Daha bir ölkə turistlər üçün qaydaları yumşaltdı
Daha bir ölkə turistlər üçün qaydaları yumşaltdı
Vyetnamın Səhiyyə Nazirliyi ölkəyə giriş şərti kimi COVID-19 peyvəndi pasportlarının istifadəsini, habelə məcburi karantin və ya özünütəcridi ləğv edib.
Bu barədə nazirliyin çərşənbə günü yayılan qərarında deyilir.
Martın 16-dan etibarən Vyetnama səyahət edənlərdən artıq peyvənd pasportları və ya COVID-19 bərpa sertifikatlarını təqdim etmələri tələb olunmayacaq, həmçinin əvvəllər məcburi hesab edilən yeddi günlük karantin və ya üç günlük özünütəcrid rejimi ləğv olunur.
Respublikanın sərhədini keçmək üçün yalnız 72 saat ərzində verilən PZR testinin və ya səfərdən 24 saat əvvəl ekspress-testin mənfi nəticəsinin təqdim olunması tələb edilir.
Qeyd edək ki, dünən Vyetnam hökuməti pandemiya səbəbindən son iki il ərzində bağlı qalan ölkə sərhədlərinin xarici vətəndaşlar üçün tam açıldığını elan edib.
Mənbə: TASS /oxu.az

"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi
Qazancına görə bütün futbolçuları geridə qoydu
Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu
Beyləqanda müəllim komaya düşüb öldü - Foto
Gəncədə beşaylıq körpə ölüb
Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
Qara dənizdə hücuma məruz qalan gəmidəki azərbaycanlıların aqibəti bəlli oldu - Rəsmi
İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
Prezident İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib
Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu
DYP-dən hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
BDYPİ sürücülərə xəbərdarlıq etdi
Şahdağ və Kəlbəcərə qar yağıb
Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
"Eşref Tek" nə vaxt yayımlanacaq?