma özlərini həmişə ata-babalarının köçməyə məcbur olduğu yerlərə aid hiss etdilər. Buna görə yarımçıq, nisgilli, zədəli böyüyürlər. Özlərini yaşadıqları yerlərə aid hiss etmirlər.
Gördüyünüz kimi, müharibə, köçkünlük nəsillərin həyatını dağıdıb, psixologiyasını pozub, taleyini dəyişib. Bəli, hansısa daha irimiqyaslı müharibələr, daha çoxsaylı köçkünlər, daha ağrılı proseslərlə müqayisə ediləndə, bəlkə də, o qədər də faciəvi görünməz, amma bütün sadaladıqlarımız insan həyatında silinməz ağrılar, zədələr buraxmaq üçün kifayətdir.
Hazırda bu savaşın bir gün sülhlə bitəcəyinə, doğma yurdlarına qayıtmağı ümidlə gözləyən dörd nəsil yaşayır ölkəmizdə. Bu insanların öz torpaqlarına qayıtmaq hüquqları bütün beynəlxalq təşkilatlar tərəfindən tanınıb. Buna baxmayaraq, onlar illərdir, vətən həsrəti ilə yaşamağa məcburdur.
Biz, Qarabağın məcburi köçkün qadınları, sizi Azərbaycana dəvət edirik. Uşaqlığımızı, gəncliyimizi, evimizi və xatirələrimizi, doğmalarımızın məzarlarını və nəhayət, könül rahatlığımızı qoyub gəldiyimiz doğma torpaqlarımız barədə sizinlə söhbət etmək istəyirik. Bizim faciəmizi, həqiqətləri dünyaya çatdırmağınızı istəyirik.
Ölümlərini doğma yurdlarına saxlamağa çalışan nənə-babalarımız, heç olmasa ömrünün qalanını doğma evində keçirmək istəyən ata-analarımız, uşaqlığımıza, dinc həyatımıza qayıtmaq istəyən bizlər, tarixi vətənini görmək istəyi ilə çırpınan övladlarımızın sizdən gözləntisi budur". /oxu.az

Siyasi       Tarix: 27 iyun 2020
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Bayramovla Lavrov arasında görüş keçiriləcək

Moskvada Azərbaycan və Rusiya xarici işlər nazirləri arasında görüş keçiriləcək. xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. Onun sözlərinə görə, Azərbaycan xaric

Cənubi Qafqazda yeni oyun: Zəngəzur dəhlizinin taleyi həll olunur

Yaxın Şərqdə gərginliyin artması, İran ətrafında baş verən son proseslər və regionda dəyişən geosiyasi balans Zəngəzur dəhlizinin gələcəyi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Bəzi ekspertlər hesab edirlər ki

Prezident İlham Əliyev Fələstinin Baş nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 16-da Fələstin Dövlətinin Baş naziri Məhəmməd Mustafanı qəbul edib. KONKRET.azxəbər verir ki, dövlətimizin başçısı Baş nazir Məhəmməd Mustafanın ölkəmizə səfərini

İran Günaz TV-nin adını bu siyahıya saldı

İran Kəşfiyyat Nazirliyi xarici ölkələrdə fəaliyyət göstərən iranlıların təsis etdiyi müxalifət media orqanları, bir neçə xarici ölkənin İranla əlaqəli media qurumları və iranlı media fəallarının siyahısını yayıb. KONKRET.azxəbə

Fələstin dövlətinin Baş naziri Fəxri xiyabanı ziyarət etdi

Fələstin Dövlətinin Baş naziri Məhəmməd Mustafa iyulun 16-da Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib. KONKRET.azxəbə

Ermənistan Naxçıvanla bağlı bu qərarı gözləyir

Ermənistan hökuməti ölkə ərazisində həyata keçirilməsi nəzərdə tutulan "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (Trump Route for International Peace and Prosperity – TRIPP) layihəsi üzrə strateji əməkdaşlığ

Yeni müdafiə naziri məlum oldu

Ukrayna prezidenti Volodimir Zelenski müdafiə naziri vəzifəsinə Yevgeni Xmaranın namizədliyini irəli sürüb. xəbər verir ki, hüquqi prosedurlar başa çatana qədər Xmara Müdafiə Nazirliyinin rəhbəri vəzifəsini icra edəcək, dah

Prezidentlər işğal dövründə güllələnmiş büstlərə baxdılar

İyulun 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini Şuşada Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin işğal dövründ

Üç ölkənin hərbçiləri Azərbaycanda birgə təlim keçirəcək

Azərbaycan, Gürcüstan və Türkiyənin Müdafiə nazirlikləri arasında hərbi əməkdaşlıq planına əsasən, ölkəmizdə icra olunacaq "Eternity-2026" kompüter dəstəkli komanda-qərargah təliminin əsas planlaşdırma konfrans


yeni xeberler azerbaycan xeberleri son xeberler krimnal xeber dunya xeberleri sonxəbər