Daha bir neçə rayonda "Vətən Bağı" yaradıldı - FOTOLAR
2021-ci ildən etibarən "QırmızıÜrəklər" ("Red Hearts") Fondu birinci və ikinci Qarabağ müharibəsi zamanı şəhidolan qəhrəman oğullarımızın əziz xatirəsini əbədiləşdirmək məqsədilə ölkəninbir sıra rayonlarında "Vətən Bağı" layihəsini həyata keçirməyə başlayıb. Hərrayonda, həmin rayonun şəhidlik zirvəsinə ucalan igidlərin sayına uyğun ağac əkilir. Layihə həmçinin Azərbaycanın ekoloji mühitinə töhfə vermək məqsədini də daşıyır.
Bu dəfə ağacəkmə layihəsi PMD-nindəstəyi ilə Sabirabad və Gəncədə, PAŞA Holdinq-in dəstəyi ilə isə Göygöl və Şəmkirdəhəyata keçirildi. Sabirabadda 269, Gəncədə 598, Göygöldə 175, Şəmkirdə 312 ədədolmaqla ümumilikdə 1354 ədəd sərv və tuya ağacı əkilib. Ağacəkmə aksiyasında şəhidailələri, rayon və şəhər ictimaiyyətinin nümayəndələri, qazilər, PMD-nin, Kapital Bank-ın və "Qırmızı Ürəklər"Fondunun əməkdaşları iştirak etdi. Aksiya Azərbaycan Respublikası Ekologiya vəTəbii Sərvətlər Nazirliyi və yerli İcra Hakimiyyəti orqanının dəstəyi iləkeçirilib.
"Vətən Bağı" əsasən insanlarınsıx olduğu yerlərdə, parklarda və şəhərin mərkəzlərində təşkil olunur. Bununlada ölkə ərazisində "Vətən Bağ"larının sayı 17-yə çatıb və ağacəkmə mövsümüzamanı davam etdiriləcək. Əkilən ağaclara qulluq olunması, suvarlanması və digərlazımi tədbirlər yerli İcra Hakimiyyəti orqanları və "Qırmızı Ürəklər" Fondu tərəfindənhəyata keçirilir.
Qeyd edək ki, "Qırmızı ürəklər" 2019-cu ildə KapitalBank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. Hazırda Fond kimi fəaliyyətinidavam edən təşkilat, əsasən uşaq evlərinə,sığınacaqlara və digər ehtiyacı olanlara yardımlar edir. Ətraflı məlumat üçün –www.redhearts.az.




Kurslar.az kurslar [newsid: 0-123300]

Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR
Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti
Millimiz İsrail yığmasını məğlub etdi – FOTOLAR
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Futbol əfsanəsi Samuel Eto'O Bakıya gəldi
İstanbul derbisində sevinən tərəf "Qalatasaray" oldu
"Qarabağ" - "Dinamo Zaqreb" matçının baş hakimi açıqlandı
Banklar kimlərə aşağı faizlə kredit verir? – Əsas şərt
Əkrəm Həsənovdan xəbərdarlıq: "Azərbaycanı ağır illər gözləyir"
Hindistan Azərbaycandan neft alışını 5 dəfə artırdı
Dövlət dəstəyi almaq istəyənlər üçün ŞƏRTLƏR AÇIQLANDI
Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - FOTOLAR
Leyla Əliyeva Şamaxıda "Capybara Azerbaijan" fermasında olub - FOTOLAR