Daha 2 Vətən müharibəsi qazimiz uğurla əməliyyat edildi
Daha 2 Vətən Müharibəsi qazisi əməliyyat edilib.
TƏBİB-in tabeliyində fəaliyyət göstərən Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun sözcüsü Günay Quluzadənin verdiyi məlumata görə, 44 günlük Vətən müharibəsi qaziləri Elvin Tağızadə və Qulu Ağaşov müharibə sonrası yaranan ayaq deformasiya şikayətləri ilə müraciət ediblər. Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun direktoru Əlviz Qasımovun rəhbərliyində hər iki qaziminin əməliyyatı travmatoloq cərrah Kamil Eyvazov tərəfindən icra edilib.
Elvin Tağızadə müharibə zamanı baldır və bud nahisəsində çoxsaylı yaralanmalar sonrası şikayətlərlə müraciət etmişdir. Baldır nahiyəsində sümük qısalığı, eyni zamanda əzələ və damar sinir paketində zədələnmə deffekti olan xəstədir. Aşağı ətrafda pəncə nahiyəsində sinir zədələnməsi səbəbi ilə "sallanmış ayaq" dediyimiz sindromla müraciət etmişdir. Xəstənin ayağı plantafleksion deformasiya şəkilində qalmışdır. Xəstəyə tərəfimizdən aşıq baldır oynağının artrodez əməliyyatı,ayaq deformasiyasinin ləğvi əməliyyatı icra edildi. Əməliyyat sonrası deformasiya tam olaraq uğurla aradan qaldırıldı.
Qulu Ağaşov müharibə zamanı bud nahiyəsindən aldığı qəlpə yaralanması sonrasında aşağı ətrafda oturaq sinir zədələnməsi səbəbi ilə ayaq nahiyyədə deformasiya baş vermişdir. Müayinə zamanı ayağın orta hissəsində yarımçıxıq olduğu göründü. Ard-arda edilən əməliyyat sayəsində deformasiya tam aradan qaldırıldı və normal ayaq biləyi pozisiyasina qaytarıldı.

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var