Daha bir iştirakçı qalmaqallı müsabiqədən danışdı: 'Bu əvvəldən belə qurulub, planlanmışdı

Daha bir iştirakçı qalmaqallı müsabiqədən danışdı: 'Bu əvvəldən belə qurulub, planlanmışdıLaçında keçirilən IX "Muğam" müsabiqəsinin finalında yaşanan qalmaqal səngimək bilmir. Belə ki, bəzi iştirakçılar yekun nəticələrdə haqsızlıq olduğunu bildirərək müsabiqənin qeyri-şəffaf keçirildiyini iddia edibrlər.
Hətta müsabiqənin final mərhələsində Kənan Novruzov ona təqdim olunan diplomu qəbul etməyərək səhnəni tərk edib.
Nəticələrdən razı qalmayan yeddi finalçıdan biri olan Aycan Cavadova azxeber.com-a açıqlamasında münsiflərin ədalətsiz qərar verdiyini bildrib.
Onun sözlərinə görə münsiflər iştirakçılar arasında ayrı-seçkilik edib:
"Yarışmada olduğum üç ay müddətində münsiflər bir dəfə belə olsa, ifama irad bildimədən ən yüksək balları mən veriblər. Mən qalib olacağıma çox inanırdım. Final zamanı çatanda gördüm ki, ilk üçlük başqa uşaqlara verildi. Hansı ki, ikinci yerə çıxan xanımın ifasına yarışma boyu dəfələrlə irad bildirilmişdi. Onun necə xaric oxuduğu hamıya bəllidir, bütün sosial şəbəkələrdə həmin ifalar paylaşılır. Nəzakət xanım öz tələbəsini ikinci yerə çıxartdı. Amma müsabiqə boyu o mənə deyirdi ki, qızlardan ən güclü ifaçı sənsən. İndi isə deyib ki, "Aycan xaric oxuyur". Bəs belədirsə, niyə mənə aşağı bal verib, iradınızı bildirmirdiniz? Müsabiqə bitən kimi mən Nəzakət xanıma da, Mənsum müəllimə də dedim ki, çox böyük haqsızlıq etdiniz, haqqımı tapdaladınız. Onlar da dedi ki, bizim günahımız yoxdur. Kimdədir bəs günah?".
Aycan Cavadova bildirib ki, haqqını tələb etməkdən çəkinməyəcək:
"Mən haqqımın tapdalanmasına icazə verməyəcəyəm. Axıra qədər bu işin arxasınca gedib, lazım olan hər yerə şikayətimi bildirəcəyəm. Nəzakət xanım deyir ki, "Biz ən layiqlilərə yer vermişik". Hansı ki, onun öz tələbəsinin zil səsi yoxdur, orta səsi xırıltılıdır. Bunların hamısı göz qabağında baş verib, görüntüləri də var. Bütün "TikTok" şəbəkəsi onun videolarından və bu haqsızlıqdan danışır. Məni üç ay tərifləyə-tərifləyə gətir finala çıxar, sonda da diplom ver, yola sal. Mən birinci yerə layiq olduğum halda o üç yerdən birini mənə layiq görmədiniz? Nəzakət xanımın məndə səs yazısı var. Deyir ki, "İlk üçlükdə hamısı qız ola bilməzdi, oğlana da yer verməli idik". Əgər belədirsə, finala oğlan iştirakçı qalmasa idi, necə olacaqdı? Demək ki, bu əvvəldən belə qurulmuşdu, planlanmışdı".
Aysel Hacızadə

Şou Biznes       Tarix: 29 avqust 2025
f Paylaş

Oxşar xəbərlər

Bu dəfə serial ulduzu olacaq

Dünyaca məşhur model və iş xanımı Kayli Cenner "Bachelorette Weekend" serialında baş rolu canlandıracaq. Model həmçinin layihənin icraçı prodüseri olacaq. Cenner bu ekran işi ilə aktyorluqda ilk böyük roluna imz

Bir neçə gün əvvəl gözəllik kraliçası seçilmişdi - Faciəvi şəkildə öldü

Braziliyada 22 yaşlı gözəllik kraliçası Ana Beatris Arauj Ferrera ailəsi ilə vaxt keçirərkən ildırım vurması nəticəsində həyatını itirib. Hadisə Tokantins ştatının Almas şəhərində baş verib. Ana Beatris Arauj Ferrera anasını

Məşhur aktyor vəfat etdi

ABŞ-li aktyor Maykl Forest 97 yaşında vəfat edib. Bu barədə "The Hollywood Reporter" nəşri məlumat yayıb. Məlumata görə, aktyor ömrünün son illərini qocalar evində keçirib. Maykl Forest "Star Trek" serialınd

Narkobaronla dava etdi deyə başqa yerə köçürüldü

"P.Diddy" kimi tanınan amerikalı reper Şon Kombs Nyu-Cersidəki həbsxanadan Pensilvaniyadakı Allenvud Federal İslah Müəssisəsinə köçürülüb. Bu barədə TMZ nəşri məlumat yayıb. Nəşr yazır ki, Allenvud həbsxanasınd

"Baldır Yar" trend 1-də - Röyanın klipi 2 günə 1 milyonu keçdi

Xalq artisti Röya Ayxanın "Baldır Yar" adlı yeni klipi qısa zamanda böyük uğura imza atıb. xəbər verir ki, klip cəmi 2 gün ərzində "YouTube"da 1 milyondan çox izlənilib. xəbər verir ki, mahnı platformanı

Tanınmış reperi həbsxanada döydülər

P.Diddy kimi tanınan amerikalı reper Şon Kombs ABŞ-dəki Fort Diks həbsxanasında yamaykalı narkobaron Kristofer Koukla davada başından xəsarət alıb. Münaqişə 9 oktyabrda baş verib. Hadisəyə həbsxana rəsmilərinin reperin dəbdəbəl

Zəminədən iddialı fotosessiya: Milli motivlər müasir dəbdə - FOTOLAR

Özünəməxsusluğu ilə fərqlənən gənc və sevilən  müğənni Zəminə Rəhimova növbəti dəfə tərzi ilə göz oxşayıb. xəbər verir ki, sənətçi milli motivlərlə müasir dəbin sintezindən ibarət yeni fotosessiyasını təqdim edib. Son illərd

Məşhur müğənninin qızı 14-cü mərtəbədən yıxılaraq öldü

Türkiyəli müğənni Atilla Taşın qızı Sezen Taş Mersində binanın 14-cü mərtəbəsindən yıxılaraq həyatını itirib. Hadisə səhər saatlarında Erdemli rayonunun Çeşməli məhəlləsində yerləşən "Liparis 5" yaşayış kompleksind

Ceki Çan və Devid Bekhem Çində bir arada

Əfsanəvi aktyor Ceki Çan və dünyaca məşhur keçmiş futbolçu Devid Bekhem Makaoda keçirilən NBA Çin Oyunları çərçivəsində bir araya gəliblər. Məşhurlar basketbol qarşılaşmasını birlikdə izləyiblər. Ceki Çan tədbirdə basketbo


yeni xeberler azerbaycan xeberleri son xeberler son xəbərlər ən son xeberler xabarlar ən son xəbərlər bugün