Daha bir ölkə savaşa girdi: Dünyanın yolu dəyişir

Daha bir ölkə savaşa girdi: Dünyanın yolu dəyişirBəllidir ki, Avropanı Asiyaya və Hind okeanına bağlayan Bab əl-Məndəb boğazı dünya ticarətinin əsas keçiş nöqtələrindəndir. Onun bağlanması eynilə 15-ci əsrdə olduğu kimi, yenidən dünyanı alternativ yollar axtarışına vadar edəcək. Bu isə istər-istəməz Rusiyanın böyük həvəslə təqdim etdiyi Şimal dəniz marşrutu (Arktika ticarət yolu) layihəsini ön plana çıxaracaq.
KONKRET.az Axar.az-a istinadla xəbər verir ki, bu sözləri politoloq Heydər Oğuz Yəmənin Ənsarullah hərəkatının İran müharibəsinə qoşulması haqda bəyanatı ilə bağlı qeyd edib.
O bildirib ki, hətta bir müddətdən sonra İran və husilər Bab əl-Məndəb yolunu açsalar belə, Qərb ölkələri potensial şantaj və təhlükə ilə üz-üzə qalmamaq üçün alternativ marşrutlar üzərində düşünməlidirlər:
"Bu isə Bab əl-Məndəb keçidini ticari baxımdan əlverişsiz hala gətirəcək və sonunda indiki marşrutların üzünə baxan belə olmayacaq.
Qeyd edim ki, 15-ci əsrdə Osmanlı imperiyası İstanbulu alandan sonra da bənzər vəziyyət yaranmışdı. Həm İpək Yolundan yüksək gömrük vergilərinin alınması, həm də yolların təhlükəliliyi Qərb ölkələrini yeni marşrut axtarışına məcbur etmiş və nəticədə əvvəl Ümid burnu, sonra isə Süveyş kanalı üzərindən yeni marşrutlar kəşf olunmuşdu. Beləcə, klassik İpək Yolu marşrutu öz əhəmiyyətini itirmiş və Şərq dünyası, başda Osmanlı və indiki İran ərazisində yerləşən türk imperatorluqları olmaqla, çöküş mərhələsinə qədəm qoyaraq, hegemonluqlarını əldən verib Qərbdən asılı vəziyyətə düşmüşdü.
Nə yazıq ki, hələ də tarixdən ibrət dərsi almayanlar indi də Süveyş kanalı üzərində təhlükəli oyun qurublar. Halbuki bu oyunun nəticəsi oyunbazların öz başında çatlayacaq.
Ənənəvi Süveyş kanalı marşrutunu əvəz edəcək yollardan biri, dediyimiz kimi, Şimal dəniz marşrutudur. Digər bir alternativ isə IMEC deyilən projedir. Hindistandan başlayıb BƏƏ, Səudiyyə Ərənistanı, İordaniya, İsrail, Yunanıstan üzərindən Avropaya çıxan bu marşrut həm Bab əl-Məndəb, həm Hörmüz boğazı, həm də Süveyş kanalından yan keçir. Nəticədə Misirdən tutmuş Türkiyəyə, Yəməndən İrana qədər bir çox ölkə beynəlxalq ticarət yollarından məhrum olurlar.
Anlamaq mümkün deyil, doğrudanmı sizə bu lazımdır? Doğrudanmı atdığınız addımların düşmən dəyirmanına su tökməkdən başqa bir işə yaramadığını anlamırsınız? Yoxsa məqsədiniz elə düşmən dəyirmanına su daşımaqdır?"

Siyasi       Tarix: 28 mart 2026
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama

Azərbaycanda yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi məsələsi zaman-zaman gündəmə gəlir. Tarixi adların qorunması, təhrif olunmuş toponimlərin bərpası və əhalinin istəyinin nəzərə alınması bu prosesdə əsas müzakir

Zelenskidən ÇAĞIRIŞ: "Dnepr vağzalı vuruldu, Rusiya ilə bağlı qətiyyətli addım atın"

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Dnepr şəhərindəki dəmir yolu vağzalına endirdiyi qanlı zərbədən sonra Qərb ölkələrinə sərt çağırış edib. O, Moskvaya qarşı sanksiyaların dərhal sərtləşdirilməsini tələb edib

Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Bakı Kristal Zalında "FIFA U-15 World Cup and Festival"ın final matçını izləyib. xəbər verir ki, final görüşündə Çexiya və İspaniya komandalar

Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub

Azərbaycan ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) arasında əməkdaşlıq müzakirə olunub. xəbər verir ki, bu barədə Azərbaycanın Macarıstandakı səfirliyinin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb

Rusiya-Ukrayna-ABŞ danışıqları noyabrda keçiriləcək

"Rusiya və ABŞ Ukrayna müharibəsinin nizamlanması üzrə üçtərəfli danışıqların Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilməsi ilə bağlı hazırlıqlara başlayıb". KONKRET.azxəbər verir ki, bu barədə Rusiy

Oktyabr ayında mediada ən fəal deputatlar məlum oldu - SİYAHI

2026-cı ilin oktyabr ayında Azərbaycan Milli Məclisinin deputatlarının mediada fəallıq göstəriciləri məlum olub. xəbər verir ki, "MediaTrends" platformasının təqdim etdiyi statistikaya əsasən, siyahıya deputat Zahi

Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib

İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Çin Xalq Respublikasında (ÇXR) müəyyən edilən daha bir şəxsin oktyabrın 28-də nazirlik tərəfindən Azərbaycana ekstradisiyası həyat

Avropanın gələcəyi: 2050-ci ilə qədər nələr dəyişə bilər?

Almaniyalı professor Gunnar Haynzonun (Gunnar Heinsohn) demoqrafik proqnozları, miqrasiya dalğaları və Avropanın gələcəyi ilə bağlı mübahisəli nəzəriyyələri. Avropanın mövcud sivilizasiya modeli XXI əsrin ortalarına doğr

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Ceyhun Bayramov


azerbaycan xeberleri son xeberler yeni xeberler xeberler bugun sonxəbərlər en son xeberler bu gun krminal bu gun